Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəxtiyar Əli oğlu Aslanbəyli (7 avqust 1976, Bakı) — BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti, Bakı Dövlət Universitetinin

Bəxtiyar Aslanbəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Bəxtiyar Aslanbəyli

Bəxtiyar Əli oğlu Aslanbəyli (7 avqust 1976, Bakı) — BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti, Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvü, Hüquq elmləri üzrə fəlsəfə doktoru, Beynəxalq münasibətlər və enerji məsələləri üzrə mütəxəssis.

Bəxtiyar Aslanbəyli
Doğum tarixi 7 avqust 1976(1976-08-07) (49 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elm sahəsi beynəlxalq münasibətlər
Mükafatları "Britaniya imperiyası" ordeni "Tərəqqi" medalı "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi" yubiley medalı "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi" yubiley medalı

Mündəricat

Həyatı

Bəxtiyar Əli oğlu Aslanbəyli 7 avqust 1976-cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri 176 saylı orta məktəbi bitirib. 1997 və 1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəkxalq hüquq fakültəsinin bakalavr və magistr pilləsini bitirib.

Əmək fəaliyyətinə 1998-ci ildə PricewaterhouseCoopers şirkətində başlayıb. 2002-ci ildən bp şirkətində çalışır. 2015-ci ildən bp-nin regional vitse prezidentidir. Pedaqoji fəaliyyətə 1997-ci ildən başlayıb. Hal hazırda Bakı Dövlət Universteti, ADA universiteti və Bakı Ali Neft Məktəbində mühazirələrə davam edir. Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvüdür. Ehtiyatda olan zabitdir.

Təhsili

  • 1993–1997 – Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi, Beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi (fərqlənmə ilə)
  • 1997–1999 – Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi, Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi (fərqlənmə ilə)
  • 2001–2003 – Azərbaycan Dövlət İqtisad Universitetinin Yenidənhazırlama və ixtisasartırma fakültəsi, iqtisadçı ixtisası
  • 2000–2004 — Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə və Hüquq İnstitutunun dissertanturası

Ailəsi

Ailəlidir, üç övladı var.

Əmək fəaliyyəti

  • 1998–2002 – PricewaterhouseCoopers Azərbaycan, Vergi məsləhətçisi
  • 2002–2009 – BP Azərbaycan, vergi müşaviri
  • 2009–2012 – BP Azərbaycan, Vergi hesabatları və nəzarət bölümünün rəhbəri
  • 2012–2015 – BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Vergi və gömrük direktoru
  • 2015–2020 – BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə Kommunikasiya və Xarici əlaqələr, Strategiya və Region üzrə vitse-prezidenti
  • 2020–2021 – BP-nin Yaxın Şərq və Xəzər ölkələrində Xarici əlaqələr və Kommunikasiya üzrə vitse-prezidenti
  • 2021 – BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və Kommunikasiya üzrə vitse-prezidenti

İctimai fəaliyyəti

  • 2022 - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının üzvu
  • 2021 - Azərbaycan Basketbol Feserasiyasının Rəyasət Heyətinin üzvü
  • 2019 — Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvü
  • 2017–2019 — Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Direktorlar Şurasının üzvü
  • 2015–2017 — Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Vergi və gömrük komitəsinin sədri

Elmi və pedaqoji fəaliyyəti

  • 1997–1999 — Təfəkkür Universitetinin Hüquq elmləri kafedrasının müəllimi 
  • 1999–2006 — BDU-nun Beynəlxalq münasibətlər kafedrasının müəllimi
  • 2006 — BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi (hal-hazırda əvəzçilik üzrə) proqramında (Black Sea Security Program) qonaq mühazirəçi
  • 2015 (yanvar) — ADA Universitetinin İctimai və beynəlxalq əlaqələlr fakültəssinin müəllimi (hal-hazırda xidmət müqaviləsi üzrə)
  • 2015 (noyabr) — Bakı Ali Neft Məktəbinin İngilis dili və Humanitar fənnlər mərkəzinin baş müəllimi (əvəzçilik üzrə)
  • 2020 — İqtisadiyyat və idarəetmə ixtisaslar qrupuna aid Təhsil standartlarının hazırlanması ilə əlaqədar yaradılmış komissiyanın üzvü.
  • 2022 - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının üzvu.

Akademik maraq dairəsi beynəlxalq vergi hüququ, enerji geosiyasəti, neft-qaz sektorunun siyasi iqtisadı, milli və beynəlxalq təhlükəsizlik sahələrini əhatə edir.

Nəşrləri

  • Səfir hüququnun kodifikasiyası – Bakı, "Gənclik" nəşriyyatı, 1997
  • NATO SPS Series "Energy Security in the Wider Black Sea Area — National and Allied Approaches, Brussels, IOS Press, 2013, ISSN 1874–6276 (Məqalə: "Critical infrastructure aspects of energy security: Azerbaijan and Regional context")
  • Security in the Black Sea Region: Shared challenges, sustainable future, Bucharest, 2015, ISBN 978-606-532-146-5 (Məqalə: "New format of cooperation with NATO for the protection of critical energy infrastructure in Azerbaijan")

Seçilmiş əsərləri

  • 2008, Evolution of Parlamentaranism in Azerbaijan (Azərbaycanda parlamentarizmin təkamülü)
  • 2008, "Enerji diplomatiyası" fənninin proqramı
  • 2008, "Beynəlxalq münasibətlərdə parlamentin rolu" ixtisas kursunun proqramı
  • 2007, Azərbaycan Respublikasının imzaladığı Hasilıatın Pay Bölgüsü tipli Sazişlərdə beynəlxalq vergitutma məsələləri
  • 2006, "MDB ölkələrinin xarici siyasəti" fənninin proqramı (həmmüəllif)
  • 2006, The International Agreements signed with Foreign Investors in Azerbaijan Oil and Gas Industry: Production Sharing and International Taxation Matters (Azərbaycanın neft və qaz sənayesində xarici sərmayəçilərlə imzalanmış beynəlxalq müqavilələr: hasilatın pay bölgüsü və beynəlxalq vergitutma məsələləri)
  • 2006, Management of Oil and Gas revenues in Azerbaijan (Azərbaycan Respublikasının neft-qaz gəlirlərinin idarə olunması)
  • 2005, Разработка энергоресурсов Каспия: воздействие на региональную экологическую безопасность (həmmüəllif) (Xəzərin enerji resurslarının hasilatı: regional ekoloji təhlükəsizliyə təsiri))
  • 2005, Beynəlxalq vergi müqavilələrinin təkamülü
  • 2004, Diplomatik hüququn Vyana Konvensiyasına (1961) qədərki inkişafı
  • 2003, Beynəlxalq vergi münasibətlərinin məcəllələşdirilməsi
  • 2003, İkiqat vergitutmanın aradan qaldırılması haqqında OECD və BMT model konvensiyalarının müqayisəli təhlili
  • 2003, Avropa Şurası Parlament Assambleyasının əsas fəaliyyət mexanizmləri

Təltif və mükafatları

  • 2017 – "Tərəqqi" medalı (Azərbaycan Respublikası Prezidentinin 3241 nömrəli sərəncamı, 19 sentyabr 2017)
  • 2021 – "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" yubiley medalı (Təhsil nazirinin K-440 nömrəli əmri, 8 may 2021)
  • 2019 – "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı (Təhsil nazirinin K-1827 nömrəli əmri, 6 dekabr 2019)
  • 2016 – "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" Dövlət Gömrük Komitəsinin döş nişanı (DGK sədrinin 100/93 nömrəli əmri, 26 yanvar 2017)
  • 2014 – ARDNŞ-in fəxri fərmanı (ARDNŞ prezidentinin 14–1000/21–33-000096 nömrəli əmri, 14 sentyabr 2012)
  • 2023 – "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" yubiley medalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bəxtiyar Aslanbəyli haqqında məlumat. Bəxtiyar Aslanbəyli nədir? Bəxtiyar Aslanbəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    III Səlim

  • Fevral 27, 2026

    Türk dünyası

  • Fevral 25, 2026

    Xocalı (şəhər)

  • Fevral 27, 2026

    Surət Hüseynov

  • Fevral 16, 2026

    Qriqorian təqvimi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst