Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şeyx Həmdullah (ərəb. ابن الشيخ الأمَسي‎, İbn al-Shaykh al-Amasi) — Osmanlı xəttatı. Sührəvərdiyyə (ərəb. سهروردية‎‎ , Suhrawardiyya) təriqətinin şeyxlərindən b

Şeyx Həmdullah

  • Ana Səhifə
  • Vikipediya
  • Şeyx Həmdullah

Şeyx Həmdullah (ərəb. ابن الشيخ الأمَسي‎, İbn al-Shaykh al-Amasi) — Osmanlı xəttatı. Sührəvərdiyyə (ərəb. سهروردية‎‎ , Suhrawardiyya) təriqətinin şeyxlərindən biri olan Mustafa Dədə Əfəndinin oğludur.

Şeyx Həmdullah
türk. Şeyh Hamdullah
Doğum tarixi 1436(1436)
Doğum yeri
  • Amasya, Amasya ili, Türkiyə
Vəfat tarixi 1520(1520) (83–84 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Qaracaəhməd qəbiristanlığı
Fəaliyyəti xəttat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Xəttat Piri Şeyx Həmdullah İslam xətt sənətini zirvəyə aparan xəttat olaraq tanınır. O, Buxaradan Amasyaya köç etmiş Şeyx Mustafanın oğludur. Doğulduğu tarix dəqiq məlum olmasa da, bəzi tədqiqatçılar bu tarixi Hicri 833-840/Miladi 1426-1429 kimi qeyd edir.

Təhsili

Həmdullah Çələbi din elmlərini və ədəbi məlumatları dövrünün məşhur alimi Şahzadə II Bəyazid və Əhmədin müəllimi Hatip Qasım Əfəndidən öyrənmiş, eləcə də ərəb dilinə mükəmməl səviyyədə yiyələnmişdir.

Şeyx Həmdullah tərəfindən nəsx xətti ilə köçürülmüş Qurani-Kərim nümunəsi

İlk xətt müəllimi Sufi Yəhya Çələbi-zadə olmuşdur. Sufi Yəhya Çələbi-zadə Fateh Sultan Mehmedin katibliyi vəzifəsinə təyin olunduqdan sonra isə Şeyx Həmdullah xəttatlıq təhsilini Amasyada Xeyrəddin Xəlil Çələbinin yanında tamamlamışdır. O, 6 xətt növünü Yaqut əl-Mustəsiminin ardıcılı və Abdallah Səyrafinin gözbəbəyi Xeyrəddin Maraşidən öyrənmiş və ən böyük təcrübəyə də məhz Yaqut əl-Mustəsiminin və Abdallah Səyrafinin yazılarının üzərində yiyələnmişdir.

Şeyx Həmdullah xətti və özünəməxsus üslubu ilə ‘Qiblətül Küttab’ deyə yad edilir. Yazı onun əlində o qədər inkişaf edib gözəlləşib ki, dövrünün xəttatları, hətta sonrakı xəttatlar da ona bənzəməyə çalışırdılar. Beləliklə, onun üslubundan təxminən 150 il istifadə edilmişdir.

Son illəri və ölümü

II. Bayəzidin vəfatından sonra oğlu Sultan Səlim zamanında səkkiz il tamamilə inzivaya çəkilmişdir. Qanuni Sultan Süleyman Xanın taxta çıxması ilə təkrar işinə davam etmişdir. 1526-cı ildə, doxsandan çox yaşı olan Şeyx Həmdullah İstanbulda vəfat etmişdir. Qəbri Qaracaəhməd Qəbiristanlığındadır. Cəli sülüs xətti ilə yazılmış başdaşı kitabəsində "Rəisül-xəttatın Həmdullah əl-maruf bi-ibni-Şeyx rəhmətullahi əleyh Hicri 927/Miladi 1521" yazılıb.

Əsərləri

Doxsan ildən çox yaşayan, elm və sənət dünyasında böyük nailiyyətlər əldə edən xəttat özündən sonra 47 Mushaf-ı Şərif, Məşarik və Məsahib-i Şərif, 50 Ənam-ı Şərif və cüz, 121 mürəqqə və qitə, 8 elmi əsər, 6 dua məcmuası, minə yaxın Ənam, Kəhf, Nəbə surələri nümunələri qoymuşdur. Memarlıqda xüsusi yeri olan cəli yazılarla az məşğul olsa da, İstanbulun Firuz Ağa Məscidi, Davud Paşa Məscidi, Bayəzid Məscidi kitabələri ilə Ədirnə Bayazid Məscidi kitabələri də onun əsərləridir. Eləcə də, XV əsrdə onun tərəfindən Qurani-Kərimin də nüsxəsi hazırlanmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şeyx Həmdullah haqqında məlumat. Şeyx Həmdullah nədir? Şeyx Həmdullah nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Osmanlı türkcəsi

  • Fevral 25, 2026

    7 mart

  • Fevral 27, 2026

    Kartel

  • Fevral 27, 2026

    Stereometriya

  • Fevral 17, 2026

    Mixol Martin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst