Orxan Çingiz oğlu Mürsəlov (26 iyul 1986, Bryansk) — Göyçay Rayon İcra Hakimiyyətinin başçısı., Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı (11 avqust 2022 - 12 noyabr 2025).
| Orxan Mürsəlov | |
|---|---|
Vəzifədədir | |
| 12 noyabr 2025-ci ildən | |
| Əvvəlki | Elvin Paşayev |
| 11 avqust 2022 – 12 noyabr 2025 | |
| Əvvəlki | İbrahim Mustafayev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 26 iyul 1986 (39 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
Həyatı
Orxan Mürsəlov 26 iyul 1986-cı il tarixində Rusiya Federasiyasının Bryansk şəhərində anadan olmuşdur. O, 1993–2004-cü illərdə Bakı şəhərindəki 95 saylı tam orta məktəbdə təhsil almışdır. Orxan Mürsəlov 2004–2008-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirmişdir. O, 2008–2009-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuş, 2010–2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarəedilməsi – marketinq ixtisası üzrə magistr dərəcəsi almışdır.
Siyasi fəaliyyəti
Orxan Mürsəlov 2010–2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub, Prezidentin digər sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, orxan mürsəlov sözünün mənası, orxan mürsəlov haqqında məlumat. orxan mürsəlov nədir? orxan mürsəlov nə deməkdir?