Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Species Plantarum (“Bitki növləri”) — K. Linney tərəfindən 1753-cü ildə nəşr edilmiş və o dövrdə bilinən bütün bitki növlərinin cinslərə görə təsnif edildiyi əs

Species Plantarum

  • Ana Səhifə
  • Vikipediya
  • Species Plantarum

Species Plantarum (“Bitki növləri”) — K. Linney tərəfindən 1753-cü ildə nəşr edilmiş və o dövrdə bilinən bütün bitki növlərinin cinslərə görə təsnif edildiyi əsər. Əsər ikili adlandırma sistemini ardıcıl tətbiq edən ilk əsərdir və bitkilərin elmi cəhətdən adlandırılması üçün başlanğıc nöqtəsi olmuşdur.

Species Plantarum
lat. Species plantarum
Müəllif Karl Linney
Orijinalın dili latın dili
Ölkə
  •  İsveç
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Nəşri

Species Plantarum 1753-cü il mayın 1-də Laurentius Salvius tərəfindən Stokholmda iki cilddə nəşr edilmişdir. Əsərin ikinci nəşri 1762-1763-cü illər arasında çap edilmişdir. 1764-cü ildə hazırlanan üçüncü nəşri ikinci nəşrdən çox da fərqlənmirdi. Sonrakı nəşrlər Linneyin 1778-ci ildəki ölümündən sonra Carl Ludwig Willdenowun rəhbərliyi altında baş tutmuşdur.

Birinci nəşrin üz qabığı

Əhəmiyyəti

Species Plantarumdan əvvəl şəkildəki bitki “Plantago foliis ovato-lanceolatis pubescentibus, spica cylindrica, scapo tereti” adı ilə tanınırdı. L., bitkiyi Plantago media olaraq yenidən adlandırmışdır.

Species Plantarum, ikili adlandırma sistemini ardıcıl olaraq tətbiq edən ilk botanika tədqiqatıdır (1758-ci ildə nəşr olunan Linnaeusun Systema Naturae adlı əsəri eyni təsnifatı heyvanlara tətbiq edən ilk əsər idi). Bu tədqiqatdan əvvəl bitki növləri bir çox sözdən ibarət uzun bir ada sahib idi. Misal üçün; “Plantago foliis ovato-lanceolatis pubescentibus, spica cylindrica, scapo tereti” və ya ”Nepeta floribus interrupte spicatis pedunculatisx”. Species Plantarum ilə bu uzun və mürəkkəb adlar bir sözlü cins adı və bir sözlü növ epitetini əhatə edən iki hissəli adlarla əvəz edildi. Buna görə yuxarıdakı iki nümunə sırasıyla Plantago media və Nepeta catariya oldu.

Species Plantarum, əksər bitki adlarını vermək üçün “başlanğıc nöqtəsi” seçildi, çünki binomial nomenklaturanı ardıcıl tətbiq edən ilk tədqiqat əsəri idi.

Məzmunu

Species Plantarum, dərc edildiyi zaman K. Linney tərəfindən bilinən minlərlə bitki növünün təsvirlərini ehtiva edirdi. İlk nəşrdə növlər Acalypha australis ilə başlayaraq Zygophyllum spinosum ilə bitmişdi və 5.940 növ var idi. L. əsərin başlanğıcında 10.000-dən az bitki növünün olduğunu təxmin etdiyini bildirmişdi. Bununla birlikdə, günümüzdə təxminən 400.000 çiçəkli bitki növünün olduğu iddia edilir.

Bitkilər Lin cinsi təsnifat sisteminə görə təxminən 24 sinifə ayrılmış min cinsə görə nizamlanmışdır. Species Plantarumda cinsin təsviri yoxdur. Bu səbəbdən Genera Plantarum (“Bitki Cinsləri”), Species Plantarumun beşinci nəşri ilə eyni vaxtda nəşr olunmuşdur. L.nin cinsi sistemi indi ortaq əcdadları dəqiq bir şəkildə əks etdirən bir sistemdən əlavə, süni bir sistem kimi qəbul edilir, lakin sistemin sadəliyi, xüsusilə bu sahədə mütəxəssis olmayanların hər hansı bir bitkinin düzgün sinifini tez bir zamanda tapmalarını asanlaşdırmışdır.

Qeydlər

  1. Əsərin tam adı Species plantarum, exhibentes plantas rite cognitas ad genera relatas, cum differentiis specificis, nominibus trivialibus, synonymis selectis, locis natalibus, secundum systema sexuale digestas idi.
Sitat səhvi: " Note " adlı qrup üçün teqləri mövcuddur, lakin müvafiq teq tapılmadı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Species Plantarum haqqında məlumat. Species Plantarum nədir? Species Plantarum nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Selestin

  • Fevral 27, 2026

    W

  • Fevral 25, 2026

    İmran Mehdiyev

  • Fevral 27, 2026

    Samuel Kramer

  • Fevral 27, 2026

    Kanto düzənliyi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst