Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Efrayim Katsir (ivr. ‏אפרים קציר‏‎; 3 (16) may 1916, Kiyev – 30 may 2009[…], Rexovot) — İsrail biofiziki və İsrail Əmək Partiyasının üzvü, İsrailin dördüncü Pre

Efrayim Katsir

  • Ana Səhifə
  • Vikipediya
  • Efrayim Katsir

Efrayim Katsir (ivr. ‏אפרים קציר‏‎; 3 (16) may 1916, Kiyev – 30 may 2009[…], Rexovot) — İsrail biofiziki və İsrail Əmək Partiyasının üzvü, İsrailin dördüncü Prezidenti (1973–1978).

Efrayim Katsir
ivr. ‏אפרים קציר‏‎
4-cü İsrail prezidenti
24 may 1973 – 24 may 1978
ƏvvəlkiZalman Şazar
Sonrakıİtshak Navon
Şəxsi məlumatlar
Doğum adı Эфраимъ Юдель-Гершевичъ Качальскій
Doğum tarixi 3 (16) may 1916(1916-05-16)
Doğum yeri
  • Kiyev, Kiyev quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 30 may 2009(2009-05-30)[…] (93 yaşında)
Vəfat yeri
  • Rexovot
Dəfn yeri
  • Rexovot
Partiya İsrail Əmək Partiyası
Təhsili
  • Yerusəlim Yəhudi Universiteti,
  • Harvard Universiteti,
  • Kolumbiya Universiteti
Fəaliyyəti bioloq, universitet müəllimi[d], siyasətçi
Həyat yoldaşı Nina Qotlib
Uşağı 1
Dini İudaizm
Rütbəsi
  • polkovnik-leytenant
Elmi fəaliyyəti
Elm sahəsi Biofizika, biologiya, siyasət

Təltifləri İsrail mükafatı — 1959
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Efrayim Kaçalski Rusiya İmperiyasının Kiyev şəhərində (indiki Ukrayna) Yehuda və Sila Kaçalskinin ailəsində anadan olmuşdur. 1925-ci ildə (bəzi mənbələrə görə 1922-ci ildə) ailəsi ilə birlikdə yenicə seçilmiş İosif Stalinin rəhbərliyi ilə həyata keçirilən Sovet terrorundan yaxa qurtarmaq məqsədilə mandat altında olan Fələstinə miqrasiya etmiş və Yerusəlimdə məskunlaşmışdır. 1932-ci ildə Rehaviya Gimnaziyasından məzun olmuşdur. Qardaşı Aharon Katsir kimi o da elmlə maraqlanırdı. O, Yerusəlim Yəhudi Universitetində botanika, zoologiya, kimya və bakteriologiya üzrə təhsil alırdı. 1938-ci ildə magistr, 1941-ci ildə isə fəlsəfə doktoru elmi dərəcəsi alır. 1939-cu ildə ilk Haqana qulluqçuları kursundan məzun olur və tələbə birliyinin komandiri təyin edilir. Qardaşı ilə birlikdə partlayıcı maddələrin inkişafı üzərində işləyir. 1948-ci ildə Efrayim "Heyl Mada" — elmi tədqiqat və inkişaf korpusunun komandiri təyin edilir. Qardaşı, Veysman İnstitutunda Polimer Tədqiqatları Departamentinin rəhbəri Aharon Katsir Lod Hava Limanında qırğın zamanı qətlə yetirilir.

Katsir Nina ilə ailə həyatı qurmuşdu. Nina Polşada anadan olmuş, 1986-cı ildə vəfat etmişdir. İngilis dili müəlliməsi olan Nina dilin tədrisi üçün özünəməxsus metod işləyib hazırlamışdı. Prezidentin xanımı olduğu zamanlarda uşaq kitablarının müəlliflərini və onların azyaşlı oxuyucularını Prezident İqamətgahına dəvət edərdi. Nina qızları Nurit və İritin xatirəsinə 1978-ci ildə Nurit Katsir Yerusəlim Teatr Mərkəzini qurmuşdu. Nurit karbon mono oksidin təsirinə məruz qalaraq bədbəxt hadisə nəticəsində həyatını itirmişdi. Digər qızları İrit isə özünü öldürmüşdü. Onların Meir adlı bir oğlu və üç nəvəsi vardı. Efrayim Katsir 30 may 2009-cu ildə Rexovotdakı evində vəfat etmişdir.

Elmi fəaliyyəti

Bruklin Politexnik İnstitutu, Kolumbiya Universiteti və Harvard Universitetində tədqiqatlarına davam etdikdən sonra İsrailə qayıdır və Rexovotda özünün də qurulmasında yaxından iştirak etdiyi Veysman Elmi İnstitutunda Biofikiza Departamentinin rəhbəri olur. 1966–1968-ci ildə Katsir İsrail Silahlı Qüvvələrinin baş elmi işçisi olur. Onun ilk tədqiqat obyektləri sadə sintetik protein modellər olsa da, hazırda protein mühəndisliyi adlanan sahənin əsasını təşkil edən metodları da aşkar etmişdi.

Prezidentlik

Prezident Efrayim Katsir bədəvi şeyxləri ilə görüşür.

1973-cü ildə Qolda Meir Harvard Universitetində Katsirlə əlaqə saxlayır və ondan prezidentlik təklifini qəbul edib-etmədiyini soruşur. Bu zaman Efrayim soyadını "məhsul" mənasını verən "Katsir" olaraq dəyişdirir.

10 mart 1973-cü ildə Katsir Knesset tərəfindən İsrailin dördüncü prezidenti seçilir. O, 66 lehinə, 41 əleyhinə səs toplamaqla rəqibi Efrayim Urbaxa qalib gəlir və 24 may 1973-cü ildə prezidentlik səlahiyyətlərinin icrasına başlayır.

1977-ci ilin noyabrında Misir prezidenti Ənvər Sadatı qəbul edir: bu, bir ərəb dövlət başçısının İsrailə ilk rəsmi səfəri idi. Katsir həyat yoldaşının xəstəliyi səbəbi ilə ikinci dəfə prezident olmaqdan imtina etmiş və ardınca İtshak Navon prezident seçilmişdir. Prezidentlikdən sonra yenidən elmi fəaliyyətinə davam etmişdir.

Mükafatları

  • 1959 — İsrail Mükafatı (təbiət elmləri üzrə)
  • 1972 — Avropa Biokimyəvi Cəmiyyətləri Federasiyasının Cənab Hans Krebs Medalı
  • 1977-ci ildə London Kral Cəmiyyətinin Xarici Üzvü seçilib.
  • 1985 — Yaponiya Mükafatı
  • 2000-ci ildə Raşi Fondu Katsirin şərəfinə Katsir Təqaüd Proqramını yaratdı. Katsir burada direktorlar şurasının ilk üzvlərindən idi.
  • Nümunəvi tərcüməyə görə Çernixovski Mükafatına da layiq görülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Efrayim Katsir haqqında məlumat. Efrayim Katsir nədir? Efrayim Katsir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sultan Əbdüləziz

  • Fevral 27, 2026

    Fal

  • Fevral 27, 2026

    Komet

  • Fevral 27, 2026

    Krijеvtsi

  • Fevral 27, 2026

    Jorj Bize

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst