Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İç planetlər (ing. Inner planet) — yüksək sıxlığa və qaya səthə sahib olan Günəş sisteminin ilk dörd planetidir. Təbii peykləri ya çox azdır, ya da heç yoxdur.

Daxili planetlər

  • Ana Səhifə
  • Vikipediya
  • Daxili planetlər

İç planetlər (ing. Inner planet) — yüksək sıxlığa və qaya səthə sahib olan Günəş sisteminin ilk dörd planetidir. Təbii peykləri ya çox azdır, ya da heç yoxdur. Bu planetlərin halqaları yoxdur. Daxili planetlər yüksək ərimə nöqtəsinə sahib olan elementlərdən formalaşmışdır. Silikatlar qatı yer qabığını və yarı qatı olan mantiyanı meydana gətirir. Dəmir və nikel kimi metallarsa planetlərin nüvəsini meydana gətirir. Daxili planetlərdən Venera, Yer və Marsın atmosferləri vardır. Daxili planetlərin hamısında göy cismlərinin toqquşması nəticəsində meydana gələn kraterlər, vulkanlar və vadilər kimi relyef formaları vardır.

Daxili planetlər.
Soldan sağa: Merkuri, Venera, Yer və Mars.

Mündəricat

Merkuri

Merkuri Günəşə ən yaxın və ən kiçik planetdir. Təbii peyki yoxdur və meteor kraterlərindən başqa bilinən tək geoloji xüsusiyyəti böyük ehtimalla ilkin dövrlərində keçirdiyi büzülmə səbəbindən formalaşmış qırışıq silsilələrdir. Merkurinin əhəmiyyət verilməyəcək dərəcədə az olan atmosferi Günəş küləkləri səbəbindən səthindən qopan atomlardan meydana gəlir. Ölçüsünə görə böyük olan dəmir nüvəsi və nazik mantiyasının səbəbi hələ də tam olaraq bilinmir. Ehtimallar arasında böyük bir toqquşmanın xarici təbəqələrini parçaladığı ya da Günəşin enerjisi səbəbindən tam olaraq qarışma prosesi ilə böyüyə bilməməsi vardır.

Venera

Venera Günəşdən uzaqlığına görə ikinci planetdir və ölçüləri Yerə yaxındır. Yerə oxşayan dəmir nüvənin ətrafında qalın silikat mantiyası və diqqətəlayiq atmosferi vardır. Bundan başqa daxili geoloji aktivliyin olduğu haqqında sübutlar vardır. Geoloji aktivliyin olması haqqındakı sübutlar dəqiq olmasa da, Veneranın maqnit sahəsi olmaması səbəbindən uçub gedən atmosferinin partlayan vulkanlarla yeniləndiyi düşünülür. Venera Yerdən çox qurudur və atmosferi 90 dəfə daha sıxdır. Veneranın təbii peyki yoxdur. İstiliyi 400 °C-dən daha çoxdur. Atmosferindəki qazlar istixana effekti yaradaraq onu ən isti planetə çevirmişdir.

Yer

Yer Günəşdən uzaqlığına görə üçüncü planetdir. Daxili planetlərin ən böyüyü və ən yüksək sıxlığa sahib olanıdır. Yer aktiv geoloji fəaliyyətə sahibdir və üzərində həyat olduğu sübut olunan tək planetdir. Sahib olduğu hidrosferin daxili planetlər arasında oxşarı yoxdur. Bundan başqa yer plitələrin tektonikasına sahib olan tək daxili planetdir. Yerin atmosferi digər planetlərin atmosferindən tamamilə fərqlənir. Yer atmosferi 21% oksigenə sahibdir. Ay Yerin təbii peykidir. Yer daxili planetlər içində ən böyük təbii peykə sahib olan planetdir.

Mars

Mars Günəşdən uzaqlığına görə dördüncü planetdir. Yer və Veneradan daha kiçikdir. Böyük hissəsi CO2-dən ibarət olan atmosferi vardır. Olimp vulkanı və Valles Marineris kanyonu çox yaxın dövrlərədək Marsda geoloji aktivliyin olmasının sübutlarıdır. Olimp vulkanı Günəş sisteminin ən hündür zirvəsi, Valles Marineris kanyonu isə Günəş sisteminin ən böyük və dərin kanyonudur. Marsın iki kiçik təbii peyki vardır. Bu peyklərdən böyüyü Fobos, kiçiyi isə Deymos adlanır. Bu peyklərin Marsın cazibə qüvvəsi tərəfindən tutulmuş asteroidlər olduğu düşünülür.

Həmçinin bax

  • Günəş sistemi
  • Xarici planetlər
  • Ay

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Daxili planetlər haqqında məlumat. Daxili planetlər nədir? Daxili planetlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cephalopoda

  • Fevral 27, 2026

    Bel kələfi

  • Fevral 27, 2026

    Bavariya krallığı

  • Fevral 27, 2026

    Paris Kommunası

  • Fevral 27, 2026

    Ofris

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst