Azərbaycanca (AZ) Azərbaycanca (AZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nikel (Ni) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 28-ci elementi olub vacib ultramikroelementdir. Bitkilərdə orta hesabla kütləcə 0.00005% nikel olur

Nikel

  • Ana Səhifə
  • Vikipediya
  • Nikel
28 kobalt ← nikel → mis
-
↑
Ni
↓
Pd
dövri cədvəl
Ümumi
Ad, İşarə, Nömrə nikel, Ni, 28
Qrup, Dövr, Blok 10, 4, d
Xarici görünüşü
Atom kütləsi58.6934(4) q/mol
Elektron formulu[Ar] 4s1 3d9
Fiziki xassələr
Halı
Sıxlığı
(0 °C, 101,325 kPa)
8,902 q/sm³ q/L
Ərimə temperaturu1455 °C
(1728 K, 2651 °F)
Qaynama temperaturu2913 °C
(3186 K, 5275 °F)
Elektromənfiliyi1,91
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisikCmol-1

Nikel (Ni) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 28-ci elementi olub vacib ultramikroelementdir. Bitkilərdə orta hesabla kütləcə 0.00005% nikel olur. Bəzi bitkilər var ki, onlarda nikelin miqdarı kifayət qədər yüksəkdir. Bəzi bitkilər və mikroorqanizmlər nikelin "toplayıcılardır" və ətraf mühitə nəzərən min və hətta yüz min dəfələrlə çox nikelə malikdirlər. Çayda, kakaoda, kökdə, kahıda və s. nikel çox olur.

Hələ eramızdan 200 əsr əvvəl nikelin digər metallarla (mis, sink) əmələ gətirdiyi ərintilərdən müxtəlif metal əşyalar, sikkə ərintisi hazırlayırmışlar. Nikel 1751–ci ildə A. Kronsdent tərəfindən alınmışdır. Kimyəvi mexaniki və termik davamlığa malikdir, sənayedə, xüsusən metallurgiyada geniş istifadə olunur. Oksidləşmir, yaxşı cilalanır, bu səbəbdən metal əşyaların nikelləşdirilməsində tətbiq olunur. Son illər reaktiv aviasiyada, raket qurğuların hazırlanmasında, atom reaktorlarının tikintisində tətbiq olunmağa başlamışdır. Nikelin müxtəlif metallarla əmələ gətirdiyi ərintilər (latun, neyzilber, melxior, bürünc, nixrom, platinit və s.) xalq təsərrüfatında geniş istifadə olunmuşdur.

Mündəricat

Qısa geokimyavı səciyyəsi və mineralogiyası

Nikelin beş sabit izotopu məlumdur: 58Ni, 60Ni, 61Ni, 62Ni və 64Ni. Onların içərisində 58Ni (67, 8%) daha geniş yayılmışdır. Klarkı 0, 0058% dir. Turş süxurlardan əsasi və ultraəsasi süxurlara doğru miqdarı artır. Nikel olivində izomorf qarışıq şəklində dəmiri və maqneziumu əvəz edir. O habelə bu mineralda xırda sulfidlər şəklində iştirak edir. Nikel siderofil və xalkofil xüsusiyyətləridir. O, Mendeleyev cədvəlində dəmir-kobalt-nikel triadasına daxil olur. Əsas valentliyi 2–dir. Dəmir və kobalt isə 2 və 3 valentlidir. Bu səbəbdən adları çəkilən elementlərdən ciddi sürətdə fərqlənir və hipergenez zonasında ayrıca miqrasiya edir.

Nikel Canlı orqanizmlərdə

Heyvan və insan həyatında nikelin rolu böyükdür. Dəniz heyvanlarında onun miqdarı 0.016%, yerüstü heyvanlarda 0.00001%, insan orqanimində 0.00001-0.00002% (kütlə ilə) həddində olur. Kütləsi 70kq olan insanın bədənində təxminən 1mq nikel olur. Heyvanların orqanizmində nikel buynuzlaşmış toxumalarda toplanır. İnsan orqanizmində nikel ən çox mədəaltı və qalxanvari vəzlər ətrafında olur. Nikelə həmçinin əzələlərdə, qara ciyərdə, qanda, sümük toxumasında, saçlarda, dırnaqlarda, dişlərin minasında olur. Nikel artıqlığı insanda və heyvanda gözlərin xəstələnməsinin səbəbi ola bilər. Həmçinin orqanizmə nikelin artıq miqdarda daxil olması dərinin depiqmentasiyasına - vitiliqoya səbəb ola bilər. Nikelin orqanizmə daxil olmasının əsas mənbələri aşağıdakılardır: bitki mənşəli məhsullar: düyü, yulaf, kök, gilənar, banan, qoz, armud, arpa, çovdar, qırmızı turp. heyvan mənşəli məhsullar: dəniz məhsulları, ət məhsulları.

Həmçinin bax

  • Nikel asetat
  • Nikel əsaslı ərintilər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nikel haqqında məlumat. Nikel nədir? Nikel nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Müəssisə

  • Fevral 23, 2026

    24 iyul

  • Fevral 11, 2026

    Qafqaz

  • Fevral 17, 2026

    Albaniya

  • Fevral 17, 2026

    Heyberq adaları

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst