Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Epileptik status - uzunsürən epileptik tutma və ya aralarındakı fasilə zamanı şüurun tam bərpa olunmadığı çoxsaylı təkrarlanan tutmalarla özünü büruzə verən təx

Epileptik status

  • Ana Səhifə
  • Vikipediya
  • Epileptik status

Epileptik status - uzunsürən epileptik tutma və ya aralarındakı fasilə zamanı şüurun tam bərpa olunmadığı çoxsaylı təkrarlanan tutmalarla özünü büruzə verən təxirəsalınmaz vəziyyətdir.

Mündəricat

XBT-10 üzrə təsnifatı

G41.0 Epileptik status - grand mal (tonik-klonik tutmalar)

G41.1 Epileptik status -petit mal (absanslar statusu)

Etiologiyası

Rejimin pozulması, somatik və infeksion xəstəliklər, epilepsiya əleyhinə preparatların tətbiqində fasilə, yaxud onların qəbulunun dayandırılması və ya dozasının azaldılması.

Dövrləri

Predstatus (tutmanın başlanmasından 0-9 dəq), başlanğıc ES (10-30 dəq), inkişaf etmiş ES (31-60 dəq), refrakter ES (60 dəq-dən artıq).

Klinika

ES zamanı tonik və ya klonik tutmalar bütün ətraflarda qeyd olunur, çox vaxt gözlərin çevrilməsi və ya onların klonik dartılması ilə birgə baş verir, birtərəfli xarakter daşıya bilir. Absanslar ES-si zamanı şüurun dəyişməsi qeyd olunur, bu zaman reaksiyalar hissəvi olaraq saxlana bilər, dezorientasiya, afaziya, amneziya, oral və bilək avtomatizmləri müşahidə edilir. Absanslar ES-si diaqnozu EEQ-də epileptik aktivlik aşkar olunduqda təsdiq edilə bilər.

Diferensial diaqnoz

Metabolik ensefalopatiyalar (qara ciyərin, böyrəklərin zədələnməsi və s.), dərman intoksikasiyaları, psixozlarla aparılır.

Müalicə

Əgər tutmalar 10 dəq-dən artıq davam edirsə, stasionara nəqliyyatla göndərişin təşkilinə başlanmalıdır. Məqsəd – 30 dəq tamam olmamış tutmaların qarşısını almaqdır (30 dəq ərzində ESdən sonra baş beyin neyronlarında patoloji dəyişikliklər baş verir). Xəstəxanaya qədər olan mərhələdə tənəffüs yollarının keçiriciliyi təmin olunur, oksigen verilir, benzodiazepinlərin (relanium) bütün üsullarla yeridilməsi effektivdir – v/d, ə/d, rektal.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Epileptik status haqqında məlumat. Epileptik status nədir? Epileptik status nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bankir

  • Fevral 17, 2026

    Azərbaycan Prezidenti

  • Fevral 24, 2026

    Ankara

  • Fevral 28, 2026

    Abdullauşağı

  • Fevral 27, 2026

    Şakir Salahov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst