Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səddam Hüseyn (Əbu-uday)(ərəb. صدام حسين عبد المجيد التكريتي‎), Səddam Hüseyn Əbdülməcid ət-Tikriti; (28 aprel 1937[…], Tikrit, Səlahəddin mühafəzəsi, İraq kral

Səddam Hüseyn

  • Ana Səhifə
  • Vikipediya
  • Səddam Hüseyn

Səddam Hüseyn (Əbu-uday)(ərəb. صدام حسين عبد المجيد التكريتي‎), Səddam Hüseyn Əbdülməcid ət-Tikriti; (28 aprel 1937[…], Tikrit, Səlahəddin mühafəzəsi, İraq krallığı – 30 dekabr 2006[…]) — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti (1979–2003), 11-ci və 15-ci baş naziri (1979–1991 və 1994–2003), 1979-cu ildən Bəəs partiyasının İraq bölməsinin rəhbəri və İnqilabi komandanlıq şurasının sədri (1968–1979-cu illərdə sədr müavini), marşal (1979).

Səddam Hüseyn
صدام حسين عبد المجيد التكريتي
İraqın 5-ci prezidenti
16 iyul 1979 – 9 aprel 2003
ƏvvəlkiƏhməd Həsən əl-Bəkr
SonrakıCəlal Talabani
İraqın 15-ci baş naziri
30 may 1994 – 9 aprel 2003
ƏvvəlkiƏhməd Hüseyn əs-Samarrayi
Sonrakıİbrahim əl-Cəfəri (2005-dən)
İraqın 11-ci baş naziri
16 iyul 1979 – 23 mart 1991
ƏvvəlkiƏhməd Həsən əl-Bəkr
SonrakıSədun Həmmadi
Şəxsi məlumatlar
Doğum adı صدام حسين المجيد
Doğum tarixi 28 aprel 1937(1937-04-28)[…]
Doğum yeri
  • Tikrit, Səlahəddin mühafəzəsi, İraq krallığı
Vəfat tarixi 30 dekabr 2006(2006-12-30)[…] (69 yaşında)
Vəfat səbəbi Edam olunub
Partiya Bəəs (1957-dən)
Təhsili 1) Qahirə Universiteti
2) "Müntəziriyə" Universiteti
Fəaliyyəti hərbi qulluqçu, yazıçı, romançı, siyasətçi
Atası Hüseyn ət-Tikriti
Anası Səbha Tulfa
Həyat yoldaşları 1) Sacidə Talfa
2) Samirə Şahbəndər
3) Nidal əl-Həmdani
4) Vəfa əl-Molla əl-Huveyş
Uşaqları 1-ci evlilikdən:
oğlanları: Udey, Qusey
qızları: Rağad, Rəna, Hala
2-ci evlilikdən:
oğlu: Əli
Dini İslam
Hərbi xidmət
Döyüşlər
  • İran–İraq müharibəsi,
  • Körfəz müharibəsi,
  • İraq müharibəsi
Rütbəsi
  • Müşir

Təltifləri Collar of the Spanish Order of the Civil Merit — 1978 "Stara Planina" ordeni "Xose Marti" ordeni — 1978 "Katolik İzabella" ordeninin böyük xaçı — 1974 "Hüseyn ibn Əli" ordeni Order of the Two Rivers "Yuqoslaviya ulduzu" ordeni Order of Al-Khalifa "Dövlət bayrağı" ordeni "Böyük Mübarək" ordeni "Dostluq" ordeni Order of the Grand Conqueror National Order of Merit
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1980-ci ildə onun rəhbərliyi altında İraqın İrana qarşı başlatdığı müharibə və 1991-ci ildə Küveyti işğal etməsindən sonra İraqın neft ixracına tətbiq edilən BMT embarqosu və ABŞ tərəfindən Küveytin azad edilməsi üçün həyata keçirilən "Səhrada tufan" əməliyyatı İraqın 1970-ci illərdə nail olduğu iqtisadi dirçəlişin nəticələrini heçə endirdi.

2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş, həmin il dekabrın 13 — də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilmişdir.2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq suçundan asılaraq edam edilmişdir.

Mündəricat

Həyatı

Uşaqlıq illəri

28 aprel 1937-ci ildə İraqın Tikrit şəhərindən 13 kilometr uzaqlıqda yerləşən Əl-Audca kəndində kasıb bir ailədə anadan oldu. Atası Səddam Hüseyn dünyaya gəlməmişdən əvvəl öldü. Anası ona ərəbcə "müqavimətçi" mənasını verən Səddam adını verdi.

Gənclik illəri

Səddam Hüseyn Qahirə universitetində oxuyanda (sağdan üçüncü)

Maddi sıxıntılar səbəbi ilə anası Səddam doğulandan sonra onu Dəclə çayının sahilində yerləşən Tikrit şəhərində yaşayan dayısı Hayrallahın yanına göndərdi. Səddam həyatının dörd ilini dayısı Hayrallahın yanında keçirdi. Dayısı 1941-ci ildə İraqdakı Britaniya əsarətinə qarşı keçirilən üsyana qoşuldu. Dayısı Britaniya tərəfindən qarşısı alınan bu üsyana qatıldığına görə vəzifəsindən çıxarılıb həbs edildi. Sonradan anasının yanına qayıdan Səddam qısa müddət sonra dayısının yanına geri qayıtdı.

1956-cı ildə dayısının təşviqi ilə hərbi akademiyaya qəbul olmaq üçün imtahan verdi. Amma qəbul imtahanında uğursuz oldu. 1957-ci ildə Bəəs partiyasına qoşuldu. 1959-cu ildə Bəəs üzvlərinin İraq prezidenti Əbdülkərim Qasıma qarşı hazırladığı uğursuz sui-qəsdə qatıldı. Burada yaralandı və Suriyaya oradan da Misirə qaçdı. Sürgündə olduğu vaxtda Qahirə universitetinin hüquq fakültəsində təhsil almağa başladı (1962–63).

1963-cü ildə dayısın qızı Səcidə Talfah ilə evləndi. Bu evliliyindən Rəna, Raqad, Hala adlı üç qızı və Uday, Kusay adlı iki oğlu dünyaya gəldi. Daha sonra iki dəfə evlənən Səddam Hüseyinin Əli adlı bir oğlu da vardır.

Ölkəsinə qayıtdığı ildə Əbdül Salam Arifin Bəəsçilərə qarşı hazrıladığı çevrilişdə həbs edildi və beləcə bir neçə ilini həbsdə keçirtdi. 1967-ci ildə həbsdən qaçaraq qısa müddət Bəəsin liderlərindən biri oldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səddam Hüseyn haqqında məlumat. Səddam Hüseyn nədir? Səddam Hüseyn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Farer adaları

  • Fevral 12, 2026

    Vahid Əhmədov

  • Fevral 16, 2026

    İspaniya

  • Fevral 23, 2026

    Başqırdıstan gerbi

  • Fevral 24, 2026

    Türkmən dili

Trend Mahnılar
  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst