Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dırbay məscidi — Azərbaycan, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən tarixi məscid.

Dırbay məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • Dırbay məscidi

Dırbay məscidi — Azərbaycan, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən tarixi məscid.

Dırbay məscidi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı Bakı
Rayon Sabunçu rayonu
Yerləşir Nardaran, Dırbay məhəlləsi
Aidiyyəti Nardaran Dövlət Tarix-Mədəniyyət Qoruğu
Sifarişçi Şeyx Bağı
Tikilmə tarixi 1912-ci il
Üslubu məscid
40°33′23″ şm. e. 50°00′16″ ş. u.HGYO
Xəritə
Dırbay məscidi və bərpa eskiz layihələri

Tikintisinə 1912-ci ildə, Dırbay məhəlləsinin məhəllə mərkəzində yeganə ictimai element kimi Hacı Ağanın oğlu Şeyx Bağı tərəfindən vəsadət verilsə də, onun tikintisi tamamlanmamış və məscidin fasad kompozisiyası yerləşdiyi küçədən o qədər də diqqəti cəlb etmir. Lakin məscidin interyeri və plan quruluşu maraq doğurur. Binanın üç yerləşkədə tikilməsi nəzərdə tutulmuşdur. Məscidin qadınlar üçün nəzərdə tutulmuş hissəsi vestibüldən başlayaraq, ona perpendikulyar yerləşdirilmiş lentvari plan quruluşlu zala keçir. Vestibül oxvari tağla qadınlar üçün inşa olunmuş ibadət zalı vestibüllə birlikdə "T" şəkilli plan quruluşunu yaradır.

Mündəricat

Ümumi məlumat

Qadınların ibadət zalının, tikintisi nəzərdə tutulan, lakin tamamlanmayan kvadrat formalı (12 x 14 m) ibadət zalı ilə tamamilə əlaqəsi yoxdur. Hər iki zal cənub istiqamətdə ümumi arakəsmə ilə birləşir.

Vestibül zaldan ayrılaraq, tağ-tavanla örtülmüş, divarlarda ayaqqabı qoymaq üçün açılmış tağçalarla inşa olunmuşdur. Qadınlar üçün nəzərdə tutulmuş kiçik zal, pilyastrların köməyi ilə üç fəza bölgüsü yaratmış və qotik tağ-tavanla örtülmüşdür. Zal şərq və şimal istiqamətdən pəncərə açırımları ilə işıqlandırılır.

Tamamlanmamış böyük ibadət zalının divarları, qadınlar üçün inşa olunmuş kiçik yerləşkənin davamı olaraq inşa olunaraq qapansa da, örtük konstruksiyası öz həllini tapmamışdır. Zalın cənub divarında hətta mehrabın yeri belə qeyd olunmuş, lakin onun inşası başa çatdırılmamışdır. Məscidin inşasının başa çatdırılmamasının maliyyə çətinliyi ilə əlaqələndirmək olar. Lakin belə bir ictimai tikilinin inşası, kəndin şəhərsalma quruluşunda daha bir məhəllə düyününün yaranmasına səbəb olmuşdur.

Həmçinin bax

  • Nardaran Tarix və Mədəniyyət Qoruğu
  • Nardaran
  • Azərbaycandakı məscidlərin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dırbay məscidi sözünün mənası, dırbay məscidi haqqında məlumat. dırbay məscidi nədir? dırbay məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pəmbək çayı

  • Mart 06, 2026

    Oxçuoğlu

  • Fevral 27, 2026

    Mixael Ballak

  • Fevral 27, 2026

    Ulan-Ude

  • Fevral 27, 2026

    Böyük təqib

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst