Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dolf Lundqren (isv. Dolph Lundgren, 3 noyabr 1957, Stokholm, İsveç) — əslən isveçli olan ABŞ aktyoru, prodüseri, rejissoru, ssenaristi və idmançısıdır. Dolf Lun

Dolf Lundqren

  • Ana Səhifə
  • Vikipediya
  • Dolf Lundqren

Dolf Lundqren (isv. Dolph Lundgren, 3 noyabr 1957, Stokholm, İsveç) — əslən isveçli olan ABŞ aktyoru, prodüseri, rejissoru, ssenaristi və idmançısıdır. Dolf Lundqren karatenin kyokuşinkay növü üzrə üçüncü dərəcəli qara kəmər mükafatçısıdır.

Dolf Lundqren
isv. Dolf Lungren
Doğum adı isv. Hans Lungren
Doğum tarixi 3 noyabr 1957 (68 yaş)
Doğum yeri İsveç İsveç
Vətəndaşlığı İsveç İsveç
ABŞ ABŞ
Həyat yoldaşı Anette Qviberq (1994–2011)
Fəaliyyəti kimyaçı, aktyor, kinorejissor, film prodüseri, mühəndis, cüdoçu, ssenarist, model[d], boksçu, karateçi, kino aktyoru, bodibilder, rejissor
Fəaliyyət illəri 1978-ci ildən
Təhsili
  • Kral Texnologiya Universiteti,
  • Sidney Universiteti,
  • Massaçusets Texnologiya İnstitutu
IMDb ID0000185
www.dolphlundgren.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Uşaqlıq illəri və idman karyerası

Dolf Lundqren 1957-ci ildə İsveçin paytaxtı Stokholm şəhərində anadan olmuşdur. Atası Karl ekonomist, anası isə məktəbdə xarici dili müəlliməsi idi. Atası Lundqreni uşaqlıqda həmişə bəxtigətirməyən adlandırırdı. Lakin buna baxmayaraq Lundqren atasını yenə də çox istəyirdi:

"Nə olursa olsun mən atamı əvvəlki kimi çox istəyirəm. Mən onun lənətləri ilə bu gün də fərəhlənirəm. Böyüyən zaman mən onunla çox şeylərdə üzləşirdim: Mən çox inadkarıydım, o isə buna tab gətirə bilmirdi"

— Dolf Lundqren

Məhz atasının onu belə adlandırması Lundqreni idmanla məşğul etməyə vadar etdi. Lundqren xəstə bədənini göstərməyə qorxurdu və allergiyası var idi. Buna baxmayaraq Lundqren idmanla maraqlanır. Əvvəlcə 16 yaşında Dzü-do, sonra Qodzyu-ryu, daha sonra Kyokuşinkay ilə məşğul olur. 1977-ci ildə İsveçdə Karate üzrə çempion adına layiq görülür və bu çempionluğunu 3 il davam etdirir. 1979-cu ildə çempionata qatılan Lundqren bu müddətdə Yaşıl kəmərə sahib idi. Amma turnir üçün ona Qəhvəyi kəmər lazım idi. Bu səbəbdən Lundqren dostlarından birinin kəmərini mənimsəyərək turnirə qatılmışdır. Lundqren turnirdə iştirak edir və ilk iki rəqibini nokauta uğradır. Lakin üçüncü rəqibi Qara kəmərə sahib olan yaponiyalı Makuto Nakamura, Lundqreni çox çətinliklə olsa da, məğlub edir və hakimlərin qərarı ilə turnirin qalibi olur. Buna baxmayaraq Lundqren çıxışı ilə tam razı idi və bu hadisədən bir il keçdikdən sonra İsveç Karate komandasının kapitanı olur. Lundqren 1980-cı ildə Böyük Britaniyada açıq karate üzrə çempionatda Karate üzrə çempion olur və bu titulu Avstraliyada 1982-ci ildə qoruyur.

Hərbi xidmət və təhsil

Dolf Lundqren məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün ABŞ-yə yollanaraq, Vaşinqton və Klemson Universitetlərində kimya bölməsi üzrə oxumağa başlayır. Lakin hərbi xidmətə çağırışı ilə əlaqədar olaraq Dolf Lundqren İsveçə geri dönür. 1979-cu ildə hərbi çağırışa yollanan Dolf Lundqren "İsveçin 1-ci polk üzrə dəniz qoşunları" (isv. Amfibieregementet) kateqoriyasının "Hərbi dənizçilər" bölməsi isv. Kustjägare) üzrə oxuyur. Lakin Dolf Lundqren fiziki zədə aldıqdan sonra kapral vəzifəsini alaraq, sahildə çalışmağa başlayır. Fiziki zədə almasına baxmayaraq Dolf Lundqren hərbi müddətini müvəffəqiyyətlə bitirir. Ardınca Stokholmda İsveç Kral Universitetində təhsil alır. Burada "Kimyəvi maşınqayırma" üzrə bakalavr dərəcəsində diplom alır. 1982-ci ildə Sidney Universitetində "Kimyəvi maşınqayırma" üzrə magistr dərəcəsində diplom qazanır. Daha sonra Massaçusets Universitetində oxumağa başlayır. Burada təhsil alan zaman Lundqren gecə klublarında işləməyə başlayır. Qreys Cons adlı müğənni onu burada görür və öz cangüdəni təyin edir. Lundqren və onun arasında sevgi münasibəti yaranır. Bu səbəbdən Lundqren Bostona getmək əvəzinə, Nyu-Yorka yollanır. Burada Dolf Lundqren Manhettendə yerləşən «The Limelight» (hal-hazırda bu gecə klubu fəaliyyət göstərmir) adlı gecə klubunda çalışmağa başlayır.

Film karyerası

1985-ci ildə müğənni Qreys Cons Lundqrenə "Öldürmək üçün təsvir" filmində kiçik rola çəkilməsinə kömək edir. Lundqren Rocer Murun baş rol aldığı "Ceyms Bond" seriyalarından olan bu filmdə KQB agenti rolunu canlandırmışdır. 1985-ci ildə Rokki 4 filmində İvan Draqo rolunu ifa etmək üçün aktyor tələb olunur. Bu zaman Lundqren öz şəklini və videosunu film üçün göndərir və 5000 nəfər arasından bu rol üçün seçilir. Silvestr Stallone ona filmdə həqiqi döyüşməyi təklif edir. Əvvəlcə Lundqren imtina etsə də, sonradan razılaşır. Filmin sonunda Dolf Stallonenin iki diz qapağını sındırır və Stallone xəstəxanaya göndərilir. Bir müddət keçdikdən sonra Stallone sağalır və filmin son səhnəsi yenidən çəkilir. Filmin tam çəkilişi bitdikdən sonra Dolf "İvan Draqo" ilə populyarlıq qazanır. 1987-ci il istehsalı olan "Kainatın sahibləri" filmində dövrün kult halına gələn televiziya cizgi film qəhrəmanı olan "He-Men" rolunu canlandıran Lundqren, bu film ilə az populyarlıq əldə edir. Qırmızı əqrəb filmi ilə məşhurluğunu daha da artırır. Ardından "Marvel" komiks jurnalının cizgi roman qrupuna aid olan bir intiqam sui-qəsdçisi olan Cəzalandırıcı filminin eyniadlı personajını canlandırmışdı. Kiçik Tokioda mübahisə filmində Brüs Linin oğlu Brendon Li və əvvəllər kiçik rolları ilə tanınan Yapon əsilli ABŞ aktyoru Keri-Hiroyuki Taqava ilə birgə çəkilir. ABŞ-nin gündəlik jurnalı olan "Varyete", səhifələrin birində dərc etmişdir ki, əgər Dolf Lunqrenin əzələdən çox, aktyorluq karyerasına daha çox vaxt ayırsaydı, Jan-Klod Van Damm kimi məşhur aktyor olardı. "Los Angeles Times" jurnalının tənqidçilərindən biri olan Devid Foks, bu filmi yüksək qiymətləndirmişdir.

Jan-Klod Van Damm ilə oynadığı Universal əsgər filmində Vyetnamda öldükdən sonra ordu əməliyyatlarına göndərilən Kiborq rolunu oynayarkən, döyüş sənətlərindən bəslənən pis xarakterləri canlandırmağa davam etdi. Döyüş-qorxu tərzində olan Qaranlıq mələyi filmində insanları öldürən yadplanetlini tutmağa çalışan agenti, Kianu Rivz ilə çəkildiyi "Conni Mnemonik" filmində özünü İisus Xristos adlandıran dəli qatil rolları adını hər kino tamaşaçı kütləsinə çatdırmış və tanıtmağı bacarmışdır. Karyerasının sonlarına doğru gedərək daha keyfiyyətsiz filmlərdə görünməyə başlayan Lundqren, bu vəziyyətdən narahat olduğu üçün 2002-ci ildə kino karyerasına fasilə verərək, ailəsinə daha çox zaman ayırmaq qayğısı ilə bu qərarı aldığını ifadə etdi. Dolf Lundqren bundan sonra filmlərdə çox az görünürdü. 2010-cu ildə "Qabağıalınmazlar" filminə çəkilərək Yansen rolunu canlandırmışdır. Bu film Lundqrenin uzun fasilədən sonra çəkildiyi ən yaxşı filmi idi. 2012-ci ildə isə filmin ardı olan "Qabağıalınmazlar 2" filmində yenidən Yansen rolunu canlandırmış və populyarlıq əldə etmişdir.

Şəxsi həyatı

Dolf Lundqren Qreys Cons, Pola Baryeri, Cenis Dikinson, Stefani Adams, Samanta Filips və Lesli Enn Vudvord kimi aktrisa və modellər ilə görüşürdü. Sonda İsveçli dizayner Anett Kviberq ilə 1990-cı ildə görüşərək onunla evlənməyi 1993-cü ildə planlaşdırır. Dolf Lundqren ilə Anett Kviberqin toyları 1994-cü ildə İspaniyada olur. Bal ayıları isə Mərakeşdə keçir. Onların bir qızı və bir oğul övladları olur. Rəsmi məlumatlara, əsasən, 2011-ci ildə Lundqren və Anett boşanırlar. Dolf Lundqren boşandıqdan sonra başqası ilə görüşməyə başlamışdır.

2010-cu ildə Dolf Lundqrenin İspaniyanın Marbelye şəhərindəki evi silahlı cinayətkarların hücumuna məruz qalıb. «Daily Mail» qəzetinin məlumatına görə, üzlərində maska olan üç silahlı şəxs onun malikanəsinə daxil olaraq həyat yoldaşı Anettin əl-qolunu bağlayandan sonra pul və zinət əşyalarını tələb ediblər. Cinayətkarlardan biri təsadüfən masanın üzərindəki ailə şəklini görüb və onlar kimin evinə gəldiklərini anlayıblar. Bundan sonra onlar dərhal aradan çıxıblar. Anett isə bir qədər sonra əl-qolunu açaraq polis çağırıb və həyat yoldaşına zəng edib. Qəzet yazır ki, cinayətkarlar evin kişisi ilə üzləşməyə əvvəlcədən düşünməyiblər. Bu görüş onlar üçün faciə ilə nəticələnə bilərmiş. Çünki Lundqren karate üzrə qara kəmər sahibidir. Qeyd olunur ki, Rokki 4 filminin çəkilişləri zaman Lundqren zərbəsinin gücünü düzgün hesablamayaraq Silvestr Stalloneni nokauta göndərib. Stalloneni ayıltmaq üçün həkimlərin müdaxiləsi tələb olunub. Lundqrenin evinə girən oğruları tapmaq üçün polislər dərhal təhqiqata başlayıb. Lundqrenin qonşularından biri olan Antonio Banderas evinin mühafizəsini gücləndirmişdir. Bu müddətdə Dolf Lundqren iki film çəkilişində olmuşdur. Lundqren Jan-Klod Van Dammla birlikdə «Universal əsgər» filminin üçüncü hissəsində və Silvestr Stallonenin çəkdiyi Qabağıalınmazlar filmində iştirak edirdi.

Həmin ildə Dolf Lundqren Ceyson Stethem və Silvestr Stallone ilə Kiyevdəki əyləncəsi qanqaraldıcı hadisə ilə müşayiət olunmuşdur. Ukrayna KİV-inə istinadən xəbər vermiş ki, Dolf Lundqrenin cibindən içərisində kredit kartları və 3000 dollar olan pulqabı oğurlanmışdır. "Qabağıalınmazlar" filminin premyerası ilə əlaqədar 80-cı illərin döyüş filmləri ulduzlarının Kiyevə səfərinin təşkilatçıları hadisənin baş verdiyini təsdiqləyib. Onlar bildirmişlər ki, Dolf Lundqren Kiyevdəki əyləncə mərkəzlərindən birində əylənərkən qarət edilib. Gecə klubunun meneceri isə bunları söyləmişdir: "Aktyorların masasına çoxlu sayda adam yaxınlaşmışdı. Onların hamısı Silvestr Stallone ilə içki içmək istəyirdi və qarışıqlıq yaranmışdı. Gecə məlum oldu ki, aktyorlardan birinin pul kisəsi oğurlanıb". Lakin Dolf Lundqren hadisəni şişirtməyib və Ukrayna milisinə müraciət etməyib. Lundqren bank kartlarını bağlatdırıb, nağd vəsaiti isə təşkilatçılar ödəmişlər.

Filmoqrafiya

İlFilm adıOrijinal adıRoluQeydlər
1985Öldürməyə baxışing. A View to KillVents
1985Rokki 4ing. Rocky IVİvan Draqo
1987Kainatın ustalarıing. He-Man and the Masters of the UniverseHe-Men
1989Qırmızı əqrəbing. Red ScorpionNikolay
1989Cəzalandırıcıing. The PunisherFrenk Kastl
1990Qaranlıq mələyiing. Dark AngelCek Keyn
1991Gizlədiləning. Cover-upMayk Anderson
1991Kiçik Tokioda mübahisəing. Showdown in Little TokyoKris Kenner
1992Universal əsgəring. The Universal SoldierEndryu Skott / GR13
1993Coşua kəndiing. The Joshua Tree
1994Beşnövçüing. Pentathlon
1995Conni-Mnemoniking. Johnny-MnemonicKarl Honik
1996Hədəf altındaing. Silent Trigger
1997Sülh qoruyaning. The Peacekeeper
1998Minyoning. The MinionLukas Sadorov
1998Təmizləyiciing. Sweepers
1998Blekceking. Blackjack Cek Devlin
1999Əjdahaların körpüsüing. Bridge of DragonsVarçayld
2000Gözlənilməz zərbəing. Storm Catcher
2000Sonuncu patruling. The Last Patrol
2000Universal agenting. Agent Red
2001Gizli planing. Hidden Agenda
2004Qoruyucuing. The DefenderLans RokfordRejissor
2005Mexaniking. The MechanicNikolay ÇerenkoRejissor
2007Brilliantlı itləring. Diamond DogsKsander Ronson
2009Universal əsgər 3: Regenerasiyaing. Universal Soldier: RegenerationEndryu Skott
2010Qabağıalınmazlaring. The ExpendablesQunnar Yensen
2010Çaking. ChuckMarkoTV serial: "Çak il dönümünün əleyhinə" epizodu
2011Kralın adına 2: İki dünyaing. In the Name of the King 2: Two WorldsQranqer
2012Universal əsgər 4: Yeni ölçüing. Universal Soldier: A New DimensionEndryu Skott
2012Bir palatadaing. One in the ChamberAleksey Andreyevləqəbi: Canavar
2012Qabağıalınmazlar 2ing. The Expendables 2Qunnar Yensen
2013Əfsanəvi: Əjdahanın qəbriing. Legendary: Tomb of the DragonHarker
2013Lənətlənmişlərin döyüşüing. Battle of the DamnedMaks Qetlinq
2013Tələyə salınaning. AmbushedMaksvell
2014Qabağıalınmazlar 3ing. The Expendables 3Qunnar Yensen

Maraqlı faktlar

  • Dolf Lundqren 3 dil bilir: İngilis, Alman və İspan. Həmçinin Fransız, Yapon, İtalyan, Veps və rus dillərində də müəyyən səviyyədə bilir.
  • Dolf Lundqrenin boy ölçüsü 193 sm-dir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dolf Lundqren haqqında məlumat. Dolf Lundqren nədir? Dolf Lundqren nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kilo

  • Fevral 27, 2026

    Cəriri məzhəbi

  • Fevral 27, 2026

    Bənövşə

  • Fevral 27, 2026

    Behşəhr

  • Fevral 27, 2026

    Castin Timberleyk

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst