Azəri-Press Agentliyi və ya qısa olaraq APA — 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan hakimiyyətyönümlü informasiya agentliyi. "APA Group" media holdinqinin tərkibinə daxildir.
| APA | |
|---|---|
| Azəri-Press Agentliyi | |
| |
| Ümumi məlumatlar | |
| Təsis tarixi | 16 noyabr 2004 |
| Baş qərargahın yeri | |
| Rəhbərlik | |
| Təsisçi | |
| apa.az | |
Haqqında
"Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin il noyabr ayının 16-da fəaliyyətə başlamışdır.
"APA" Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda fəaliyyət göstərən ofisləri vardır. "APA"-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics" bölməsi də fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə xəbərlər, təhlillər bu bölmədə öz əksini tapır.
"APA" informasiya agentliyi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatdır.
Həmçinin bax
- APA TV
- Trend İnformasiya Agentliyi
- Report İnformasiya Agentliyi
- Turan İnformasiya Agentliyi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, APA Holding haqqında məlumat. APA Holding nədir? APA Holding nə deməkdir?
