Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ermənistan yaylası — Ön Asiyanın şimalında yerləşən yayla. Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-da

Ermənistan yaylası

  • Ana Səhifə
  • Vikipediya
  • Ermənistan yaylası

Ermənistan yaylası — Ön Asiyanın şimalında yerləşən yayla. Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-dan biridir.

Ermənistan yaylası
Ümumi məlumatlar
Mütləq hündürlüyü 5165 m
Sahəsi 400 min
Hündür nöqtəsi Ağrı dağı
Süxurları metamorfik
Yerləşməsi
39°42′ şm. e. 44°18′ ş. u.HGYO
Ölkələr
  •  Türkiyə
  •  İran
  •  Azərbaycan
  •  Gürcüstan
  •  Ermənistan
Ermənistan yaylası xəritədə
Ermənistan yaylası
Ermənistan yaylası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adı

"Ermənistan dağları" haqqında ilk məlumat qədim yunan müəllifi Ksenofontun b.e.ə V əsrə aid "Anabasis" kitabında verilir.

Yerləşməsi

Ermənistan yaylası üç göl arasında yerləşən ərazini əhadə edir: Sevan, Van və Urmiya. Yaylanın inzibati cəhətdən ərazisinin böyük qismi Türkiyə və Ermənistanın payına düşür. Üstəlik İranın şimal-qərbində müəyyən ərazini, Gürcüstanın cənubu və Azərbaycanın qərbini əhatə edir. Yaylaya Kiçik Qafqaz, Şərqi Tavr və Kürdüstan silsiləsi daxildir. Yaylanın ümumi sahəsi 400,000 km² təşkil edir. Alp-Himalay qırışıqlığı zonasına daxildir. Dördüncü dövr vulkanik suxurları ilə örtülmüşdür. Relyefi dalğavaridir. Bəzi ərazilərdə dağ arası düzənliklərə sahibdir. Yaylanın orta hündürlüyü 1500–2000 metrdir. Seysmik baxımından aktiv zonadır. İqlimi kəskin kontinentaldır. Yayı quru, qışı isə soyuq keçir. Yayda orta temperatur 18 °C, qışda isə –6 ; –12 °C arasında dəyişir. İllik yağıntının miqdarı isə 450–600 mm-dir.

Qərbdən Kiçik Asiya yaylası, cənubdan Mesopotomiya ovalığı, cənub-şərqdən isə İran yaylası ilə əhatələnmişdir.

Əsas zirvələri

Yayla ərzisinə vulkanik konuslar, tənha sönmüş vulkanları müşahidə etmək mümkündür.

  • Ağrı dağı (5165 m)
  • Alagöz dağı (4090 m)
  • Qapıcıq dağı (3905 m)
  • Sistakar dağı (3826 m)
  • Tondrak (3533 m)
  • Vardenis (3520 m)
  • Açkasar (3196 m)
  • Nemrut (2948 m)

Ermənistan yaylasında ümumilikdə 4000 zirvə və 500 silsiləyə sahibdir. Burada hündürlüyü 3000–4000 metr olan 1000, 4000–5000 arası 3 və 5000 metrdən yüksək isə bir zirvəyə sahibdir.

Çay və gölləri

Yaylada formalaşan çaylar Xəzər, Qara dənizləri və Fars körfəzi aiddir. Yaylada Kür, Fərat, Araz, Dəclə və Çorox kimi çayların yuxarı axarları yerləşir.

İri çayları

  • Fərat çayı (2736 km)
  • Dəclə çayı (1850 km)
  • Kür çayı (1515 km)
  • Araz çayı (1072 km)
  • Fərat çayı (722 km)
  • Böyük Zab (473 km)
  • Çorox çayı (438 km)
  • Arpaçay (186 km)
  • Tona (152 km)
  • Zəngiçay (141 km)
  • Arpa çayı (126 km)
  • Bərgüşad çayı (119 km)

Ermənistan yaylası ərazisində ümumilikdə 95 000 irili-xırdalı çay axır ki onunda 4000 ədədi 10 kilometrdən çoxdur.

Yaylada yerləşən göllər

  • Van, Göyçə, Urmiya, Çıldır, Ərçək, Nazik və s. Yaylada ümumulikdə 1,200 irili-xırdalı göl vardır.
  • Van gölü
    Van gölü
  • Göyçə gölü
    Göyçə gölü
  • Ərçək gölü
    Ərçək gölü
  • Nazik gölü
    Nazik gölü
  • Nemrut gölü
    Nemrut gölü

Flora və fauna

Ermənistan yaylasına hər 1 km² əraziyə 100 növ düşür.

Florası:

QrupNövlərin ümumi sayıEndemik növ və yarımnövlərin sayı
Borulu bitkilər3555106
Göbələklər41662
Mamır395-
Yosunlar388-
Şibyə300-
Ümumi8804108

Fauna:

QrupNövlərin ümumi sayıEndemik növ və yarımnövlərin sayı
Onurğasızlar17000316
Balıq309
Məməlilər836
Sürünənlər536
Suda-quruda yaşayanlar81
Quşlar3491
Ümumi17523339

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ermənistan yaylası haqqında məlumat. Ermənistan yaylası nədir? Ermənistan yaylası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Ənkəbut surəsi

  • Fevral 27, 2026

    Habsburq monarxiyası

  • Fevral 27, 2026

    Mehdi Məmmədov

  • Fevral 27, 2026

    Alter eqo

  • Fevral 27, 2026

    Alchornea castaneifolia

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst