Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kianu Çarlz Rivz (2 sentyabr 1964[…], Beyrut) — Kanada aktyoru. Beyrutda doğulub Torontoda böyüyən Rivz, aktyorluq debütünü 1984-cü ildə efirlərə çıxan "Hangin'

Kianu Rivz

  • Ana Səhifə
  • Vikipediya
  • Kianu Rivz

Kianu Çarlz Rivz (2 sentyabr 1964[…], Beyrut) — Kanada aktyoru. Beyrutda doğulub Torontoda böyüyən Rivz, aktyorluq debütünü 1984-cü ildə efirlərə çıxan "Hangin' In" teleserialında rol alaraq etmişdir. Bundan iki il sonra o, 1986-cı ildə çəkilmiş tammetrajlı film olan "Youngblood"-da görünüb.

Kianu Rivz
ing. Keanu Charles Reeves
Doğum adı Keanu Charles Reeves
Doğum tarixi 2 sentyabr 1964(1964-09-02)[…] (61 yaş)
Doğum yeri
  • Beyrut, Beyrut mühafəzəsi[d], Livan
Partnyorları
  • Cennifer Saym[d] (1998–2000)
  • Aleksandra Qrant[d] (2018)[…]
Fəaliyyəti televiziya aktyoru, kino aktyoru, aktyor, film prodüseri, kinorejissor, müğənni, səsləndirmə aktyoru[d], yazıçı, müəllif, musiqiçi
Fəaliyyət illəri 1984-cü ildən
Boyu 1,86 m
Çəkisi 79 kq
IMDb ID0000206
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kianu Rivz 1989-cu ildə "Bill & Ted's Excellent Adventure" komediya filmində baş rol oynadıqdan sonra tanınma qazanmış və onun davam filmlərində də çəkilmişdir. O, "My Own Private Idaho" filmindəki roluna görə təriflənmişdir. "Point Break" və "Speed" ​​filmlərindəki rollarına görə isə döyüş filmlərinin ulduzu kimi tanınmışdır.

Kianu Rivz bir sıra yaxşı nəticə verməyən filmə çəkildikdən sonra nəhayət 1997-ci ildə buraxılan "İblisin vəkili" qorxu filmindəki roluna görə yenidən rəğbət qazanıb. O, 1999-cu ildə ekranlara çıxan "Matris" filmindəki Neo obrazına görə müsbət rəylər toplayıb. Kianu, "Constantine" (2005) filmində Con Konstantin rolunda çəkilmişdir. Həmçinin, "The Lake House" (2006), "The Day the Earth Still" (2008) və "Street Kings" (2008) filmlərində də rol almışdır. Kianu Rivz bir müddət uğursuzluqla üzləşdikdən sonra 2014-cü ildə "Con Vik" filmlərində sui-qəsdçi rolunu oynayaraq uğurlu bir geri dönüş edib. Time jurnalı 2022-ci ildə onun adını "Dünyanın ən təsirli 100 insanları" siyahısında göstərmişdir.

Kianu Rivz aktyorluqla yanaşı həm də rejissor kimi də fəaliyyət göstərir. 2013-cü ildə onun rejissorluq etdiyi "Man of Tai Chi" filmi ekranlara çıxmışdır. Kianu, Dogstar qrupunda bas gitara çalır və yazıçılıq və xeyriyyəçilik kimi digər işlərlə də məşğul olur.

Həyatı

Kianu Rivz 2 sentyabr 1962-ci ildə Livanın Beyrut şəhərində anadan olub. Onun anası Patrisia (Teylor) geyim dizayneri və ifaçıdır. Anası əslən Esseksdən olan ingilisdir. Amerikalı olan atası Samuel isə Havaydandır. Atası Havay yerlisi, çinli, ingilis, irland və portuqal mənşəlidir. Kianunun ata tərəfdən olan nənəsi Havayda yaşayan çinlidir. Kianunun anası, onun atası ilə Beyrutda işləyərkən tanış olub. Atası sonralar arvadını və üç yaşında olan Kianunu qoyub getmişdir. Kianu Rivz sonuncu dəfə atasını 13 yaşında Havay adası olan Kauaidə gördüyünü deyir.

Onun valideynləri 1966-cı ildə boşanıb. Daha sonra anası uşaqları ilə Sidneyə, daha sonra isə Nyu-Yorka köçdü. Anası 1970-ci ildə orada Brodvey və Hollivud rejissoru olan Pol Aaronla evləndi. Cütlük Kanadanın Toronto şəhərinə köçüb və 1971-ci ildə ayrılmışdır.

Filmoqrafiya

  • Brem Stokerin Drakulası (1992)
  • Speed (1994)
  • Conni-Mnemonik (1995)
  • İblisin vəkili (1997)
  • Matris (1999)
  • The Matrix Reloaded (2003)
  • The Matrix Revolutions(2003)
  • Constantine (2005)
  • 47 Ronin (2013)
  • Con Vik (2014)
  • Knock Knock (2015)
  • Con Vik 2 (2017)
  • Con Vik 3 (2019)
  • Oyuncaqların hekayəsi 4 (2019)
  • Süngər Bob qaçışda (2020)
  • Matris: Dirilmə (2021)
  • Con Vik 4 (2023)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kianu Rivz haqqında məlumat. Kianu Rivz nədir? Kianu Rivz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Yakopo Korsi

  • Fevral 27, 2026

    Libido

  • Fevral 27, 2026

    S:İnfitar surəsi

  • Fevral 27, 2026

    Leykoz

  • Fevral 28, 2026

    Bob Vudvord

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst