Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oxçuoğlu - Rusiya imperiyasının Qars vilayətinin Qars qəzasında, Sovet dövründə Ermənistan SSR-in Amasiya rayonunda, 1995-ci ildən indiyədək isə Ermənistanın Şi

Oxçuoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Oxçuoğlu

Oxçoğlu (erm. Ողջի, Voxçi) — hal-hazırda Ermənistanın Şirak mərzində (Şörəyel mahalı) kənd.

Tarixi Azərbaycan əraziləri
Oxçoğlu kəndi
Ümumi məlumatlar
Bölgə Şörəyel mahalı
İndiki adı Voxçi
Əhalisi
  • 548 nəf. (2011)
Saat qurşağı
  • UTC+04:00
Xəritədə yeri
Oxçuoğlu xəritədə
Oxçuoğlu
Oxçuoğlu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Oxçuoğlu - Rusiya imperiyasının Qars vilayətinin Qars qəzasında, Sovet dövründə Ermənistan SSR-in Amasiya rayonunda, 1995-ci ildən indiyədək isə Ermənistanın Şirak mərzində kənd. Qərbi Arpaçayın sağ sahilində, Şirak mərzinin mərkəzi Gümrü şəhərindən 10 km şimal-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və qarapapaqlar müstəqil xalq kimi qeyd edilir. Əslində qarapapaqlar müstəqil xalq yox, azərbaycanlıların etnoqrafik qrapu, türk tayfalarından biridir.

Kənddə 1886-cı ildə 551 nəfər, 1897-ci ildə 747 nəfər, 1908-ci ildə 935 nəfər, 1914-cü ildə 980 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar öz doğma kəndlərindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların sağ qalanları doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə kənddə 453 nəfər, 1926-cı ildə 704 nəfər, 1931-ci ildə 893 nəfər, 1970-ci ildə 1412 nəfər, 1987-ci ildə 1670 nəfər azərbaycanlı yaşamışdır. 1989-cu ilin qışında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. İndi ermənilər yaşayır.

Toponim "Kitabi-Dədə Qorqud" dastanlarında (XII boy) adı çəkilən Ənsə Qoca oğlu Oxçu adının əsasında formalaşan oxçuoğlu etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Voxçi qoyulmuşdur.

Toponimləri

Napzar, Qoluqısa, Dostabaxan, Qaraçayır, Dəyirmanüstü, I Keş dərəsi, II Keş dərəsi, Qaraqoyunlu bulağı, Zaza.

Ordu yeri, Ocaqqulu tapı, Güllübulaq dərəsi, Bacoğlu dərəsi, Şoraxlar, Xamlar, Aran dərəsi, İncə dərə, Dəvəölən, Alaxançaloğlu yeri, Bostanüstü, Qoca Əhmədin yeri, Qula dərəsi, Qulaüstü, Qərəmməd dərəsi, Ağbulaq, Quyulu Qaya, Çamırrı. Şəhərin qaşı, Qımılı yolu, Dələver yolu.

Əhalisi

Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və qarapapaqlar müstəqil xalq kimi qeyd edilir.

Əslində qarapapaqlar müstəqil xalq yox, azərbaycanlıların etnoqrafik qrapu, türk tayfalarından biridir.

Kənddə 1886-cı ildə 551 nəfər, 1897-ci ildə 747 nəfər, 1908-ci ildə 935 nəfər, 1914 - cü ildə 980 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar öz doğma kəndlərindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların sağ qalanları doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə kənddə 453 nəfər, 1926-cı ildə 704 nəfər, 1931-ci ildə 893 nəfər, 1970-ci ildə 1412 nəfər, 1987-ci ildə 1670 nəfər azərbaycanlı yaşamışdır. 1989 - cu ilin qışında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. İndi ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri

  • Məmmədtağı Cəfərov - Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor.
  • Mahmud Hüseyin oğlu Səfərov - Azərbaycan Milli Elmlər Akademiyası, texniki elmlər namizədi.
  • Nəcəf Həsən oğlu Nəcəfov - Azərbaycan Respublikasının pedaqoq-alimi, əməkdar müəllim, Filologiya üzrə fəlsəfə doktoru, dosent.
  • Elxan Əliyar oğlu Cəfərov Azərbaycan həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, oxçuoğlu sözünün mənası, oxçuoğlu haqqında məlumat. oxçuoğlu nədir? oxçuoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Sədr

  • Mart 06, 2026

    Buker mükafatı

  • Mart 07, 2026

    Elementar hissəciklər

  • Mart 07, 2026

    Riman həndəsəsi

  • Mart 01, 2026

    S:Müəllif:Molla Cümə

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst