Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1895-ci il 12 may tarixində Hindistanın cənubunda Madras yaxınlığında Madanapalle şəhərində kasıb bir ailənin 8-ci uşağı kimi dünyaya göz açmışdır. 1904-cü ildə

Ciddu Krişnamurti

  • Ana Səhifə
  • Vikipediya
  • Ciddu Krişnamurti

Ciddu Krişnamurti (ing. Jiddu Krishnamurti) — Hind əsilli filosof, yazıçı.

Ciddu Krişnamurti
tel. జిడ్డు
Ciddu Krişnamurti 1920-ci illər
Ciddu Krişnamurti 1920-ci illər
Təxəllüsü K
Doğum tarixi 11 may 1895
Doğum yeri Madanapalle
Hindistan
Vəfat tarixi 17 fevral 1986 (90 yaşında)
Vəfat yeri Kaliforniya
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi
Atası Ciddu Narianiah
Anası Sanjevamma
Fəaliyyəti filosof
Əsərlərinin dili Teluqu dili, ingilis dili
jkrishnamurti.org
Vikimənbənin loqosu Ciddu Krişnamurti Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1895-ci il 12 may tarixində Hindistanın cənubunda Madras yaxınlığında Madanapalle şəhərində kasıb bir ailənin 8-ci uşağı kimi dünyaya göz açmışdır. 1904-cü ildə kiçik qardaşı ilə həyətdə oynayarkən “Theosophical Society”nin Hindistandakı liderlərindən birinin diqqətini çəkmişdir və fövqəladə xüsusiyyətə sahib olması, dünyagörüşü etibarı ilə yaşıdlarından fövqəladə səviyyədə seçilməsi onun ən nəhayət “Theosophical Society”nin baş lideri ilə tanış olmasına gətirib çıxardı. 15 yaşında olarkən Krişnamurti, artıq TS`nin yaratdığı “Şərq Ulduzu” təşkilatının lideri seçildi.

1919-cu ildə universitetə daxil olaraq fransız və sanskrit dillərində dərs almağa başladı. Getdikcə daha da özünü dərk edən Krishnamurti lideri olduğu təşkilatın əslində heç bir məna kəsb etmədiyini anladı, çünki hər hansısa bir təşkilat ya da bir dərnək insanı özünə çatdırmağı əngəlləyir. Buna görə 1929-cu ildə təşkilatı ləğv etdi.

Bundan sonra bütün dünyanı dolaşaraq insanlar ilə tanış olaraq onlarla münasibətdə olmağı qərara aldı. Hollandiya, Hindistan, Yeni Zelandiya, Cənubi Amerika, İngiltərə, Fransa, İsveçrənin müxtəlif kənd və ya bölgələrində olaraq minlərlə insanla söhbət etdi. Keçirdiyi görüşlərdə, insanlarla arasında qurduğu bağlılıqlarda insanları hansısa bir dinə çəkməmişdir. Milliyyətçilik, dindarlıq hisslərindən qurtulmağa, yalnız insan olaraq qalmağa səsləyirdi insanları. Məsih adı verilsə də bunu heç bir zaman qəbul etməmişdir. Bütün dünyada geniş dinləyici kütləsinə sahib olmasına baxmayaraq ətrafındakı insanlar tərəfindən yaradılmış olan təşkilatı dağıtmışdır, çünki heç bir zaman kiminsə ağası olmaq istəməmiş, hər bir fərdin həqiqətə yalnız özünü dərk etmək ilə çatacağını və bu iş də heç bir kənar şəxsin müdaxiləsi olmaması lazım gəldiyini bildirmişdir.

Ömrünün sonuna kimi insanlar arasında olmuş, onlarla ünsiyyət qurmuşdur. Və ölümünə az qalmış bütün bu keçirdiyi görüşlərdəki fikirlərini kitab halına salmışdır. “Həqiqət keçilməz bir səddir”, “Hərəniz bir cürə inanırsız, amma inancınız heç də həqiqəti göstərmir. Həqiqətsizsiz; etdiyiniz, düşündüyünüz, sizin olduğunuz şey həqiqətdir.” kimi fikirlərini hər zaman söyləmişdir. 1986-cı il fevralın 17-də Kaliforniya ştatının Ojai şəhərində xərçəng xəstəliyindən vəfat etmişdir.

  1. Çex Milli Hakimiyyət Məlumat bazası.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ciddu krişnamurti sözünün mənası, ciddu krişnamurti haqqında məlumat. ciddu krişnamurti nədir? ciddu krişnamurti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Friz dilləri

  • Mart 04, 2026

    Orxan Mürsəlov

  • Fevral 25, 2026

    Edip kompleksi

  • Fevral 27, 2026

    Kafirun surəsi

  • Fevral 27, 2026

    XVIII Lüdovik

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst