Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çorox çayı (türk. Çoruh, gürc. ჭოროხი, yun. Άκαμψις, erm. Ճորոխ) — başlanğıcını Türkiyənin şimal-şərqindəki Məscid dağlarından götürən, Bayburt, İspir, Yusufeli

Çorox çayı

  • Ana Səhifə
  • Vikipediya
  • Çorox çayı

Çorox çayı (türk. Çoruh, gürc. ჭოროხი, yun. Άκαμψις, erm. Ճորոխ) — başlanğıcını Türkiyənin şimal-şərqindəki Məscid dağlarından götürən, Bayburt, İspir, Yusufeli, Artvin şəhərlərinin yaxınlığından keçən, Gürcüstanın Batumi şəhərinin cənubunda, Türkiyə-Gürcüstan sərhədinin bir neçə kilometr şimalında Qara dənizə tökülən çay.

Çorox
gürc. ჭოროხი
Çorox çayı
Çorox çayı
Xəritə
Ölkələr
  •  Türkiyə
  •  Gürcüstan
Şəhər
  • Batumi
Mənbəyi Məscid dağının şərq yamacı
Mənsəbi Qara dəniz
Uzunluğu 438 km
Su sərfi 285 m³/san
Hövzəsinin sahəsi 22 100 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arrianın "Peripl Ponta Yevksink" əsərində çay Akampsis adlandırılmışdır. İngilis dilində çay Boas, Çuruk və Çorox adları ilə tanınmışdır.

Haqqında

Çorox çayının Gürcüstandan keçən hissəsi

Çorox çayının mənbəyi Türkiyənin Artvin ilindəki 3225 metr hündürlüyündəki Məscid dağının şərq yamacında yerləşir. Çayın 155 km-lik hissəsi Artvində yerləşir. 438 km yol qət etdikdən sonra Gürcüstanda Qara dənizə tökülür. Dünyanın ən sürətli axan və ən dərin çaylarından biridir. Bu çay hər il ekstrim idman növləri ilə məşğul olmaq üçün gələn turistləri cəlb edir. Çayın ətrafında bir çox turistik yer vardır. Ən yaxın kənd Yaylalar kəndidir.

Biomüxtəliflik

Çay Qafqaz bölgəsində Dünya Vəhşi Təbiət Fondu tərəfindən ekoloji zona və Beynəlxalq Təbiətin Mühafizəsi Cəmiyyəti tərəfindən biomüxtəliflik nöqtəsi elan edilmiş yerdə yerləşir. Türkiyədəki təbiət mühafizə təşkilatları çay dərəsini əhəmiyyətli bitki bölgəsi, əhəmiyyətli quş bölgəsi, biomüxtəliflik açarı bölgəsi elan etmişdirlər. Çay dərəsində yaşayan 104 təhlükədəki növdən 67-i Türkiyə üçün endemikdir. Çay qayalıqlarında qırmızı kərkəslər yuva qurur. Çay vadisi boyunca boz ayı, vəhşi qaban, canavar, çaqqal, tülkü, porsuq, sansar, su samuru, çəngəl buynuzlu dağ keçisi, dovşan, ur, kəklik, ördək, göyərçin, adi qurqur, sarıasma, qaratoyuq, alabaxta kimi heyvan növləri yaşayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çorox çayı haqqında məlumat. Çorox çayı nədir? Çorox çayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qorçu

  • Fevral 27, 2026

    Qənimət Zahid

  • Fevral 24, 2026

    Mammalia

  • Fevral 27, 2026

    Nikomediya

  • Fevral 27, 2026

    Dövlət dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst