Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Büt sözü Azərbaycan dilinə fars dilindən (fars. بت‎) gəlib. Pəhləvi dilində o, but şəkildə mövcud idi. Pəhləvi dilinə isə bu söz Soğd dilindəki bud və ya put sö

Büt

  • Ana Səhifə
  • Vikipediya
  • Büt

Büt — insanlar tərəfindən ibadət və ya sehrbazlıq üçün işlənilən fiziki obyekt.

Perun bütü (Ukrayna, Kiyev)

Mündəricat

Etimologiya

Büt sözü Azərbaycan dilinə fars dilindən (fars. بت‎) gəlib. Pəhləvi dilində o, but şəkildə mövcud idi. Pəhləvi dilinə isə bu söz Soğd dilindəki bud və ya put sözündən gəlib. Orda bu söz həm Budda, həm də büt mənasında işlənilirdi. Beləliklə, bu sözün sanskrit mənşəyi var.

Tarix

Villendorf Venerası

Hesab olunur ki, ən erkən bütlər daşlar, ağaclar və çaylar kimi təbii obyektlər idi.

Venera heykəlciklərinin ən erkən nümunələri Üst Paleolit dövrünə aiddir. Lakin, onların nə üçün istifadə olduğunu və əslində dini ibadətlə bağlı olub-olmadığlarını müəyyən etmək mümkün deyil.

Günümüzə qədər çatan bir sıra qədim büt "muzey effekti" adlanın fenomenin qurbanıdır. Yəni, bu dini artefaktlar orijinal kontekstlərindən çıxardılıb, ilk öncə üslubi baxımdan müzakirə olunur. Məsələn, Qədim Roma dinində bütlər, müasir Hinduizmdə kimi çiçəklərlə bəzələnə bilərdi və ritual rolları baxımdan müşahidə olunurdu. Lakin bu gün bu baş vermir.

İbrahimi dinlərin yayılması ilə bütlər məhv olunurdu. Məsələn, Nortumbriya Kralı Edvin Xristianlığı qəbul etdiyi zamanı həmçinin bütlərdən imtina etmişdi. Roma Papası V Bonifas məktubunda ona bütləri nifrət etməyə tapşırıb və Edvinin öz paqan keşişi Koifi anql paqan bütlərini yandırmışdır.

Qərbi Sibirdə yaşayan Baraba tatarları XVIII əsrin sonunda İslamı qəbul etdilər. Onların ruhlarını təmsil edən taxta heykəlcikləri var idi. Həmin heykəlciklər şamanın qayğısında olan dəyədə saxlanılırdı. Həmin dəyələr çətin tapılan yerlərdə tikilirdi. Bəzən, onlara gedən yol ağaclara asılan parça ilə işarə olunurdu. Qadınlara ora giriş qadağan idi. Müəyyən günlərdə, böyüklər ilə şamanlar ora ibadət üçün gedirdilər.

Dinlərə görə

İbrahimi dinlər

Yəhudilikdə bütpərəstlik (ivr. ‏עבודה זרה‏‎) ən böyük günahlardan biridir. Ancaq bütün (ivr. ‏אליל‏‎) özünə ibadət yox, həmçinin Tanrının hər hansı bir təsvirinin iştrakı ilə ibadət bütpərəstlik sayılır. Ümumiyyətlə, Yəhudilik anikonist dindir, yəni Tanrının təsvirləri qadağandır. Bundan artıq, iudaistlər üçün bütlərə verilən yeməkləri yemək və bütpərəstlərlə bütpərəst mərasimlər zamanı ünsiyyət qurmaq qadağandır.

Xristianlıqda ibadət olunan təsvirlər ikona (yun. eikṓn - təsvir) adlanır. Onlara yanaşma təriqətdən-təriqətə və dövrdən-dövrə dəyişir. Məsələn, Pravoslav kilsələrində ikonalar geniş şəkildə işlənilir. Lakin, VIII-IX əsrlərində, Pravoslav olan Bizans İmperiyası ikonoborçuluq dövrünü (yəni, ikonalara qarşı mübarizə dövrünü) yaşamışdı.

İslamda şirk anlayışı etimoloji baxımdan bütpərəstlik demək deyil, lakin bu günah bütlərin qadağası ilə bağlıdır. Şirkin bir nümunəsi, keçmişdə Kəbə ətrafında yerləşən bütlərdir. Məhəmməd bu bütləri yox edib.

Şərqi Asiya dinləri

Şintoizmdə bütlər şintai (yap. 神体 - kaminin bədəni) adlanır. Həm insan yaratdığı obyekt şintai ola bilər, məsələn, güzgü, qılınc, kaminin heykəli və s.; həm də təbii obyekt, məsələn, daş, dağ, çay, ağac, şəlalə və s..

Tokuqava İeyasu üçün şinto şiki (Nikko)

Həm Şintoizmdə (yap. 神幸式 və ya 神幸祭 - şinko şiki və ya şinto sai adı altında), həm də Çin xalq dinidə bu cür ilahi obyektlərin paradları təşkil olunur.

Cənubi Asiya dinləri

Hinduizmdə bütlər murti (sanskr. मूर्ति - təcəssüm) adlanır. Murti ilahiliyin və ya müqəddəsin təsviri şəkildə ola bilər. Hinduistlər də, Şərqi Asiyada kimi öz bütləri ilə paradlar təşkil edir.

Caynizmdə bütlər adətən yoqanın oturma pozasında (padmasana) və ya ayaq üstə pozasında (kayotsqara) olur.

Güman ki, erkən Buddizm b.e. I əsrinə qədər anikonik idi. Budda taxtın üstündə boşluqla, Bodi ağacı ilə, sürənin olduğu məkanın üstündə kiçik çətirli sürənsiz at ilə, Buddanın ayaq izləri ilə və darma təkəri ilə işarə olunurdu. Bu məsələ mübahisəlindir, amma hesab olunur ki, Buddanın ilk antropomorf təsvirləri yunan-buddist qarşılıqlı əlaqələrin nəticəsi idi. Araşdırmaçılar arasında bunnan bağlı debat 1990-cı illərdə Syuzan Hantinqton tərəfindən başladılmışdı və hələ də davam etməkdədir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Büt haqqında məlumat. Büt nədir? Büt nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əsədabad

  • Fevral 27, 2026

    Edinburq hersoqu

  • Fevral 27, 2026

    Juniperus

  • Fevral 27, 2026

    Suğra Bağırzadə

  • Fevral 27, 2026

    Şirvani Ədilli

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst