Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müasir Kanev Ukraynanın Çərkəz vilayətində şəhərdir; əvvəlki adı Xan ev-Xanev, yəni "Xan şəhəri" deməkdir. Dneprin sağ sahilində liman, Taqança dəmiryol stansiy

Kanev

  • Ana Səhifə
  • Vikipediya
  • Kanev

Kanev — Çerkassk vilayətində (Ukrayna) şəhər.

Şəhər
Kanev
Канів
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
49°44′41″ şm. e. 31°27′21″ ş. u.HGYO
Ölkə
  •  Ukrayna
Tarixi və coğrafiyası
Əsası qoyulub 1078
İlk məlumat 1078
Sahəsi
  • 1.742 km²
Mərkəzin hündürlüyü 101 ± 1 m
Saat qurşağı
  • UTC+02:00
Əhalisi
Əhalisi 23.800 nəfər
Rəsmi dili
  • ukrain dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 19000–19009
Nəqliyyat kodu CA, IА / 24
Digər
kaniv-rada.gov.ua
Xəritəni göstər/gizlə
Kanev xəritədə
Kanev
Kanev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Müasir Kanev Ukraynanın Çərkəz vilayətində şəhərdir; əvvəlki adı Xan ev-Xanev, yəni "Xan şəhəri" deməkdir. Dneprin sağ sahilində liman, Taqança dəmiryol stansiyasından 45 km aralıda yerləşir. Xanevin adı tarix mənbələrində XII əsrdən çəkilir.

Karamzin "Rus dövlətinin tarixi" əsərində Batı xanın hakimiyyəti illərində bu yerləri səyahətə çıxan italyan dövlətinin elçisi səfir Covanni de Polo Kartiniyə istinad edərək Kiyev yaxınlığında olan Xanev şəhərində moğolların yaşadığını göstərir.

Qızıl Orda hökmranlığı dövründə dövlət məmurları olan xan baskaklarının (hərbi hakimləri) idarəsi yerləşən məntəqəyə çevrildi. (1239) Lakin Xanevin türk məskəni olma tarixi bundan daha qədimdir. Xanev tarixən poloves (qıpçaq) yurdu olmuşdur. Tarixi məlumatlardan aydın olur ki, şəhərin əhalisi döyüşkən, hərb işini sevən türk, qara klobuk, berendey və başqa türk qəbilələri hərbi-keşikçi sənəti ilə məşhur idilər; bu şəhər əsasən onların toplanış məntəqəsi idi. Belə ki, Xanevdə hərbi qüvvələr saxlanılırdı, şəhərdə türklərin möhkəm cəbbəxana ehtiyatı olarmış; buradan poloves çöllərinin dərinliklərinə aparan yollar və etibarlı strateji əhəmiyyətə malik olan Kanev uzun tarix boyunca keşikçi məntəqəsi rolu oynamışdı.

Hələ lap 1786-cı ildə bu torpaqlarda gedən Rus-Türk müharibəsinə kimi şəhərdə türk qalası dururdu. Yüz ildən sonra isə qala divarları uçmuş, onu əhatələyən torpaq sədd isə hələ qalmaqda idi. Həmin müharibənin nəticəsi olaraq işğal olunan Kanev 1793-cü ildən Rusiyaya keçmişdir. XIX əsrdə Kanev şəhərində onun əsil sakinlərindən-müsəlman əhalidən yaşayanlar var idi. Öz qələmi ilə insanlar arasında dostluq və qardaşlığa xidmət etmək əvəzinə bu qələmi istila silahı kimi işlədən bir sıra ədəbiyyat adamları tarixən Kanevin türk şəhəri olduğunu etiraf etməkdən başqa çarələri qalmasa da bu şəhərin adını qanla bağlamaqla ("qanlı ev", "qanlı kənd") bununla sülhsevər və zəhmətkeş xalqa iftira atmış olurlar.

Kanev sinəsində öz tarixi keçmişinin izlərini, yadigarlarını bu gün də yaşatmaqdadır: müxtəlif dövrlərə aid qədim abidələr, insan düşərgələri, yaşayış məskənləri, məzarlıqlar, şəhərciklər və s. kimi lal faktlar buradakı bir vaxtlar qaynayan gur həyatdan xəbər verməkdədir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kanev sözünün mənası, kanev haqqında məlumat. kanev nədir? kanev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Avtolik

  • Fevral 23, 2026

    24 iyul

  • Mart 06, 2026

    Seylor Saturn

  • Mart 07, 2026

    Eyvaz Məmmədov

  • Fevral 25, 2026

    Mancuriya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst