Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəfər Əli oğlu Qiyasi (24 mart 1942, Ərdəbil) — memar, ssenarist, kino məsləhətçisi, filmlərdə iştirak edən, memarlıq üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü

Cəfər Qiyasi

  • Ana Səhifə
  • Vikipediya
  • Cəfər Qiyasi

Cəfər Əli oğlu Qiyasi (24 mart 1942, Ərdəbil) — memar, ssenarist, kino məsləhətçisi, filmlərdə iştirak edən, memarlıq üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü (2001), professor (2007), Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü (1999).

Cəfər Qiyasi
Cəfər Əli oğlu Qiyasi
Doğum tarixi 24 mart 1942(1942-03-24) (83 yaş)
Doğum yeri
  • Ərdəbil, Mərkəz bəxşi[d], Ərdəbil şəhristanı, Ərdəbil ostanı, İran
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elm sahəsi memarlıq
İş yeri Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu
Təhsili
  • Azərbaycan Texniki Universiteti

Mündəricat

Həyatı

Cəfər Əli oğlu Qiyasi 24 mart 1942-ci ildə Ərdəbil şəhərinin Hüsnə kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Politexnik Universitetinin İnşaat fakültsənin Memarlıq şöbəsində təhsil almağa başlayan Cəfər Qiyasi 1966-cı ildə həmin universiteti bitirərək memar ixtisasına yiyələnmişdir. Memar 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsilini davam etdirmişdir.

O, 1978-ci ildə “Təbriz memarlıq məktəbi” (XIII-XVII əsrlər) mövzusunda namizədlik, 1997-ci ildə “Memar Xacə Əlişah Təbrizi (dövrü və yaradıcılığı)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru dərəcəsini əldə etmişdir. Cəfər Qiyasi 2007-ci ildə professor elmi adını qazanmışdır. Memar 1999-cu ildə Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, 2001-ci ildə isə memarlıq sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Cəfər Qiyasi 250-dən çox elmi məqalənin müəllifidir.

İş fəaliyyəti

Cəfər Qiyasi 1967-1971-ci illərdə Ümumittifaq Kurortları Layihələndirmə İnstitutunun Azərbaycan filialında çalışmış, memar, baş memar, qrup rəhbəri vəzifələrini icra etmişdir. O, həmçinin uzun müddət Azərbaycan Dövlət Televiziyasında “Yaxın-uzaq ellərdə” və “Memarlıq üfüqləri” adlı verilişlərin ssenari müəllifi və aparıcısı olmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetində 15 il dərs demiş Cəfər Qiyasi 1993-cü ildə Abidələrin Bərpası Elmi Tədqiqat Layihə İnstitutunun direktoru vəzifəsini icra etmişdir. Memarın layihələri əsasında 15 bina və abidə inşa edilmişdir. Eyni zamanda Cəfər Qiyasinin elmi rəhbərliyi ilə hazırlanmış “Naxçıvan türbələri”, “Qobustan qoruğu”, “Suraxanı atəşgahı” obyektləri Dünya İrsi Siyahısına salınması üçün YUNESKO-ya təqdim edilmişdir.

Əsərləri

  1. “Abşeron boyları”
  2. “Iğdır soykırım anıtı”. Ankara, 1998
  3. “Azərbaycan. Qalalar, qəsrlər”. Moskva”, 1994.
  4. “Qarabağ irsimizin əbədi yaddaşı”. Bakı, 2008,
  5. “Nizami dövrü memarlıq abidələri”. Bakı, 1991.
  6. “Azərbaycanın IX–XV əsrlər memarlığı”. Səmərqənd-Daşkənd, 2013.
  7. “Erməni kültür terroru” (türk və ingilis dillərində). Ankara, 1996.
  8. “Yaxın-uzaq ellərdə” (Orta əsr Azərbaycan memarlarının beynəlxalq əlaqələri haqqında). Bakı, 1985.

Filmoqrafiya

  1. "Avtoqraf" (film, 1986)
  2. Abşeron lövhələri (film, 2004)
  3. Daş yaddaş (film, 1986)
  4. Daşdan tikilmiş şəhər (film, 2008)
  5. Girdiman (film, 2003)
  6. Şirvanda izim qaldı (film, 1994)
  7. Xudafərin-dərdi dərin (film, 1990)
  8. Zireh qalalar (film, 1983)

Mükafatları

  • 2009-cu il Türkiyə Cümhuriyyətinin “Şərəf” medalı;
  • 2005-ci il Dünya Azərbaycanlıları Konqresi tərəfindən “Bütöv Azərbaycan məfkurəsinə xidmət ödülü”;

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəfər Qiyasi haqqında məlumat. Cəfər Qiyasi nədir? Cəfər Qiyasi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Toxluca

  • Fevral 27, 2026

    Böyük knyaz

  • Fevral 27, 2026

    Əxlaq

  • Fevral 27, 2026

    Vifleem

  • Fevral 23, 2026

    Suki Voterhaus

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst