Valles Marineris (lat. Mariner vadisi) — Mars planetində yerləşən Günəş sisteminin ən böyük dərinliyi. Valles Marineris 4 min kilometr uzunluğa, 200 kilometr enə və 7 kilometr dərinliyə sahibdir. Kanyon ölçülərinə görə Arizona ştatında yerləşən Böyük Kanyondan 10 dəfə böyükdür. International Phonetic Alphabet - SIL



Marsın qlobal topoqrafiyasının interaktiv təsvir xəritəsi. Şəklin üzərinə siçanı sürüşdürsəniz, şəkildə göstərilən 60-dan çox mühüm coğrafi xüsusiyyətin adı görünəcək. İstəsəniz, bu xüsusiyyətlərə keçid etmək üçün onların üzərinə keçid edə bilərsiniz. Bu xəritə NASA-nın Mars Global Surveyor orbiterində ki Mars Orbiter Laser Altimeter tərəfindən verilən məlumatlara əsaslanaraq müxtəlif rənglərdə yüksəklikləri göstərir. Başqa sözlə, xəritədə fərqli rənglər fərqli yüksəklikləri göstərir. Ağ və qəhvəyi rənglər ən yüksək yerləri göstərir (+12 to +8 km); çəhrayı və qırmızı rənglər bir qədər aşağı yerləri göstərir (+8 to +3 km); sarı rəng isə dəniz səviyyəsində, 0 km;-də olan yerləri göstərir; yaşıl və mavi rənglər də daha aşağı yerləri göstərir (−8 km-dək). Xəritə enlik və uzunluq xətləri istifadə olunmaqla çəkilib. Xəritədə qütb bölgələri də göstərilib.