Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhmədli Sabir Məhəmməd oğlu (10 iyul 1930, Cəbrayıl – 17 aprel 2009, Bakı) — nasir, publisist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın

Sabir Əhmədli

  • Ana Səhifə
  • Vikipediya
  • Sabir Əhmədli

Əhmədli Sabir Məhəmməd oğlu (10 iyul 1930, Cəbrayıl – 17 aprel 2009, Bakı) — nasir, publisist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq yazıçısı (1992), Əməkdar incəsənət xadimi (1984), Prezident təqaüdçüsü.

Sabir Əhmədli
Sabir Məhəmməd oğlu Əhmədli
Doğum adı Sabir Əhmədov
Doğum tarixi 10 iyul 1930(1930-07-10)
Doğum yeri
  • Cəbrayıl, Azərbaycan
Vəfat tarixi 17 aprel 2009(2009-04-17) (78 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
Fəaliyyəti yazıçı, dramaturq, ssenarist, nasir, publisist
Əsərlərinin dili Azərbaycan dili
Janr povest
İlk əsəri "Poçtalyon"
Mükafatları "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 19921992 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1984
"Xalqlar dostluğu" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Mündəricat

Həyatı və fəaliyyəti

Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır.

1951–1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim işləmişdi. 1955–1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləmişdir. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri (1956–1993), baş redaktor (1993–1996) işləmişdir.

1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilmişdir.

Ədəbi fəaliyyətə 1951-ci ildən "Pioner" jurnalında çap olunan "Poçtalyon" hekayəsi ilə başlamışdır. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1961-ci ildə onun "Bir payız axşamı" kitabı çıxmışdı. 1989-cu ildə Azərnəşrdə ikicildlik əsərləri çap edilmişdir.

Qarabağ hadısələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri — "Qarabağın gecikmiş yazı", "Qarabağın qarlı səngərləri" "Ədəbiyyat və incəsənət" qəzetinin 1992–1993-cü illərdə dərc edilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.

  • İkinci Dünya müharibəsi qəhrəmanı Cəmil Əhmədovun qardaşı idi.
  • Oğlu Məhəmməd Əhmədov 1994-cü il fevral ayının 12-də ad günündə Murovda şəhid olub.

Sabir Əhmədli 2009-cu il aprelin 17 Bakıda vəfat etmişdir.

Kitabları

  • "Kütlə"
  • "Axirət sevdası"(2003)
  • "Şəhid ruhu"(2004)

Mükafatları

  • "Əmək şöhrətinə görə" medalı ilə təltif edilmişdir (1975)
  • "Əməkdar incəsənət xadimi" fəxri adı (1984)
  • "Qızıl sünbül" ədəbi mükafatı laureatı (1991)
  • "Azərbaycanın Xalq yazıçısı" fəxri adı (1992)
  • "Xalqlar Dostluğu" ordeni
  • "Qırmızı əmək bayrağı" ordeni

Əsərləri

  • "Aran" ikihissəli roman (1962)
  • "Pillələr" (1964)
  • "Yamacda nişanə" (1973)
  • "Toğana" (1981)
  • "Yasamal gölündə qayıqlar üzürdü" (1984)
  • "Mavi günbəz" povestlər (1984)
  • "Gedənlərin qayıtmağı"
  • "Yasaq edilmiş oyun, Gülməli kişinin axırı" (1988)
  • "Kütlə" (1999)
  • "Bir lotunun arvadı"
  • "Öpmə məni öpərəm səni"
  • "Sevişməyin cəzası"
  • "Görünməz dalğa"
  • "Dünyanın arşını" (1985)
  • "Yanvar hekayələri"

Filmoqrafiya

  1. Evlənmək istəyirəm (film, 1983)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sabir Əhmədli haqqında məlumat. Sabir Əhmədli nədir? Sabir Əhmədli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Kama Sutra

  • Fevral 23, 2026

    Ann İdalqo

  • Fevral 24, 2026

    Təl-Əviv

  • Fevral 24, 2026

    Brazilia

  • Fevral 24, 2026

    Qars müqaviləsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst