Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Borçalı qəzası (rus. Борчалинский уезд, gürc. ბორჩალოს მაზრა borçalos mazra) — Rusiya imperiyası, Xüsusi Cənubi Qafqaz Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqaf

Borçalı qəzası

  • Ana Səhifə
  • Vikipediya
  • Borçalı qəzası

Borçalı qəzası (rus. Борчалинский уезд, gürc. ბორჩალოს მაზრა borçalos mazra) — Rusiya imperiyası, Xüsusi Cənubi Qafqaz Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Demokratik Federativ Respublikası, Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə inzibati-ərazi vahidi. 1880-ci ildə Tiflis quberniyasının Tiflis qəzasının ərazisində təşkil edilmişdir.

Borçalı qəzası
Борчалинский уезд
Quberniyanın gerbi
Quberniyanın gerbi
Ölkə  Rusiya İmperiyası
Quberniya Tiflis quberniyası
Mərkəzi Şüləver
Yaradılıb 1880
Ləğv edilib 1929
Sahəsi 5 938,5
Əhalisi 128 587 (1897)
Xəritə
Borçalı qəzası xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Qafqaz regionunun baş xəritəsi, 1858-ci il
Qafqaz regionunun ətraflı xəritəsi, 1869-cu il

1747-ci ildə Nadir şah Əfşarın sui-qəsdlə öldürülməsi nəticəsində yaranmış yarımmüstəqil feodal dövlətlərdən biri də Borçalı sultanlığı (1747-1801) idi. Yarandığı zaman Qazax və Şəmşəddil sultanlıqları kimi Borçalı sultanlığı da Gəncə xanlığının tərkibinə daxil oldu. Bu zaman Gəncə hakimi Şahverdi xan Ziyadoğlu-Qacar (1747-1756) idi. 1752-ci ildə Şəki hakimi Hacı Çələbi xan Borçalı, Qazax və Şəmşəddil sultanlıqları və Gəncə xanlığını özündən asılı vəziyyətə saldı. 1755-ci ildə Hacı Çələbi xanın ölməsi ilə təkrar Gəncə xanlığının tabeçiliyinə keçən Borçalı sultanlığı Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın (1756-1778) hakimiyyəti zamanı Gəncə xanlığının tərkibində qalmışdır. Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın ölümü ilə Borçalı, Qazax və Şəmşəddil sultanlıqları Kartli-Kaxeti çarı II İrakli tərəfindən işğal olundu. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tiflisə yürüşündə iştirak edən Cavad xan Qacar Borçalı, Qazax və Şəmşəddil sultanlıqlarını Gəncə xanlığının tabeliyinə qaytardı. 30 yanvar 1801-ci ildə Rusiya İmperiyasının himayəsinə girən Kartli-Kaxeti çarı XII David rus ordusunun köməyi ilə Borçalı, Qazax, Şəmşəddil sultanlıqlarını işğal etdi. 1802-ci ildə Rusiya İmperatoru I Aleksandrın əmri ilə Kartli-Kaxeti çarlığı ləğv olundu. Onun ərazisində 5 qəzanı (уезд) əhatə edən Gürcü quberniyası təşkil edildi. Həmçinin yeni işğal edilmiş üç tatar sultanlığı da ləğv edilmiş və onların yerində üç tatar distansiyası yaradılaraq mərkəzi Tiflis şəhəri olan Gürcü quberniyasının tərkibinə verilmişdi. 10 aprel 1840-cı ildə Gürcüstan quberniyası ləğv edildi, onun yerində Gürcüstan-İmeretiya quberniyası yaradıldı. Bu zaman Borçalı distansiyası da ləğv edilərək torpaqları ərazisi genişləndirilimiş Tiflis qəzasının tərkibnə daxil edilmişdir. 14 dekabr 1846-ci ildə Gürcüstan-İmeretiya quberniyası ləğv edilərək onun ərazisinin bir hissəsində Kutais quberniyası, digər hissəsində isə Tiflis quberniyası yaradıldı. Borçalı ərazisi 1880-ci ilədək Tiflis quberniyasının Tiflis qəzasının tərkibində qalmışdır.

Coğrafiya

Borçalı qəzası yaradılmışdır . Qəza Lori, Borçalı, Trialeti və Yekaterinenfeld nahiyələrindən ibarət olmuş

Ərazisi

  • 1835-ci ilə aid məlumata əsasən Gürcüstan quberniyasının Borçalı distansiyasının ərazisi 6.000 verst² idi. Bu ümumi ərazisi 40.000 verst² olan Gürcüstan quberniyası ərazisinin təxminən 15 %-nə bərabər idi.
  • 1 yanvar 1915-ci il tarixinə Borçalı qəzası 6036.96 verst² ərazini əhatə edirdi. Bu göstərici Tiflis quberniyasının 35904.14 verst² olan ümumi ərazisnin təxminən 17 %-nə bərabər idi.
  • 1 yanvar 1926-cı il tarixinə olan məlumata əsasən Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkib hissəsi olan Gürcüstan Sovet Sosialist Respublikasının Borçalı qəzası 2.348 km² ərazini əhatə edirdi. Bu göstərici Gürcüstan Sovet Sosialist Respublikasının 51.739 km² olan ümumi ərazisinin 4.54 %-nə bərabər idi. BSE-nin I nəşri, VII cildində verilən məlumata əsasən isə Borçalı qəzası 2.970 km² ərazini əhatə edirdi.

Əhali

  • 1804-cü ildə rus ordusunun apardığı kameral siyahıyaalmaya əsasən Rusiya İmperiyası himayəsində olan Kartli-Kaxeti çarlığının Borçalı distansiyasında 17.759 nəfər (9.396 nəfəri kişilər, 8.363 nəfəri qadınlar) əhali yaşayırdı. Onların 16.195 nəfərini (7.832 nəfəri kişilər, 8.363 nəfəri qadınlar) qara papaq turkleri (azərbaycanlılar) təşkil edirdi.
  • 1835-ci ilə olan məlumata əsasən Borçalı distansiyasında hər iki cinsdən toplam 25 min nəfər əhali yaşayırdı.

Etnik tərkib

1886-cı il

Şöbə - İcma - Kənd Əhali Azərbaycanlılar
Şöbə İcma Kənd Ailə Kişilər Qadınlar Hər iki cins Ailə Kişilər Qadınlar Hər iki cins Nisbəti
Borçalı 3 022 10 955 8 154 19 109 2 046 7 150 5 227 12 377 64.77%
Baydar 295 1 001 858 1 859 294 1 000 858 1 858 99.95%
Baydar 55 218 192 410 54 217 192 409 99.76%
Böyük Bəylər 18 39 21 60 18 39 21 60 100%
Bala Bəylər 12 28 40 68 12 28 40 68 100%
Gültəpəli 21 49 46 95 21 49 46 95 100%
Qurdlar 77 309 258 567 77 309 258 567 100%
Lecbəddin 42 152 148 300 42 152 148 300 100%
Böyük Muğanlı 52 152 109 261 52 152 109 261 100%
Qırıxlı Muğanlı 18 54 44 98 18 54 44 98 100%
Görarxı 296 1 153 940 2 093 296 1 153 940 2 093 100%
Görarxı 231 894 741 1 635 231 894 741 1 635 100%
İvanbəyli 65 259 199 458 65 259 199 458 100%
Dəmirçihəsənli 451 1 738 1 201 2 939 451 1 738 1 201 2 939 100%

1897-ci il

1897-ci il sa., Borçalı qəzası əhlisinin ana dilinə görə bölgüsü
Ana dili Kişilər Qadınlar Toplam Nisbəti
toplam70 50158 086128 587100 %
ermənicə24 98622 43747 42336.88 %
azerbaycan turkcesi20 77916 96337 74229.51 %
yunanca11 07410 31921 39316.64 %
rusca4 4653 6248 0896.29 %
gürcücə4 7713 0697 8406.10 %
almanca1 2311 2652 4961.94 %
ukrayınca9962451 241*
osetincə61612628*
avar-andi240...240*
türkcə14319162*
yəhudicə12528153*
talışca151...151*
farsca1201121*
kürdcə6147108*
italyanca8620106*
kürəcə1011102*
litovca53154*
qazı-qumuxca və d.l.l.53...53*
dargicə27...27*
belorusca19...19*
aysor (siro-xaldey)19...19*
imereti16117*
çeçencə8...8*
fransızca437*
meqrelcə516*
çuvaşca4...4*
latışca4...4*
moldavca və rumınca...33*
çexcə...11*
digər10241062.64 %*

1908-ci il

1915-ci il

1 yanvar 1915-ci il tarixinə Borçalı qəzası əhalisi
Etnik qrup Kişilər Qadınlar Toplam Nisbəti
toplam98 73679 827178 563100 %
erməni41 96034 28776 24742.7 %
tatar31 67622 91854 59430.57 %
urum15 03614 18729 22316.37 %
rus6 2474 95111 1986.27 %
polyak, alman və digər2 0961 9704 0662.28 %
kartvel1 4471 3532 8001.57 %
yəhudi1791513300.18 %
qafqaz dağlısı95101050.06 %

Kəndləri

  • Avranlı
  • Aydar bəy
  • Allahverdi
  • Trialeti
  • Hamamlı (Başkeçid)
  • Ərcivan-Sarvan
  • Arıxlı
  • Axnat
  • Aşqala
  • Baydar (Sarvan)
  • Barmaqsız
  • Başköy (Barmaqsız)
  • Başkeçid
  • Beşdaşen
  • Kəpənəkçi (Sarvan)
  • Vorontsovka
  • Gür Arx
  • Qomareti
  • Güney Qala
  • Güləkərək
  • Darbaz (Borçalı)
  • Cəlaloğlu
  • Güləkərək
  • Dəmirçi Həsənli
  • Disix
  • Dmanisi
  • Yekaterinenfeld
  • Qəmərli (Başkeçid)
  • Qaçağan (Sarvan)
  • Kveşi
  • Kirpili (Borçalı)
  • Qızılhacılı (Marneuli)
  • Qırıxlı (Sarvan)
  • Qurtan
  • Qoçulu (Borçalı)
  • Maqart
  • Nardevan
  • Nikolayevka
  • Novo-Pokrovka
  • Orpeti
  • Privolnoye (Loru)
  • Sadaxlı
  • Yuxarı Saral
  • Saraçlı (Borçalı)
  • Sarvan (kənd)
  • Uzunlar (Loru)
  • Faxralı
  • Çoçkan
  • Şahnəzər
  • Şınıx (Borçalı)
  • Şüləver
  • Dağ Arıxlı

Həmçinin bax

  • Tiflis quberniyası
  • Borçalı distansiyası
  • Borçalı xanlığı
  • Borçalı


Tiflis quberniyasının qəzaları

Tiflis • Borçalı • Qori • Zaqatala • Duşeti • Telavi • Sığnaq • Tionet • Axalkələk • Axalsıx

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Borçalı qəzası haqqında məlumat. Borçalı qəzası nədir? Borçalı qəzası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Karsinologiya

  • Fevral 24, 2026

    Disk

  • Fevral 23, 2026

    Şərqi Pakistan

  • Fevral 24, 2026

    Herat

  • Fevral 10, 2026

    Avropa

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst