| Bu məqalə Cəbrayıl şəhəri haqqındadır. Cəbrayıl rayonu üçün Cəbrayıl rayonu səhifəsinə baxın. |
Cəbrayıl — Azərbaycan Respublikasında şəhər, Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun mərkəzi, rayonun Cəbrayıl şəhər inzibati ərazi dairəsinin mərkəzi.
| Şəhər | |
| Cəbrayıl | |
|---|---|
| |
| 39°24′00″ şm. e. 47°01′34″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Şərqi Zəngəzur iqtisadi rayonu |
| Rayon | Cəbrayıl rayonu |
| Başçı | Həsənov Kamal İltifat oğlu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 470 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | Azərbaycan dili |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 26 |
| Poçt indeksi | AZ 1400 |
| Nəqliyyat kodu | 14 |
| Digər | |
| İSO 3166-2: AZ-CAB | |
| Statistika kodu: 60507018 | |
| cabrail-ih.gov.az/az | |
![]() Cəbrayıl | |
Tarixi

1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzasına verilib.
Cəbrayıl şəhəri 1993-cü ilin avqust ayının 23-ü ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ilin 4 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Əhalisi
Rusiya imperiyasında 1897-ci ildə əhalinin siyahıya alınmasının nəticələrinə görə Cəbrayılda 520 nəfər yaşayırdı. Onlardan 228-si azərbaycanlı, 186-sı rus, 76-sı erməni, 18-i ukraynalı və 12-si isə başqa xalqların nümayəndələri idi. SSRİ-də 1989-cu il ümumittifaq əhali siyahıya alınmasına əsasən Cəbrayılda 6070 nəfər yaşayırdı.
Görkəmli şəxsləri
- Cəmil Əhmədov — Sovet İttifaqı Qəhrəmanı
- Ramil Səfərov — hərbçi
- Sabir Əhmədli — xalq yazıçısı
- Həsən Hüseynov — texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2011)
- Teymur Quliyev — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Xalq Komissarları Sovetinin (1937–1946) və Nazirlər Şurasının (1946–1953; 1953–1954) sədri
- Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankının sədri (1995–2022), baş nazirin müşaviri (2022—hal-hazıradək)
- Hafiz Quliyev — Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının baş rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi
- Yaqut Abdullayeva — xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti (2006)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəbrayıl haqqında məlumat. Cəbrayıl nədir? Cəbrayıl nə deməkdir?

