Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlisgəndər Cəfərzadə (tam adı: Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə; 14 oktyabr 1875, Bakı – 28 yanvar 1941, Bakı) — görkəmli ictimai və maarif xadimi, naşir, müh

Əlisgəndər Cəfərzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Əlisgəndər Cəfərzadə

Əlisgəndər Cəfərzadə (tam adı: Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə; 14 oktyabr 1875, Bakı – 28 yanvar 1941, Bakı) — görkəmli ictimai və maarif xadimi, naşir, mühərrir.

Əlisgəndər Cəfərzadə
Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə
Doğum tarixi 14 oktyabr 1875(1875-10-14)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 28 yanvar 1941(1941-01-28) (65 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti müəllim, maarifçi, jurnalist, naşir
Partiyası
  • İttihad Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əlisgəndər Cəfərzadə 1875-ci ilin oktyabr ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1887–90-cı illərdə Bakıda məhəllə və ilk xüsusi rus-müsəlman məktəbində oxumuşdur. 1897-ci ildə İmperator III Aleksandr kişi gimnaziyasında xüsusi komissiya qarşısında imtahan verərək Azərbaycan dili müəllimi hüququ almışdır.

Ailəsi

Əlisgəndər Cəfərzadə Məmməd Yusif Cəfərovun böyük qardaşıdir.

Fəaliyyəti

1895–1898-ci illərdə Nəriman Nərimanovun Bakida Ə.Cəfərzadənin evində təşkil etdiyi qiraətxanada müdir, 1897–1920-ci illərdə ikinci rus-müsəlman məktəbində Aleksey ali ibtidai məktəbində müəllim, 1906–1918-ci illərdə "Nəsri-maarif" cəmiyyətində katib, 1920–1924 Azərbaycan SSR Xalq Maarif Komissarlığında nəşriyyat şöbəsinin, "Azərnəşr"də uşaq ədəbiyyatı bölməsinin müdiri, istehsalat şöbəsinin müdir müavini, 1924–1932-ci illərdə texniki redaktor, 1932–1938-ci illərdə isə "Azərneft"də kadr şöbəsinin rəisi işləmişdir.

Cəfərzadə xalq maarifinin milli zəmində inkişafı sahəsində böyük xidmətlər göstərmiş, "Nəsri-maarif" cəmiyyətinin Bakı və onun kəndlərində açdığı ibtidai məktəblərin müəllim kadrları, dərslik və metodik vəsaitlərlə təmin olunması işinə rəhbərlik etmişdir. Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Cəfərzadənin adı ilə bağlıdır. O 1906–1908-ci illərdə "Dəbistan" adlı ilk pedaqoji jurnalın naşiri və mühərriridir. Qarşısına "türk milləti-nəcibəmizin balalarına bir xidmət göstərmək", onların "əql, zehin, əxlaqi-həsənə və hissiyyatlarını oyandırıb" inkişaf etdirməklə "zəhmətkeş, xadimi-din, millətpərəst və vətənpərəst cavanlar" yetirmək vəzifəsi qoyan Cəfərzadə əsrin görkəmli yazıçılarını ətrafına toplayaraq jurnalda mükəmməl proqram əsasında zəngin bədii və elmi-kütləvi ədəbiyyat nümunələri dərc etmişdir. O 1922-ci ildə "Maarif" adlı ilk Azərbaycan sovet uşaq jurnalının da üç redaktorundan biri olmuşdur. Cəfərzadə Azərbaycan dövri mətbuatı və kitab nəşrinin inkişafına, xüsusilə onun mürəttiblik kimi ağır sahəsinin dirçəlişinə böyük əmək sərf etmişdir. 1905–1906-ci illərdə "Həyat" qəzetinin baş mürəttibi, Rəşid bəy Əfəndiyevin 1902-ci ildə "Bəsirə-tül-ətfal" müntəxabatının, 1921-ci ildə "Füqəra füyuzatı" jurnalının, 1922-ci ildə M.Ə.Sabirin "Hophopnamə"sinin naşiri olmuşdur.

Cəfərzadə həmçinin bədii və elmi yaradıcılıqla da məşğul olmuşdur.

Məqalələri

Görkəmli adamların həyatına dair;

  • "Əkbər şah"
  • "Hacı Seyid Əzim Şirvani"
  • "Müəllim Naci"
  • "Əlişir Nəvai"
  • "Əli bəy Hüseynzadə"
  • "Həsən bəy Məlikov"

texnikaya və memarlığa dair isə məqalələri bunlar olmuşdur.

  • "Tac-Mahal, yaxud Mümtaz Mahal"
  • "Məşhur böyük binalar"

Hekayələri

Aşağıdakı hekayələri uşaqların fikri və mənəvi inkişafında böyük rol oynamışdır.

  • "Balaca Firidun"
  • "Ata və oğul"
  • "Mərhəmətli Fatma"
  • "Cəmilənin sərgüzəşti"

Dərslik

1900-cü ildə Sultanməcid Qənizadə ilə birgə aşağıdakı dərsliyin müəllifidir.

  • "Kilidi-ədəbiyyat"

Elmi əsərləri

"Müsləhəddin Sədi Şirazinin tərcümeyi-halı ilə bərabər onun "Gülüstan" kitabına bir nəzər" adlı elmi əsərin müəllifidir.

Həmçinin bax

  • Məmməd Yusif Cəfərov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əlisgəndər Cəfərzadə haqqında məlumat. Əlisgəndər Cəfərzadə nədir? Əlisgəndər Cəfərzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Palomar rəsədxanası

  • Fevral 27, 2026

    Con Rassel

  • Fevral 27, 2026

    İsrail-Fələstin münaqişəsi

  • Fevral 27, 2026

    Milis

  • Fevral 27, 2026

    Həsən Saka

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst