Erdenet (ing. Erdenet, monq. Эрдэнэт) - Monqolustanın Orxon aymakının mərkəzi şəhəri. Şəhər Selenga və Orxon çayları arasındakı Orxon vadisində, paytaxt Ulan-Batordan 241 km şimal-qərbdə yerləşir. Şəhərin sahəsi 208,0 km2, əhalisinin sayı isə 83 379 nəfərdir.
| Şəhər | |||
| Ernedet | |||
|---|---|---|---|
| monq. Эрдэнэт | |||
| |||
| |||
| 49°01′40″ şm. e. 104°02′40″ ş. u.HGYO | |||
| Ölkə | | ||
| Region | Orxon | ||
| Tarixi və coğrafiyası | |||
| Əsası qoyulub | 1974 | ||
| Sahəsi | 208,0 km² | ||
| Mərkəzin hündürlüyü | 1 280 m | ||
| Saat qurşağı | UTC+8 , yayda UTC+9 | ||
| Əhalisi | |||
| Əhalisi | 83 379 nəfər (2010) | ||
| Sıxlığı | 400 nəf./km² | ||
| Rəsmi dili | monqol dili | ||
| Rəqəmsal identifikatorlar | |||
| Telefon kodu | +976 7035 (7039) | ||
| Poçt indeksi | 61020 | ||
| Nəqliyyat kodu | OP | ||
| Digər | |||
| erdenet.mn | |||
![]() Ernedet | |||
Tarixi
Erdenet, Monqolustanın ən yeni yaşayış məskənlərindəndir. 1950-ci illərdə böyük mis yatağı kimi aşkarlanmış və 1974-cü ildə əsası qoyulmuşdu. Trans-Monqol dəmir yol xətti ilə Erdeneti 1977-ci ildə istifadəyə verilən 121 km-lik dəmiryolu xəttinin açılışı oldu. 1980-cı illərin ortalarında əhalinin böyük qismi mühəndis və ya şaxtaçı işləyən ruslardan ibarət idi.1990-cı ildə Sosializmin süqutundan sonra ruslar şəhəri tərk etdi. Bu gün əhalinin 10%-i rusdur.
İnfrastrukturu
Şəhərdə müxtəlif xidmətlər təklif edən mağazalar, mağazalara nisbətən böyük xəstəxanalar, stadionlar, bir neçə mehmanxana və restoran fəaliyyət göstərir. Şəhərdən ölkənin paytaxtı Ulan-Batora avtomobil yolu ilə bir günə çatmaq olar. Həmçinin Darxan və Bulgan aymaklarına da yaxındır. Ən yaxın hava limanı şəhərdən 370 km məsafə uzaqlıqda yerləşir və avtomobillə bu yolu 8 saata qət etmək olur.
Görməli yerləri
- Şəhər mərkəzindən 6 km şərqdə yerləşən turist gəzintilərinə icazə verilən şaxta.
- 1983-сü ildə yaradılan Aymak muzeyi
- Şəhərin mərkəzi meydanında yerləşən Mədəniyyət Sarayında Mis muzeyi
- 1984-cü ildə Erdenetin şimal-şərqində yerləşən yüksəklikdəki Qardaşlıq Abidəsi
Qardaşlaşmış şəhərlər
Feyrbanks, ABŞ
, Şekesfehrbar, Macarıstan
Ulan-Ude, Buryatiya, Rusiya
Qalereya
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, erdenet sözünün mənası, erdenet haqqında məlumat. erdenet nədir? erdenet nə deməkdir?

