Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dəllər Cırdaxan (əvvəlki adı Dəllər kəndi və ya Dəllərkənd) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qeyri rəsmi olaraq Cəfə

Dəllər Cırdaxan

  • Ana Səhifə
  • Vikipediya
  • Dəllər Cırdaxan

Dəllər Cırdaxan (əvvəlki adı Dəllər kəndi və ya Dəllərkənd) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qeyri rəsmi olaraq Cəfər Cabbarlı kəndi kimi tanınır. Keçmiş adı Dəllər kəndi olmuşdur.

Dəllər Cırdaxan
40°53′52″ şm. e. 46°04′51″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Rayon Şəmkir rayonu
Tarixi və coğrafiyası
Əvvəlki adları Dəllər kəndi və ya Dəllərkənd
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 3.882 (2014) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5737
Digər
shamkir-ih.gov.az
Xəritəni göstər/gizlə
Dəllər Cırdaxan xəritədə
Dəllər Cırdaxan
Dəllər Cırdaxan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəllər Cırdaxan Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir. Cırdaxan kəndini keçmiş Qazax qəzasında eyniadlı kəndlərdən fərqləndirmək məqsədilə yaxınlıqdakı Dəllər qəsəbəsinin adından istifadə olunmuşdur. Oykonim "Dəllər qəsəbəsinin yaxınlığındakı Cırdaxan kəndi" mənasındadır.

Mündəricat

Tarix

Dəllər Cırdaxan yaşayış məntəqəsi kimi hələ XVIII əsrin əvvəllərindən Dəllər kəndi adı ilə mövcuddur. Kəndin ərazisində yerləşən və XVIII–XIX əsrlərə aid olan qəbiristanlıq bunun əyani sübutudur. Kəndin əsasını Mayarlı,Qımırlı, Kosalı, Dəlləkli, Cırdaxanlı kimi yerli və qədim türk tayfalarının nümayəndələri qoymuşlar. Bu səbəbdən kəndin bəzi əraziləri "Qımırlı", "Hacıməmmədli" ("Hajımədli") və "Mollalı" adı ilə kənd əhalisin arasında tanınır. Çar Rusiyası dönəmində kəndin adı Dəllər olmuşdur. Sonradan kənddən 5 km cənubda yaranmış dəmiryolu stansiyasına bu kəndin adı verilmiş, həmin stansiyanın ətrafında yaranmış yaşayış məntəqəsi Dəllər qəsəbəsi adlandırılmışdır. Əslində Dəllər toponimi ilk olaraq bu kəndə aid olub. 1888 və 1902-ci illərdə Çar Rusiyası dövründə buraxılmış Yelezavetopol quberniyasınına aid xəritələrdə bu kəndin ərazisinin sadəcə Dəllər, yəni Dəllər kəndi adı ilə göstərilməsi bu tarixi faktın təsdiqidir.

SSRİ dövründə kənddə Cəfər Cabbarlı adına sovxoz fəaliyyətə başlamışdır. Buna görə də el arasında bu kənd Cəfər Cabbarlı adlanır.

"Dəllər" oykonimin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Oykonim özündə qədim türk tayfalarından olan telelərin adını əks etdirir. Telelər VII–VIII əsrlərdə tokuzoğuz adı ilə də adlanmışlar. Qıpçaqların və xəzərlərin tərkibində Azərbaycana gəlmiş telelər dəlilər/dəllər variantında bir cox coğrafi adlarda öz izlərini saxlamışlar. Gürcüstanda Dəllər, Telavi, Ermənistanda Dalar (Dəlilər) oykonimləri də bu tayfanın adı ilə bağlıdır.

"Cırdaxan" — Etnotoponimdir. Qızılbaş(Səfəvi) tayfalarından biri olan cırdaxanlıların adındandır. Toponimin arealı Azərbaycanda Tovuz, Bərdə, Xanlar, Yevlax Şəmkir, Qazax rayonlarını əhatə edir.

Dəllər Cırdaxan oykoniminin mənası Dəllər qəsəbəsinin yaxınlığında yerləşən Cırdaxan kəndi deməkdir.

Mədəniyyət, təhsil və səhiyyə

Aşıq Dilqəmin büstü
Şahin Əmirov adına Dəllər Cırdaxan kənd orta məktəbi

2001-ci ildə aşıq Yəhya bəy Dilqəmin şərəfinə kənddə abidə ucaldılaraq abidənin ətrafında park salınmışdır.2020-ci ildə Şəmkir rayonu Dəllər Cırdaxan bələdiyyəsi tərəfindən kəndin girişində Şəhidlər bulağı inşa olunmuşdur. Kənddə iki məktəb, bir uşaq bağçası, bir həkim məntəqəsi və bir kitabxana vardır. Şagirdlər Şahin Əmirov adına Dəllər Cırdaxan kənd orta məktəbində təhsil alırlar. Bundan başqa kəndin Qaranüy yaşayış massivində yerləşən Tahir Əliyev adına 9 illik orta məktəb kənd əhalisinin xidmətindədir.

İdman

Kəndi Şəmkir rayon birinciliyində həvəskar futbol klubu təmsil edir.

Coğrafiyası, turizm potensiyalı və iqlimi

Dəllər Cırdaxan kəndi rayon mərkəzi Şəmkir şəhərindən 10 km., Dəllər dəmiryolu stansiyasından 5 km. şimalda, dəniz səviyyəsindən 232 metr yüksəklidə yerləşir.Kür çayının sağ sahilindən 5 km aralı,Gəncə-Qazax düzənliyindədir. Kəndin ərazisində "İstisu" adı ilə tanınan müalicəvi mineral bulaq vardır. Kəndin Kür çayı sahilində olan hissəsində meşə zolağı mövcuddur.

İqtisadiyyatı

Əsas təsərrüfatı taxılçılıq, heyvandarlıq və əkinçilikdir. Kənd əhalisinin bir qismi Rusiya və digər MDB ölkələrində çalışır.

Əhalisi

Kəndin əhalisi 3882 nəfərdir.

Görkəmli şəxsləri

  • Aşıq Həmayıl — təxminən XIX əsrin birinci yarısında Şəmkir mahalının Dəllər Cırdaxan kəndində anadan olmuş və həmin əsrdə yaşamış aşıq.
  • Aşıq Yəhya bəy Dilqəm — XIX əsrdə yaşamış azərbaycanlı aşıq.
  • Oruc Musayev — ingilis dili mütəxəssisi, filologiya elmləri doktoru, professor.
  • Yasin Qarayev — Azərbaycanın tanınmış teatr və televiziya aktyoru və ikinci rejissor, Azərbaycanın xalq artisti (2006), "Qızıl Dərviş" mükafatı laureatı,[1] Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü.
  • Bəxtiyar Aslanbəyli -BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti.

Şəkilləri

  • kənd 1902-ci ilə aid olan Yelezavetopol quberniyasının inzibati xəritəsində Dəllər kəndi adı ilə göstərilib (IV-8)
    kənd 1902-ci ilə aid olan Yelezavetopol quberniyasının inzibati xəritəsində Dəllər kəndi adı ilə göstərilib (IV-8)
  • Dəllər dəmiryolu stansiyasından kəndə gedən yol
    Dəllər dəmiryolu stansiyasından kəndə gedən yol
  • Kəndin şimal hissəsi
    Kəndin şimal hissəsi
  • Qaranüy yaşayış massivinə gedən yol
    Qaranüy yaşayış massivinə gedən yol
  • Kənddə Cəfər Cabbarlının büstü
    Kənddə Cəfər Cabbarlının büstü
  • Kəndin mərkəzi
    Kəndin mərkəzi
  • Dəllər Cırdaxan kənd poçtu
    Dəllər Cırdaxan kənd poçtu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dəllər cırdaxan sözünün mənası, dəllər cırdaxan haqqında məlumat. dəllər cırdaxan nədir? dəllər cırdaxan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qot əlifbası

  • Mart 01, 2026

    Efrayim Katsir

  • Mart 01, 2026

    Göbəklitəpə

  • Fevral 27, 2026

    Kaxa Kaladze

  • Mart 01, 2026

    Raqqa mühafəzəsi

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst