Pol Cekson Pollok (ing. Paul Jackson Pollock; 28 yanvar 1912 – 11 avqust 1956) — tanınmış amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi. Özünəməxsus drip-peyntinq rəssamlıq üslubu ilə məşhurdur.
| Cekson Pollok | |
|---|---|
| ing. Paul Jackson Pollock | |
| |
| Doğum adı | Paul Jackson Pollock |
| Doğum tarixi | |
| Doğum yeri | Kodi, Vayominq, ABŞ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Sprinqs, Saffolk, Lonq-Aylend, Nyu-York ştatı, ABŞ |
| Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
| Vətəndaşlığı | |
| Fəaliyyəti | rəssam, boyakar[d], rəssam-qravürçü[d] |
| Təhsili |
|
| Janr | Abstraksionizm |
| Stil | Abstrakt ekspressionizm |
| Tanınmış işləri |
|
| Hamisi | Peggi Quggenhaym |
![]() | |
Pollok həyatı boyu şöhrətə və mənfi reputasiyaya sahib olmaqla öz dövrünün əsas rəssamlarından biri olmuşdur. Özünə qapanıq və dəyişkən şəxsiyyətə malik olan rəssam ömrünün çox hissəsini alkoqolizmdən əziyyət çəkmişdir. 1945-ci ildə Pollok onun karyerasına və yaradıcılığına böyük təsir göstərən Li Krasnerlə ailə qurdu.
Pollok, 1956-cı ildə içkili vəziyyətdə idarə etdiyi avtomobillə düşdüyü qəzada, 44 yaşında vəfat etmişdir. Ölümündən bir neçə ay sonra, dekabr ayında, Nyu-York Müasir İncəsənət Muzeyində (MoMA) Pollokun xatirəsinə retrospektiv sərgi təşkil olunmuşdur. 1967-ci ildə burada onun əsərlərindən ibarət daha geniş sərgi təşkil edildi. 1998–1999-cu illərdə onun işlərindən ibarət geniş retrospektiv sərgilər həm Nyu-York Müasir İncəsənət Muzeyində, həm də Londonun Teyt muzeyində keçirilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cekson Pollok haqqında məlumat. Cekson Pollok nədir? Cekson Pollok nə deməkdir?
