Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tağ — memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiya

Tağ

  • Ana Səhifə
  • Vikipediya
  • Tağ

Tağ — memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyası. Yarımdairə, çatma, nalvarı və s. formalarda olur. Daşdan hörülür və ya metal, ağac və dəmir-betondan hazırlanır. Tağ, əsasən, sıxılmaya işləyir və üzərinə düşən şaquli yükləri dayaq, kontrfors və dartqılara (iki dayağa söykənən və dartılmaya işləyən millərə) ötürür. Tağdan binalarda örtüklərin, körpülərdə aşırımların yüksaxlayan elementi kimi istifadə edilir. Konstruktiv sisteminə görə tağ şarnirsiz (oynaqsız) və iki-üç şarnirli (oynaqlı) olur. Layihələndirilmə zamanı tağın əyriliyi, oxları elə götürülür ki, daimi yük altında (tağın öz çəkisi, ona söykənən örtüyün, damın və s. ağırlığı) tağda ancaq sıxıcı qüvvə yaransın. Bu halda onun en kəsiyinin ən az ölçüsü alınır.

Tağın üçölçülü forması
Yarımdairəvi arkalı Roma körpüsü

Tağ ilk dəfə Qədim Şərq memarlığında (daşdan) meydana gəlmiş, sonralar antik Roma tikililərində (binalarda, akveduklarda, zəfər tağlarında) geniş istifadə edilmişdi. Müsəlman Şərqinin, o çümlədən Azərbaycanın orta əsr memarlığında əsasən çatma tağlar tətbiq olunmuşdur. Çatma tağlar seysmik təsirlərə böyük müqaviməti, aşırma qüvvəsinin azlığı və s. ilə səciyyələnir. Çatma tağların əyriləri iki, üç və dörd-mərkəzli olur. Tağa dekorativ forma vermək üçün şərqr memarlığında ellips əyrisi hissələrindən də istifadə edilirdi. Bu da tağ əyrisinin axıcı, ahəngdar və möhkəm olmasını təmin edirdi (Sultaniyyədəki Ölcaytu Xudabəndə türbəsinin, Bakıdakı Şirvanşahlar sarayı ansamblının çatma tağları). Formasına, quruluşuna, təyinatına, tikinti materialına və s. əlamətlərə görə orta əsrlərdə Azərbərbaycan memarlığında 90-dək tağ növü tətbiq olunmuşdur.

Mündəricat

Növləri

Müsəlman dünyasının bir sıra reqionlarında dəyişik tipli tağlara (arka) üstünlük verilirdi:

  • nal formalı — Suriyada, Misirdə, İspaniyada, Azərbaycanda
  • ox formalı — İranda;
  • üçkünclü — Mərakeşdə, İspaniyada, Əlcəzairdə;
  • bir-birinə keçən tağlar — İspaniyada.

Həmçinin bax

  • Tağlı körpü
  • Arkada

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tağ haqqında məlumat. Tağ nədir? Tağ nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gövhərşad məscidi

  • Fevral 27, 2026

    Fərid Qayıbov

  • Fevral 27, 2026

    Bəyimsarov

  • Fevral 27, 2026

    Turdus

  • Fevral 23, 2026

    Protostomia

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst