Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yasin Mikayıl oğlu Qarayev (22 may 1946, Dəllər Cırdaxan, Şamxor rayonu) — Azərbaycanın tanınmış teatr və televiziya aktyoru və ikinci rejissor, Azərbaycanın xa

Yasin Qarayev

  • Ana Səhifə
  • Vikipediya
  • Yasin Qarayev

Yasin Mikayıl oğlu Qarayev (22 may 1946, Dəllər Cırdaxan, Şamxor rayonu) — Azərbaycanın tanınmış teatr və televiziya aktyoru və ikinci rejissor, Azərbaycanın xalq artisti (2006), "Qızıl Dərviş" mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü.

Yasin Qarayev
Doğum tarixi 22 may 1946(1946-05-22) (79 yaş)
Doğum yeri
  • Dəllər Cırdaxan, Şamxor rayonu, Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1974-cü ildən
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 19911991"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20062006"Sənətkar" medalı

Mündəricat

Həyatı

Yasin Qarayev 22 may 1946-cı ildə Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olub.1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirmiş, 1974-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlamışdır. Doğma teatrın səhnəsində aşağıdakı rolları ifa etmişdir:

  • 1. Aşıq Vəli, Mahmud — ("Hacı Qəmbər", Nəcəf Bəy Vəzirov)
  • 2. Cəlal — ("Komsomol poeması", İskəndər Coşğun)
  • 3. Volodya Kulikov — ("Unutmayın", Yusif Əzimzadə)
  • 4. Elşad — ("Şəhərli oğlan", Qeybulla Rəsulov)
  • 5. Əziz — ("Sağlıq olsun", İsi Məlikzadə)
  • 6. Qarakişi — ("Gəl qohum olaq", İsi Məlikzadə)
  • 7. Qulu — ("Tamahkar", Süleyman Sani Axundov)
  • 8. Azər — ("Mahmud və Məryəm", Elçin)
  • 9. Əflətun — ("Ölüm hökmü", Elçin)
  • 10. Qələndərov — ("Olmuş əhvalat", Aqşin Babayev)
  • 11. Qafar – ("Çimnaz xanım yuxudadır", Süleyman Rüstəm)
  • 12. Əmi — ("Nənənin kələyi", Əhməd Orucoğlu)
  • 13. Kürən – ("Yaddaş ağrısı", Hüseynbala Mirələmov)
  • 14. Qafar — ("Çimnaz xanım yuxudadır", Süleyman Rüstəm)
  • 15. Aşıq Vəli – ("Yağış, yağmur və daldan atılan daş", Nəcəf bəy Vəzirov)
  • 16. Mister Bambl – ("Oliver Tvistin macəraları" Ç. Dikkens)
  • 17. Hacı Qara – ("Hacı Qara" M. F. Axundxzadə)
  • 18. Vəzir – ("Əlincə qalası" Dilsuz)
  • 19. Balaəmi — ("Sarıköynəklə Valehin nağılı" İ. Əfəndiyev)
  • 20. Bulmaq — ("Qohumlar" V. Şuqrayeva, Ə. Əmirli)

Yasin Qarayev Azərbaycan teatr sənəti sahəsindəki xidmətlərinə görə 1991-ci ildə Əməkdar Artist, 2006-cı ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Filmoqrafiya

  1. Şeytan göz qabağında (film, 1987)
  2. Ağ atlar üçün vals (tammetrajlı televiziya tamaşası) (Aztv)
  3. Ömürdən uzun gecə (film, 1996)
  4. Fatehlərin divanı
  5. Nigarançılıq (film, 1998)
  6. Bağdada putyovka var... (film, 2000)
  7. Gəl qohum olaq (film, 2001)
  8. Yol yoldaşları (film, 2003)
  9. Mükafat (film, 2004)
  10. Ərazi (film, 2005)
  11. Bəylik dərsi (film, 2007)
  12. Laplandiyalı qonaq (film, 2009)
  13. Qaynanamız (serial 2015)
  14. Bir xalanın sirri (film, 2018)
  15. Qaragöz (film, 2018)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yasin qarayev sözünün mənası, yasin qarayev haqqında məlumat. yasin qarayev nədir? yasin qarayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İdiot (roman)

  • Mart 06, 2026

    Təzəkənd (Kəngərli)

  • Fevral 27, 2026

    Korroziya

  • Fevral 27, 2026

    Anşluss

  • Mart 06, 2026

    Kоprivniçа

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst