Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sabit Atababa oğlu Orucov (18 (31) may 1912, Novxanı, Bakı qəzası – 20 aprel 1981, Moskva) — Azərbaycan-sovet neft-qaz sənayesi təşkilatçısı, SSRİ qaz sənayesi

Sabit Orucov

  • Ana Səhifə
  • Vikipediya
  • Sabit Orucov

Sabit Atababa oğlu Orucov (18 (31) may 1912, Novxanı, Bakı qəzası – 20 aprel 1981, Moskva) — Azərbaycan-sovet neft-qaz sənayesi təşkilatçısı, SSRİ qaz sənayesi naziri (1972–1981), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1967), Sosialist Əməyi Qəhrəmanı (1980), Lenin (1970) və Stalin mükafatları (1950, 1951) laureatı, texnika elmləri doktoru, Azərbaycan SSR əməkdar elm xadimi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlüyünə namizəd (1976–1981), 1953–1954, 1958–1962-ci illərdə və 1974-cü ildən vəfatınadək SSRİ Ali Sovetinin deputatı.

Sabit Orucov
SSRİ qaz sənayesi naziri
20 sentyabr 1972 – 20 aprel 1981
ƏvvəlkiAleksey Kortunov
SonrakıVasili Dinkov
SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi
dekabr 1959 – fevral 1962
ƏvvəlkiHəsən Seyidov
SonrakıCəmaləddin Maqomayev
Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri — Azərbaycan SSR naziri
6 iyun 1957 – 16 dekabr 1959
SonrakıSüleyman Vəzirov
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
6 iyun 1957 – 30 avqust 1958
SədrSadıq Rəhimov
Vəli Axundov
Şəxsi məlumatlar
Doğum tarixi 18 (31) may 1912(1912-05-31)
Doğum yeri
  • Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 20 aprel 1981(1981-04-20) (68 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1939–1981)
Təhsili
  • Azərbaycan Sənaye İnstitutu (–1936)
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 1980
"Lenin" ordeni — 1942 "Lenin" ordeni — 1959 "Lenin" ordeni — 1980 "Oktyabr inqilabı" ordeni — 1971 "Qırmızı əmək bayrağı" ordeni — 1940 "Qırmızı əmək bayrağı" ordeni — 1948 "Qırmızı əmək bayrağı" ordeni — 1966 "Qırmızı əmək bayrağı" ordeni — 1976 "Əmək igidliyinə görə" medalı — 1953 "Əməkdə fərqlənməyə görə" medalı — 1951 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
3-cü dərəcəli "Stalin" mükafatı — 1950 3-cü dərəcəli "Stalin" mükafatı — 1951 "Lenin" mükafatı — 1970 Azərbaycan SSR neft ustası — 1940 Azərbaycan SSR əməkdar elm və texnika xadimi — 1964
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1912-ci il mayın 30-da Bakıda doğulmuşdur. Orta təhsilini Bakıda almış, 1929–31-ci illərdə orta məktəbdə dərs demiş, 1931–36-cı illərdə Azərbaycan Neft Sənayesi İnstitutunda oxumuşdur.

1936–46-cı illərdə S. Orucov kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, Suraxanı mədənlərində direktor olmuşdur. "Ordconikidzeneft"in idarə rəisi, "Azərneftkombinat"da qazma üzrə rəis müavini, "Azneftdə" baş mühəndis işləmişdir.

1946–47-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947–49-cu illərdə "Krasnodarneft" birliyində rəisin birinci müavini-baş mühəndis, 1949–53 və 1955–57-ci illərdə SSRİ Neft sənayesi nazirinin müavini, 1957–59-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959–62-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi, 1962–65-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi məsələlərilə məşğul olmuş, 1965–72-ci illərdə SSRİ Neft sənayesi nazirinin birinci müavini, 1972–81-ci illərdə SSRİ qaz sənayesi naziri olmuşdur.

S. A. Orucov Xəzər dəniz neft yataqlarında xüsusilə də neft daşlarında neft çıxarılmasına böyük əmək sərf etmişdir.

SSRİ qaz sənayesinin inkişafında böyük xidmətləri olmuşdur. Xüsusilə Sibirdə qaz sənayesinin inkişafına diqqət yetirirdi. SSRİ Neft komitəsinin sədri və dünya neft konqreslərinin sədr müavini seçilmişdir. "Yüksəkdərinlikli iribloklu dəniz neft buruqları özülləri", "İranın neft sənayesi", "Qaz sənayesi inkişaf yolunda" kimi əsərlərin müəllifidir.

Sabit Orucov dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetlərinə deputat seçilmiş, SSRİ orden və medalları ilə təltif olunmuşdur.

1981-ci il aprelin 20-də Moskvada vəfat etmiş və Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur.

Xatirəsi

Bakı şəhərində küçə, Urenqoyda yerləşən qaz hasilatı üzrə istehsalat birliyi, Nadım şəhərində sahilyanı küçə, "Kaspmorneftqazprom" birliyinə məxsus gəmi Sabit Orucovun adını daşıyır.

Moskvada həyatının son illərini yaşadığı binanın fasadında xatirə lövhəsi vurulmuşdur (heykəltaraş: L. Petruşin, memar: M. Katkova).

Özbəkistanın Xarəzm vilayətinin Xivə şəhərində S. Orucov adına rusdilli məktəb fəaliyyət göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sabit Orucov haqqında məlumat. Sabit Orucov nədir? Sabit Orucov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Napoli

  • Fevral 23, 2026

    Sloveniya bayrağı

  • Fevral 27, 2026

    Bad Kissingen

  • Fevral 27, 2026

    Vinnitsa

  • Fevral 27, 2026

    Əyyub peyğəmbər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst