Şakir Şamil oğlu Salahov (15 iyun 1966, Cəmilli, Xocalı rayonu – 28 yanvar 1992, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
| Şakir Salahov | |
|---|---|
| Şakir Şamil oğlu Salahov | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Cəmilli, Xocalı, Azərbaycan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Ağdam–Şuşa |
| Vəfat səbəbi | şəhid |
| Dəfn yeri | Bərdə Şəhidlər Xiyabanı |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü | Azərbaycan Respublikasının Daxili Qoşunları |
| Döyüşlər |
|
| Təltifləri | |
Həyatı
Təhsili
Şakir Salahov 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının fizika–riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil olub.
Cəsur döyüşçü
Birinci Qarabağ müharibəsinin cəsur döyüşçüsü ilk günlərdən erməni yaraqlılarının hücumlarının qarşısını məharətlə alırdı. 1991-ci il 26 fevral ermənilər Cəmilli kəndinə hücum edəndə Şakir xeyli sayda qulduru məhv etmişdi. 1991-ci il 23 avqust erməni quldurları Kosalar–Cəmilli kəndləri arasındakı "Darlı" adlanan yerdə "UAZ" markalı maşını atəşə tutdular. Bu hadisə zamanı üç nəfər şəhid oldu. Erməni quldurlarını taparaq məhv edən Şakir şəhidlərin qanını yerdə qoymadı. 1992-ci il 28 yanvar Ağdam, Şuşa istiqamətində uçan vertolyot ermənilər tərəfindən vuruldu, ermənilərə əsir düşməmək üçün vertolyotdan hər kəs özünü ataraq həlak edirdi, onların arasında Şakir Salahov da var idi.
Ailəsi
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Salahov Şakir Şamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bərdə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Həmçinin bax
- Birinci Qarabağ müharibəsi
- Xocalı soyqırımı
- Erməni terrorizmi
- Azərbaycanlıların Soyqırımı Günü
- Şuşa yaxınlığında Mi-8 vertolyotunun vurulması
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şakir Salahov haqqında məlumat. Şakir Salahov nədir? Şakir Salahov nə deməkdir?
