Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İnfant Afonso (port. Infante Don Afonso) (18 may 1475, Lissabon – 13 iyul 1491, Taxo çayı) — Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı II C

İnfant Afonso

  • Ana Səhifə
  • Vikipediya
  • İnfant Afonso

İnfant Afonso (port. Infante Don Afonso) (18 may 1475, Lissabon – 13 iyul 1491, Taxo çayı) — Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı II Con, anası isə Vizeu hersoqu İnfant Ferdinandın qızı Eleonoradır. 16 yaşında ikən Taxo çayı sahilində at mindiyi əsnada baş verən qəza nəticəsində vəfat etmişdir.

İnfant Afonso
İnfant Afonsonun ölümünün təsvir edildiyi XVIII əsrə aid rəsm
İnfant Afonsonun ölümünün təsvir edildiyi XVIII əsrə aid rəsm
Şəxsi məlumatlar
Doğum tarixi 18 may 1475(1475-05-18)
Doğum yeri
  • Lissabon, Portuqaliya
Vəfat tarixi 13 iyul 1491(1491-07-13) (16 yaşında)
Vəfat yeri
  • Taxo çayı
Fəaliyyəti əsilzadə
Atası II Con (Portuqaliya kralı)
Anası Vizeyli Eleonora
Həyat yoldaşı
  • Araqonlu İzabella (1490)
Ailəsi Avis sülaləsi
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İnfant Afonso 1475-ci ildə babası V Afonsonun səltənətində dünyaya gəldi və onun şərəfinə adlandırıldı. Uzun illərdir rahibə olmaq istəyən, ancaq nəslin davamiyyəti baxımından icazə verilməyən bibisi İnfanta Yuanna onun doğulmasının ardından Aveyro yaxınlığındakı dominikan kilsəsinə qapandı.

O hələ 4 yaşında ikən Kastiliyada babası Afonso və Kastiliyalı İzabella arasında taxt mübarizəsi başlamış, 1479-cu ildə tərəflər arasında sülh təmin edilmişdi. Sülhün şərtlərinə görə Kastiliyalı İzabellanın adaşı olan ən böyük qızı V Afonsonun yeganə oğul nəvəsi olan İnfant Conla evləndirilməli idi. Üstəlik cehiz olaraq Portuqaliyaya külli miqdarda döyüş təzminatı ödəniləcəkdi. Cütlüyün nigahı 1490-cı ildə Sevilyada vəkalətən bağlandı. O əsnada bəyin 15 yaşı, gəlinin isə 20 yaşı vardı. Nigahdan sonra Portuqaliyaya yola düşən İzabella 19 noyabrda Badayoza şəhərinə çatdı. Burada o, ərinin dayısı, gələcək Portuqaliya kralı və ərinin ölümündən sonra evlənəcəyi İnfant Manuel tərəfindən qarşılandı. Cütlük 22 noyabrda Elvasda bir araya gəldilər və ertəsi gün İzabella qaynanası olan Portuqaliya kraliçası Eleonora ilə görüşdü.

Evlilik siyasi məqsədlərlə baş tutsa da, cütlük qısa zamanda bir-birinə bağlandı. İzabella Portuqaliyada keçirdiyi uşaqlıq illərində qazandığı təcrübəylə çox keçmədən özünü sarayda sevdirmişdi. Ancaq 1491-ci ilin iyulunda Don Afonso at mindiyi əsnada baş verən qəza nəticəsində vəfat etdi. Dul qalan İzabella sonralar bu ölümün səbəbi olaraq, valideynləri tərəfindən ölkədən qovulan yəhudilərə Portuqaliyanın sığınacaq verməsi və nəticədə Portuqaliyanın Tanrının qəzəbinə düçar olmasını gördü. Dəfn mərasiminin ardınan İzabella valideynlərinin də istəyilə Kastiliyaya qayıtdı.

Həmçinin baxın

  • Aviz sülaləsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İnfant Afonso haqqında məlumat. İnfant Afonso nədir? İnfant Afonso nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sis (Şəbistər)

  • Fevral 23, 2026

    Neapol

  • Fevral 25, 2026

    Kilobayt

  • Fevral 27, 2026

    E.ə. 445

  • Fevral 27, 2026

    Zaporojya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst