Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hənifə Məlikova-Abayeva (5 may 1856, Nalçik – 2 may 1929, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri. Həsən bəy Zərdabinin həyat yoldaşı.

Hənifə Məlikova

  • Ana Səhifə
  • Vikipediya
  • Hənifə Məlikova

Hənifə Məlikova-Abayeva (5 may 1856, Nalçik – 2 may 1929, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri. Həsən bəy Zərdabinin həyat yoldaşı.

Hənifə Məlikova
Doğum tarixi 5 may 1856(1856-05-05)
Doğum yeri
  • Nalçik, Rusiya imperiyası
Vəfat tarixi 2 may 1929(1929-05-02) (72 yaşında)
Vəfat yeri
  • Bakı, Bakı dairəsi, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ SSRİ
Həyat yoldaşı
  • Həsən bəy Zərdabi
Uşaqları
  • Pəri Topçubaşova,
  • Qəribsoltan Məlikova,
  • Səfvət bəy Məlik-Zərdabi,
  • Midhət bəy Məlikov[d]
Fəaliyyəti pedaqoq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Hənifə Məlikova 5 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə anadan olmuşdur. 1872-ci ildə Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsilini bitirib. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi.

Hənifə Məlikova-Abayeva Maarifçilik fəaliyyəti

Həsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri olmuşdur. Hənifə xanım 1875–1877-ci illərdə Həsən bəylə birlikdə Əkinçi qəzetinin nəşrində yaxından iştirak edib. O, bu haqda xatirələrində yazırdı:

" Qəzet cəmiyyəti hərəkətə gətirmişdi. Həsən bəy yeni başlayan müxbirlərə və qəzetin əməkdaşlarına olduqca həssas yanaşırdı. Çox vaxt aldığı zəif məqalələri ehtiyatla sahibinə qaytarıb onun nöqsanlarını başa salırdı. "

Hənifə Məlikova Həsən bəy Zərdabi ilə Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açıb, insanlara elm, savad öyrədib. Məlikovlar həmin vaxtlar yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşmış ermənilərin əlaltılarının təqib və təzyiqlərinə məruz qalırdılar. Hənifə Məlikova 16 il yoldaşı ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşayıb. Daha sonra ailəsi ilə birgə Bakıya köçüb.

Həsən bəy Zərdabi uzun illər Bakıda müsəlman qız məktəbinin açılmasını arzulayırdı. Hacı Zeynalabdin Tağıyevin sərmayəsi ilə bu təşəbbüs baş tutur. Məktəbin müdirəsi təhsilli türk xanımı olmalı idi və Hənifə Məlikova 1901–1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdirəsi vəzifəsini icra edib. Daha sonra o, 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsində çalışıb.

Hənifə Məlikova Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynayıb. Belə ki, onun təşəbbüsü ilə Nicat Cəmiyyətinin bir şöbəsi kimi Bakı xanımlarının ilk təşkilatı yaradılıb. Həmin təşkilat tezliklə Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilib. Hənifə xanım 1920–1926-cı illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında məsul vəzifədə çalışıb.

Hənifə Məlikovanın maarifçilik fəaliyyəti Zaqafqaziyanın demokratik dairələrində geniş şəkildə yayılmışdı. Həyatı əziyyət və bəzən də təqiblərlə dolu olan Hənifə Məlikova heç vaxt mübarizədən yorulmayıb. O, deyirdi:

" Həyatımın məqsədi — bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır. Düşünürəm ki, mən Sovet hakimiyyətinin proqramı ilə işləyirəm. Partiya ədəbiyyatını dərindən öyrənməyə vaxtım olmayıb. Mən partiyalılığı ancaq forma hesab edirəm, xoşbəxtəm ki, türk qadınının əsarətdən qurtarması üçün bütün perspektivlərin açıldığı dövrə kimi yaşamışam". "

Ailəsi

Hənifə Məlikovanın iki oğlu, iki qızı olub. Oğlanları barədə bu günə qədər heç bir məlumat yoxdur. Əlimərdan bəy Topçubaşovla ailə quran böyük qızı Pəri mühacirətdə dünyasını dəyişib. Digər qızı Qərib Soltanın sonralar gizli qəbri üzə çıxıb.

Ölümü

Hənifə Məlikova 1929-cu ildə Bakıda vəfat etmişdir. Əvvəl şəhər qəbiristanlığında dəfn edilmiş, sonralar cənazəsi həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yaxınlığına – Fəxri Xiyabana köçürülmüşdür.

Qalereya

  • Həsən bəy Zərdabi, Hənifə Məlikova və qızları Pəri xanım Topçubaşova.
    Həsən bəy Zərdabi, Hənifə Məlikova və qızları Pəri xanım Topçubaşova.
  • Hənifə Məlikova, qızı Pəri xanım Topçubaşova və oğlu Səfvət.
    Hənifə Məlikova, qızı Pəri xanım Topçubaşova və oğlu Səfvət.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hənifə Məlikova haqqında məlumat. Hənifə Məlikova nədir? Hənifə Məlikova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Termal su

  • Fevral 27, 2026

    Orta Zəyzid

  • Fevral 27, 2026

    Kimyəvi yanıqlar

  • Fevral 27, 2026

    Təlafər qəzası

  • Fevral 27, 2026

    Bell-LaPadula model

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst