Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abstraksionizm, abstrakt sənət və ya mücərrəd sənət (lat. abstractio — ayırma, təcridetmə) — XX əsr incəsənətində reallığın görünən təsvirini sırf formal elemen

Abstraksionizm

  • Ana Səhifə
  • Vikipediya
  • Abstraksionizm

Abstraksionizm, abstrakt sənət və ya mücərrəd sənət (lat. abstractio — ayırma, təcridetmə) — XX əsr incəsənətində reallığın görünən təsvirini sırf formal elementlər (xətt, müstəvi, rəng ləkəsi, mücərrəd konfiqurasiya) sistemi ilə əvəz etmiş cərəyan. Proqramlı hərəkat kimi 1910-cu illərin əvvəlində yaranmışdır; baniləri Vasili Kandinski, Kazimir Maleviç, Pit Mondrian, Frantişek Kupka, Rober Delone olmuşlar. Onlar, bir qayda olaraq, mistik ideyalardan, o cümlədən, teosofiya doktrinalarından bəhrələnir, görünən dünyanın keçici hadisələri arxasında gizlənən daxili qanuna uyğunluqları və intuitiv dərkedilən mahiyyətləri ifadə etməyə can atırdılar. Belə ki, Vasili Kandinskinin “İncəsənətdə ruhaniyyət haqqında” (1911) adlanan nəzəri əsərində ilkin forma elementləri başlanğıc ruhani məzmuna malik işarələr, onların plastik təşkili isə universum elementləri arasındakı əlaqənin proyeksiyası kimi səciyyələndirilir. Rober Delonenin nəzəriyyəsində isə idealist metafizikası rədd edilir, mücərrəd boyakarlığın vəzifəsi rəngkarlıq dili xassələrinin, ilk növbədə rəngin dinamik keyfiyyətlərinin tədqiqi ilə məhdudlaşdırılır. Müasir memarlığın, dizaynın, dekorativ tətbiqi sənət növlərinin təşəkkülündə erkən abstraksionizm ustaları əhəmiyyətli rol oynamışlar (rus konstruktvistlərinin yaradıcılığı, Kazimir Maleviçin arxitektonları və dizayner layihələri, Vasili Kandinskinin Bauhauzda, Pit Mondrianın “De Steyl” qrupunda fəaliyyəti, Rober Delone və Sonya Delone Terkin tətbiqi sənət sahəsindəki təcrübələri). Onların funksional formaya müraciəti ideal dünya nizamı layihələrini özündə birləşdirən estetik proqramlarının universializmi ilə izah olunurdu. Yarandığı vaxtdan abstraksionizmdə iki istiqamət — həndəsi (Maleviç, Mondrian, qismən Delone) və lirik (Kandinski, Kupka) istiqamətlər formalaşmışdır. Düzgün formaların və əsas rənglərin məhdud dəsti əsasında qurulan həndəsi abstraksiya kompozisiyaları sabit, “substansional” vəziyyətlərin təcəssümü idi. Lirik abstraktsiya əsərlərində diqqət dinamik proseslərə yönəldilirdi. Abstraksionizm təmayülü müxtəlif avanqard istiqamətlərdə — kubizm (Fernan Leje), futurizm (Cakomo Balla, Enriko Prampolini), dadaizm (X.Arp), ekspressionizm (Vasili Kandinski, F.Mark), konstruktivizm (L.S. Popova, L.M.Lisitski, T. Van Dusburq) və sürrealizmdə (X.Miro, A.Masson) vaxtaşırı təzahür edirdi. İkinci dünya müharibəsindən sonra Qərbi Avropa incəsənətində abstraksionizmin müxtəlif cərəyanları aparıcı mövqe tutmağa başladı. Abstrakt ekspressionizm ABŞda daha geniş yayılmışdı (C.Pollok, M.Rotko, F.Klayn və başqaları). Taşizm bu cərəyanın Avropa analoqu idi (P.Sulaj, J.Şneyder, J.Matyö). Böhran vəziyyətini dəf edən həndəsi abstraksiya yeni oparte (V.Vazareli, B.Rayli) və kinetik incəsənət (A.Kolderin, N.Şöfferin, X.Sotunun, J.Tengeli, Takisin hərəkət edən konstruk siyaları). Heykəltaraşlıqda həndəsi abstraktsiya minimalizm cərəyanında (1960-70 illər) yüksək inkişaf mərhələsinə çatmışdı. M.Zeynalov abstrakt sənətə müraciət etmiş ilk azərbaycanlı rəssamdır. Rəssamın Misir və başqa ölkələrə həsr olunmuş əsərləri güclü simvolikası ilə seçilir. F.Qulamov və H.Ab dullayevin abstraksionizm üslubunda maraqlı əsərləri var.

Knadinskinin ilk abstrakt suluboya işi, 1910, Vasili Kandinski

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abstraksionizm haqqında məlumat. Abstraksionizm nədir? Abstraksionizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Genomika

  • Fevral 27, 2026

    Etamp (rayon)

  • Fevral 27, 2026

    Banqkok

  • Fevral 27, 2026

    Ateroskleroz

  • Fevral 27, 2026

    Kamil Sadıxov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst