Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 631,29 km², əhalisi 3,1 milyon nəfərdir (2024). Mərkəzi Asiyada metropoliteni olan iki şə

Daşkənd (Özbəkistan)

  • Ana Səhifə
  • Vikipediya
  • Daşkənd (Özbəkistan)

Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 631,29 km², əhalisi 3,1 milyon nəfərdir (2024). Mərkəzi Asiyada metropoliteni olan iki şəhərdən biridir.

Daşkənd
Тошкент
Toshkent
Bayraq Gerb
Bayraq Gerb
41°18′40″ şm. e. 69°16′47″ ş. u.HGYO
Ölkə
  •  Özbəkistan
Tarixi və coğrafiyası
İlk məlumat II əsr
Sahəsi
  • 334,8 km²
Mərkəzin hündürlüyü 455 m
Saat qurşağı
  • UTC+05:00
Əhalisi
Əhalisi
  • 2.956.384 nəf. (2023)
Rəsmi dili
  • özbək dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +998 71
Poçt indeksi 100000
Nəqliyyat kodu 01—09, (10, 30 — старые)
Digər
tashkent.uz
Xəritəni göstər/gizlə
Daşkənd xəritədə
Daşkənd
Daşkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin su ehtiyaclarını təmin etmək üçün onun yaxınlığında süni Çarvak gölü yaradılmışdır. 2024-cu ilə olan məlumata görə şəhərin əhalisi 3 milyon 105 min nəfərdir. Şəhər 12 inzibati rayona bölünür.

Mündəricat

Adı

Şəhərin əsasının e.ə. V-III əsrlərdə qoyulduğu güman edilir. Qədim mənbələrdə Çaç, Şaş, Caç, Şaşkənd adlarına rast gəlinir. Çaç müasir Daşkəndin ən qədim adıdır. Dillərində ç səsi olmadığına görə ərəblər onu Şaş şəklində yazmışlar. Şaşkənd sonralar Daşkəndə çevrilmişdir. Maraqlıdır ki, şəhərin adını Çin qaynaqları Çö-Çi, Çö-Şi, yaxud sadəcə Şi şəklində transkripsiya etmişlər ki, bu da çincə daş deməkdir. Firdovsi öz "Şahnamə"sində şəhəri Çaç adlandırır. XVI əsrdən başlayaraq şəhər indiki adı ilə adlanmağa başlamışdır. "Daşkənd" sözü "daş" və türk dillərində şəhər mənasını verən "kənd" sözlərinin birləşməsindən yaranmışdır.

Tarix

Daşkənd həmişə bölgənin əsas beynəlxalq nəqliyyat mərkəzi olub. 1917-ci il inqilabı zamanı baş vermiş vandalizmdən və 1966-cı il zəlzələsindən sonra şəhərdə mövcud olan bənzərsiz memarlıq abidələrinin çox hissəsi məhv olub. Şəhərdə daha çox sovet dövründə tikilən mədəniyyət və muzey mərkəzlərinə rast gəlmək mümkündür.

Qədim şəhərin bəzi qədim binaları şəhərin qərb hissəsində yerləşir. Maraqlı binalardan biri, XVI əsrdə inşa olunmuş Kukeldaş Mədrəsəsidir. Bu tikili Kaffali Şaş movzoleyi kimi də tanınır və ondan muzey kimi istifadə olunur. Burada yerləşən Qəst-İmam tikilisinə qeyri-müsəlmanların girişi qadağandır, digər ziyarətçilər isə bura giriş üçün əvvəlcədən icazə almalıdırlar.

Qardaş şəhərlər

  • Tunis Tunis, Tunis (1961)
  • Hindistan Hindistan, Patiala (1961)
  • Pakistan Pakistan, Kəraçi (1961)
  • Liviya Liviya, Tripoli (1962)
  • Mərakeş Mərakeş, Mərakeş (1963)
  • Yuqoslaviya Yuqoslaviya, Skopye (1963) 1993-dən Şimali Makedoniya Şimali Makedoniya
  • ABŞ ABŞ, Sietl (1973)
  • Rusiya Rusiya, Moskva
  • Türkiyə Türkiyə, Ankara (2004)
  • Türkiyə Türkiyə, İstanbul
  • Ukrayna Ukrayna, Dnipro
  • Ukrayna Ukrayna, Kiyev
  • Qazaxıstan Qazaxıstan, Astana
  • Qazaxıstan Qazaxıstan, Almatı
  • Latviya Latviya, Riqa
  • Çin ÇXR, Pekin (2008)
  • Almaniya Almaniya, Berlin (1993)
  • Misir Misir, Qahirə
  • Qırğızıstan Qırğızıstan, Bişkek

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Daşkənd (Özbəkistan) haqqında məlumat. Daşkənd (Özbəkistan) nədir? Daşkənd (Özbəkistan) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Proqram təminatı

  • Fevral 20, 2026

    Sakit okean

  • Fevral 23, 2026

    İEEE

  • Fevral 24, 2026

    Oqtay Şıxəliyev

  • Fevral 24, 2026

    Musa peyğəmbər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst