Azərbaycanca (AZ) Azərbaycanca (AZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elis Suki Voterhaus (5 yanvar 1992, London) — İngiltərədən olan müğənni-mahnı yazarı, aktrisa və model. O, 16 yaşında modellik fəaliyyətinə başlamış və sonradan

Suki Voterhaus

  • Ana Səhifə
  • Vikipediya
  • Suki Voterhaus

Elis Suki Voterhaus (5 yanvar 1992, London) — İngiltərədən olan müğənni-mahnı yazarı, aktrisa və model. O, 16 yaşında modellik fəaliyyətinə başlamış və sonradan "Burberry", "Tommy Hilfiger", "Hugo Boss", "Laura Mercier" və "Ferragamo" kimi nüfuzlu moda evləri ilə əməkdaşlıq etmişdir.

Suki Voterhaus
ing. Suki Waterhouse
Doğum tarixi 5 yanvar 1992(1992-01-05) (34 yaş)
Doğum yeri
  • London, Böyük London, İngiltərə, Birləşmiş Krallıq
Həyat yoldaşı
  • Robert Pettinson (2025)
Fəaliyyəti model[d], aktrisa, televiziya aktrisası, kino aktrisası, bloger[d]
Boyu 173 sm
IMDb ID4025229
sukiwaterhouse.tv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aktrisanın kino sahəsindəki ilk təcrübəsi 2012-ci ildə "Pusher" filmində epizodik rol olmuşdur. Bundan sonra o, "Love, Rosie" (2014), "Divergentlər" seriyasından "Üsyançı" (2015), "The Bad Batch" (2016), "Assassination Nation" (2018) və "Pokemon: Xəfiyyə Pikaçu" (2019) kimi filmlərdə rol almışdır. Voterhaus, həmçinin "Daisy Jones & the Six" (2023) musiqili dram mini-serialında Karen Sirko obrazını canlandırmışdır.

Suko moda və aktrisalıq fəaliyyətindən əlavə olaraq, müstəqil pop musiqisi ifaçısı kimi karyerasına başlamış və 2022-ci ildə özünün ilk studiya albomu olan "I Can't Let Go"nu, həmin ildə isə ilk minialbomunu - "Milk Teeth"i ictimaiyyətə təqdim etmişdir. Sənətçinin ikinci albomu olan "Memoir of a Sparklemuffin" 2024-cü ildə işıq üzü görmüşdür.

Mündəricat

Həyatı

Elis Suki Voterhaus Londonun Hammermit rayonunda doğulmuşdur. O, onkoloji xəstələrə qulluq edən tibb bacısı Elizabet və plastik cərrah Norman Voterhausun övladı olaraq, Londonun Çizvik ərazisində tərbiyə almışdır. Ailəsində Çarli adlı bir qardaşı və iki kiçik bacısı - model karyerası olan Madlen və model-aktrisa İmocen vardır.

Fəaliyyəti

Şəxsi həyatı

Voterhaus 2011-ci ildə musiqiçi Lük Priçard, 2012–2013-cü illərdə musiqiçi Mayls Keyn, 2013–2015-ci illərdə aktyor Bredli Kuper və 2015–2017-ci illərdə aktyor Dieqo Luna ilə münasibətdə olmuşdur.

2018-ci ildə Los-Ancelesdə keçirilən "ulduzlu oyun gecəsi"ndə mafia oyununu oynayarkən Voterhaus ingilis aktyoru Robert Pattinsonla tanış olmuşdur. 2018-ci ilin iyul ayında onların münasibəti başlamışdır. 2023-cü ilin noyabrında "Corona Capital" festivalında çıxışı zamanı Voterhaus hamilə olduğunu elan etmişdir. Qısa müddət sonra "People" jurnalına məlum olan mənbə Voterhaus və Pattinsonun nişanlandığını bildirmişdir. 2024-cü ilin mart ayında cütlüyün ilk övladı – qız uşağı dünyaya gəlmişdir. Ailə Los-Ancelesdə yaşayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Suki Voterhaus haqqında məlumat. Suki Voterhaus nədir? Suki Voterhaus nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Hind okeanı

  • Fevral 14, 2026

    İspan dili

  • Fevral 23, 2026

    Haaqa

  • Fevral 23, 2026

    Argentinanın gerbi

  • Fevral 15, 2026

    Karib dənizi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst