Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Dəbistan" maarifçi jurnalı Bakıda 16 aprel 1906-cı ildə Azərbaycan dilində nəşrə başladı. Jurnal əvvəl Əli İsgəndər Cəfərzadə ilə Məhəmmədhəsən bəyin müdirliyi

Dəbistan (jurnal)

  • Ana Səhifə
  • Vikipediya
  • Dəbistan (jurnal)

"Dəbistan" jurnalı — ilk pedaqoji jurnal.

"Dəbistan"
Növ pedaqoji jurnal
Təsisçi Əlisgəndər Cəfərzadə, Məhəmmədhəsən
Təsis tarixi 16 aprel 1906
Qərargah Bakı
Dil Azərbaycan dili

Mündəricat

Haqqında məlumat

"Dəbistan" maarifçi jurnalı Bakıda 16 aprel 1906-cı ildə Azərbaycan dilində nəşrə başladı. Jurnal əvvəl Əli İsgəndər Cəfərzadə ilə Məhəmmədhəsən bəyin müdirliyi və naşirliyilə nəşr edilirdi.

Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Əlisgəndər Cəfərzadənin adı ilə bağlıdır. Jurnalın 1906-cı ildə 18 nömrəsi, 1907-ci ildə 7 nömrəsi, 1908-ci ildə isə 2 nömrəsi çıxmışdır.

"Dəbistan" məcmuəsinin başında belə bir bəyanat vardı:

" Mütəəlimlərə (şagirdlərə) məxsus iki həftədə nəşr olunan və əbnayi - millətimizin tərəqqi və təkamülünə xidmət edən müsəvvi (rəsmli, şəkilli) türk jurnalıdır. "

Əməkdaşlar

Jurnalın fəaliyyətində Ə.İ.Cəfərzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Şeyda, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, R.Əfəndizadə, Musayev, Fərhad Ağazadə, Abbas Səhhət, Abdulla Şaiq, Ə.Əfəndizadə, Fərəcullazadə, Nəriman Nərimanov və dövrün digər tanınmış ziyalıları iştirak ediblər.

Hələ Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı. 1906-cı ildə "Dəbistan" jurnalında çap edilmiş Sultan Məcid Qənizadənin "Allah xofu" hekayəsi onun yaradıcılığında xüsusi yer tutur.

Jurnalda əks olunan mövzular

"Dəbistan"da pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi.

Bunlardan əlavə bir çox tərcümələr və Osmanlı əsərləri dərc olunurdu, möhtərəm şəxslərin şəkilləri dərc olunurdu. Bir çox tarixi — təbiət, elmi, fənni, ədəbi və ictimai məlumat tapmaq mümkün idi. "Dəbistan"ın "Valideynə məxsus vərəqə"si də olmuşdur.

Jurnalın bağlanması

Maarifçi-demokratik səciyyəli "Dəbistan" jurnalı maddi çətinliklə üzləşəndə onun nəşrini davam etdirmək üçün jurnala xeyriyyəçi Zəkəriyyə bəy Aslanov da köməklik göstərənlər arasında olmuşdur. Bu məcmuə 1908-ci ilin martın 1-nə kimi davam etmişdir. Məcmuə maddi zəiflikdən dolayı bağlanmışdır. Son nömrəsində Həsən bəy Zərdabinin şəkli, tərcümeyi-halı, fəaliyyəti, xidməti və mərasimi-dəfni öz əksini tapıb.

Həmçinin bax

  • Məktəb (jurnal)
  • Rəhbər (jurnal)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dəbistan (jurnal) haqqında məlumat. Dəbistan (jurnal) nədir? Dəbistan (jurnal) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Göyçay rayonu

  • Fevral 27, 2026

    Firudin Cəm

  • Fevral 21, 2026

    Boşnaklar

  • Fevral 27, 2026

    Peano aksiomları

  • Fevral 24, 2026

    Pakistanlılar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst