Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

C. C. Catch (alm. Caroline Catharina Müller‎; 31 iyul 1964, Oss, Şimali Brabant) – Alman ifaçısı və bəstəkarıdır. 1980-ci illərdə Diter Bolenlə əməkdaşlıq etmiş

C.C.Catch

  • Ana Səhifə
  • Vikipediya
  • C.C.Catch

C. C. Catch (alm. Caroline Catharina Müller‎; 31 iyul 1964, Oss, Şimali Brabant) – Alman ifaçısı və bəstəkarıdır. 1980-ci illərdə Diter Bolenlə əməkdaşlıq etmiş və bir çox mahnıları ilə Avropa ölkələrinin hit-paradlarında populyarlıq əldə etmişdir.

Karolina Katarina Müller
alm. Caroline Catharina Müller‎
Ümumi məlumatlar
Doğum adı Caroline Catherine Müller
Ləqəbi C. C. Catch
Doğum tarixi 31 iyul 1964 (61 yaş)
Doğum yeri Niderland Niderland, Şimali Brabant, Oss
Vətəndaşlığı Niderland Niderland
Almaniya Almaniya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, müğənni-bəstəkar, musiqiçi
Fəaliyyət illəri 1980-ci ildən
Janrlar Avro disko
Pop musiqi
Albom şirkəti Hansa Records
cccatch.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Gənclik illəri

Karolina Katarina Müller 31 iyul 1964-cü ildə Niderlandın Şimali Brabant ərazisinin Oss adlanan kiçik şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən anası onu Karo deyə çağırırdı. Onun valideynləri müxtəlif ölkələrin vətəndaşları idi. Atası Yurgen alman əsilli və anası Korri isə holland əsilli idi. Ailə böhranı nəticəsində Karolina 14 yaşından müvəqqəti olaraq Niderlandda anası ilə yaşamışdır. Anası ailəni barışdırmaq məqsədilə 1979-cu ildə Almaniyanın Bünde adlanan kiçik şəhərinə köçürlər.

Karolina paltar üzrə dizayner peşəsini öyrənmiş və öyrəndikdən sonra bir neçə il ağır şəraitdə tikiş fabrikində işləmişdir. Boş vaxtlarında gitara çalır və dünya ulduzlarının mahnılarını ifa edirdi. Karolina bir axşam musiqiçilər qrupu ilə görüşür. Karolina onlardan musiqini öyrətməyi xahiş etmişdir. Həmin andan başlayaraq gitara və rəqs dərslərini öyrənməyə başlamışdır. Onun ilk ləqəbi "Karol Din" (ing. Carol Dean) olmuşdur.

Solo karyerası

Məşhur alman prodüserlərindən biri olan Piter Kent Karolinanı "Optimal" qrupuna cəlb edir. Onun parlaq səsi ilə valeh olan Diter Bolen Karolinanı 1985-ci ilin aprel ayında Hamburqa dəvət edir.

Bu qrupu tərk etdikdən sonra Diter Bolen ilə çalışmağa başlamışdır. Karolina "C. C. Catch" (Si Si Ketç, C. C. – adının ilk hərfləridir) ləqəbi ilə 1985–1988-illər arası populyarlıq qazanmışdı. 1985-ci ildə ad günündə yazılmış I Can Lose My Heart Tonight mahnısı, ona ilk uğurunu gətirir. Lakin onun haqqında məlumat, həmin ildə heç kimə məlum deyildi. Nəhayət, 1986-cı ilin fevral ayında ilk albomu Catch the Catch çıxır. Albomun üzərində onun sevimli "Morti" adlı ev pişiyi təsvir edilmişdir. 1986-cı ilin may ayında Karolinanın ikinci albomu Welcome to the Heartbreak Hotel çıxır.

1987-ci ildə Like a Hurricane albomu çıxır. Artıq Karolina Avropanın bir çox ölkələrində tanınırdı. Karolinanın populyarlığı SSRİ-də Maykl Cekson və Madonna ilə bir səviyyədə idi. Onun mahnıları Skandinaviya ölkələrində də məşhur idi. Bu illərdə bütün mahnılarının sözlərini Diter Bolen (1985–1988-ci illər arası mahnılarının prodüseri) yazmışdır. 1987-ci ildə Diamonds albomu işıq üzü görür. Bu albomda Karolinanın ən yaxşı mahnıları toplanmışdır. Lakin bu albomun çıxarılmasından başlayaraq Diter ilə Karolina arasında münasibət dəyişir. 1988-ci ildə Big Fun albomu çətinliklə də olsa, işıq üzü görür. Səbəbi isə Diter Bolenin bu alboma prodüserlik etməmək istəyi idi.

Karolina solo karyerasının ilk illərində mahnıların sözlərini yazmaq istəyirdi. Onun ifa etdiyi mahnı sözlərinin müəllifi və prodüseri olan Diter Bolen isə Karolinaya icazə vermirdi. Diter söyləyirdi ki, Karolina heç bir vaxt onsuz məşhurluq qazanmayacaqdır. Lakin Karolina Diterlə qəti olaraq, razılaşmaq istəmirdi. Bu səbəbdən Karolina Diter ilə əməkdaşlığını pozmaq qərarına gəlir. Lakin Diter Bolen onun prodüseri olduğu üçün Karolinaya bir sıra şərtlər irəli sürürdü. Həmin şərtlərdən biri də belə idi: "Karolina Diterdən ayrıldıqdan sonra daha "C. C. Catch" ləqəbini daşımayacaqdır." Karolinanın sözlərinə görə, bu ləqəbi ilk dəfə şəxsən özü Diterə təqdim etmiş və bu səbəbdən ləqəbin bütün hüquqları məhz özünə məxsus olmalıdır.

Məhkəmənin qərarı ilə Karolina Diterə böyük həcmdə pul ödədikdən sonra onunla əməkdaşlığını bitirir və yeni solo karyerasına başlayır. Diter Bolen isə Blue System musiqi qrupunu yaradır və bu qrup Almaniyada Avrodens janrında ifa edən qruplardan birinə çevrilir. Karolina 1989-cu ildə Diter Bolen ilə əməkdaşlığını bitirdikdən sonra yeni ifa edəcəyi mahnılarının sözlərini yazmağa başlayır. Lakin bundan sonra Karolina əvvəlki müvəffəqiyyətini qazana bilməmişdir. Həmin ildən başlayaraq ifa etdiyi mahnıların janrı, əvvəlki ifa etdiyi mahnıların janrından fərqli idi. Məhz bu səbəbdən Karolina populyarlıq qazana bilmir.

1989-cu ildə İspaniyada Böyük Britaniyanın menecmentlərindən biri olan Simon Napyer Bellon ("Wham!" musiqi qrupunun prodüseri) ilə tanış olur. Simon Napyer Bellon Karolina ilə yaxından maraqlanmağa başlayır. Onun sayəsində 1989-cu ildə Hear What I Say albomunu çıxarır. Bu albomla Karolina istəyirdi ki, fanatlar Diter Bolenin nə demək istədiyini yox, məhz özünün nə demək istədiyini eşitsinlər. Həmçinin, albomun yeni prodüserləri Endi Teylor ("Duran Duran" musiqi qrupunun prodüseri), Deyv Kleyton (ifaçı Corc Maykl və U2 musiqi qrupu ilə əməkdaşlıq etmişdir) və Co Duorniek kimi ("Duran Duran" musiqi qrupu ilə əməkdaşlıq etmişdir) prodüserlər idi. Bu albomun ən yaxşı mahnısı Big Time mahnısıdır. Həmin ildə BMG musiqi kompaniyası Baby I Need Your Love mahnısını istehsal edir. Diter Bolen Good Guys Only Win In Movies mahnısını çıxarmağa razılıq verir. Bu vaxtda Karolina albomun ikinci mahnısı olan Midnight Hour mahnısını çıxarır. 1990-cı ildən başlayaraq Karolina Katarina Müller musiqi karyerasına ara verir.

1991-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Çernobılın uşaqları – bizim uşaqlardır" adlı xeyriyyəçilik konsertində C. C. Catch iştirak etmişdir. Bu konsertdən sonra onun haqqında məlumat çox az idi. Lakin Karolina 1998-ci ildə musiqi səhnəsinə qayıdaraq bir çox mahnıları remiks formasında ifa edir və bir çox uğurlar qazanır. Həmin ildə Karolina 1998-ci ildə öz yoqa müəllimi ilə ailə həyatı qurur və bir müddət keçdikdən sonra ayrılırlar. 2003-cü ildə Almaniyada Karolina Shake Your Head mahnısını yazır. Bu mahnı bir sıra hit-paradlarda, o cümlədən, Belçika və Norveç kimi ölkələrin hit-paradlarında uğur qazanır. 2010-cu ildə Xuan Martinezlə duet oxuyur və bu duet ifası ona müvəffəqiyyət gətirir.

Mükafatlar

İlMükafat
1988"RSH-Gold" mükafatı
19891989-cu ilin müğənnisi "Qızıl Şir" mükafatı
2006"Rusiya Sülh Yaradan Təşkilat" mükafatı

Diskoqrafiya

Studiya albomu

Ad Albom Hit-paradlarda tutduğu yüksək mövqe Sertifikasiya
Almaniya
Avstriya
Norveç
İspaniya
İsveç
İsveçrə
"Catch the Catch"
  • İstehsal edilib: 28 Aprel, 1986
  • Leybl: Hansa Records
  • Formatlar: CD, LP, kaset
624621258
"Welcome to the Heartbreak Hotel"
  • İstehsal edilib: 8 Dekabr, 1986
  • Leybl: Hansa
  • Formatlar: CD, LP, kaset
28——2244—
  • İspaniya: Qızıl
"Like a Hurricane"
  • İstehsal edilib: 1987
  • Leybl: Hansa
  • Formatlar: CD, LP, kaset
30——25——
"Big Fun"
  • İstehsal edilib: 1988
  • Leybl: Hansa
  • Formatlar: CD, LP, kaset
53——22——
  • İspaniya: Platin
"Hear What I Say"
  • İstehsal edilib: 1989
  • Leybl: Metronome Music
  • Formatlar: CD, LP, kaset
75——46——
"—" bu işarə albomun heç bir hit-paradda yer tutmadığını bildirir.

Albom yığmaları

Albom yığmaları Albom haqqında qısa məlumat Hit-paradlarda tutduğu yüksək mövqe Sertifikasiyalar
Almaniya
İsveçrə
Diamonds: Her Greatest Hits
  • İstehsal edilib: 16 may, 1988
  • Leybl: Hansa
  • Formatlar: CD, LP, kaset
4325
  • İspaniya: Qızıl
"Super 20"
  • İstehsal edilib: 2 yanvar, 1990
  • Leybl: Ariola Express
  • Formatlar: CD, LP, kaset
——
"Backseat of Your Cadillac"
  • İstehsal edilib: 17 Yanvar, 1994
  • Leybl: Ariola Express
  • Formatlar: CD, LP, kaset
——
"Super Disco Hits"
  • İstehsal edilib: 2 may, 1994
  • Leybl: Ariola Express
  • Formatlar: CD, LP, kaset
——
"Best of '98"
  • İstehsal edilib: 1998
  • Leybl: Hansa
  • Formatlar: CD, kaset
76—
"Heartbreak Hotel"
  • İstehsal edilib: 3 İyul, 2000
  • Leybl: Ariola Express
  • Formatlar: CD, kaset
——
"Best of C. C. Catch"
  • İstehsal edilib: 18 sentyabr, 2000
  • Leybl: Ariola Express
  • Formatlar: CD, kaset
——
"In the Mix"
  • İstehsal edilib: 12 may, 2003
  • Leybl: Hansa
  • Formatlar: CD, kaset
——
"Catch the Hits"
  • İstehsal edilib: 16 sentyabr, 2005
  • Leybl: Edel AG
  • Formatlar: CD, kaset
——
"The 80's Album"
  • İstehsal edilib: 28 oktyabr, 2005
  • Leybl: Edel
  • Formatlar: CD
——
"Maxi Hit Sensation-Nonstop DJ"
  • İstehsal edilib: 12 may, 2006
  • Leybl: Edel
  • Formatlar: CD
——
"Ultimate C. C. Catch"
  • İstehsal edilib: 23 noyabr, 2007
  • Leybl: Edel
  • Formatlar: CD
——
"25th Anniversary Box (5CD)"
  • İstehsal olunub: 11 noyabr, 2011
  • Leybl: 4ever Music
  • Formatlar: CD
——
"—" bu işarə albomun heç bir hit-paradda yer tutmadığını bildirir.

Sinqllar

Mahnı İl Hit-paradlarda tutduğu yüksək mövqe Albom
Almaniya
Avstriya
Belçika İspaniya
İsveçrə Böyük Britaniya
"I Can Lose My Heart Tonight" 1985 1324—719— "Catch the Catch"
"Cause You Are Young" 1986 928—68—
"Strangers by Night" 915331011—
"Heartbreak Hotel" 82223313— "Welcome to the Heartbreak Hotel"'
"Heaven and Hell" 13——219—
"Are You Man Enough" 1987 20——528— "Like a Hurricane"
"Soul Survivor" 17——1—96
"Good Guys Only Win in Movies" 1988 ———6——
"House of Mystic Lights" 22——7—— "Diamonds" yığmalar silsiləsinin ilk sinqlı
"Backseat of Your Cadillac" 10——6—— "Big Fun"
"Summer Kisses" ——————
"Nothing but a Heartache" 1989 39——14——
"Baby I Need Your Love" ——————
"Big Time" 26————— "Hear What I Say"
"Midnight Hour" ——————
"C. C. Catch Megamix '98" 1998 33————— Best of '98
"Soul Survivor '98" ———8——
"I Can Lose My Heart Tonight '99" 1999 72——12——
"Shake Your Head" 2003 —————— Non-album singles
"Silence" 2004 ——————
"Unborn Love" 2010 ——————
"Another Night in Nashville" 2014 ——————
"—" bu işarə albomun heç bir hit-paradda yer tutmadığını bildirir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, c.c.catch sözünün mənası, c.c.catch haqqında məlumat. c.c.catch nədir? c.c.catch nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Tağaverd

  • Fevral 24, 2026

    17 may

  • Mart 01, 2026

    Dron

  • Mart 01, 2026

    Məscidli Görarxı

  • Fevral 27, 2026

    Nuh peyğəmbər

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst