Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ridaniyə döyüşü — Məmlük sultanlığına son qoyan və Misirin işğalını tamamlayan Qahirə yaxınlığındakı son döyüş.

Ridaniyə döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Ridaniyə döyüşü

Ridaniyə döyüşü — Məmlük sultanlığına son qoyan və Misirin işğalını tamamlayan Qahirə yaxınlığındakı son döyüş.

Ridaniyə döyüşü
Ridaniyə döyüşü'ndə səliim
Ridaniyə döyüşü'ndə səliim
Tarix 22 yanvar 1517
Yeri Ridaniyə, Misir
Nəticəsi

Osmanlılar qalib gəldi. Nəticədə:

  • Misir ələ keçirildi;
  • Məmlük dövləti süqut etdi;
  • Xilafət Osmanlılara keçdi;
Münaqişə tərəfləri

Məmlük dövləti

Osmanlı İmperiyası

Komandan(lar)

II Tomanbay
Canbərdi Qəzai
Sadi bəy☪

Yavuz Sultan Səlim
Xədim Sənan Paşa☪

Tərəflərin qüvvəsi

20.000 əsgər

20.000 əsgər

İtkilər

4.000

3.000

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Döyüş öncəsi vəziyyət

    Mərcidabık döyüşündən sağ çıxan Məmlük əmirləri Kansu Qavrinin ölümünün ardından onun döyüşdən əvvəl naib seçdiyi Tomanbayı Məmlük sultanı seçərək ətrafında toplandılar. Yeni sultan Tomanbay Sultan Səlimin Qahirəyə hücum etmə ehtimalına qarşı əsgər toplamağa və şəhərin ətrafında müdafiə tədbirləri görməyə başladı. Əlavə olaraq Canbərdi Qəzai rəhbərliyindəki 5 min nəfərlik dəstəni Osmanlı ordusu haqqında məlumat toplamaq üçün Qəzzə bölgəsinə yolladı. Burada Xan-Yunis yaxınlığında Sədrəzəm Sinan Paşanın dəstələri ilə toqquşan Canbərdi Qəzai məğlub olub geri çəkildi (21 dekabr 1516). Sultan Səlim də Məmlük müqavimətinin sındığına inanıb irəliləməyə başladı. Ancaq bəzi dövlət adamları Qəzzədən sonrakı Misir torpaqlarının olduqca təhlükəli olduğuna və Sinay çölünün qısa müddətdə keçilməsinin çətin olduğuna inansalar da, o əsnada yağan şiddətli yağışlar ordunun 13 gün ərzində çölü keçməsinə kömək oldu. Osmanlı ordusu irəliləyərkən Qahirəyə də elçilər göndərilmiş, Misir taxtını sülh ilə təslim etməsi şərtilə Tomanbayın oradakı Osmanlı hakimi olacağı bildirilmişdi. Ancaq Məmlük əmirləri bu şərti qəbul etməmiş, göndərilən elçiləri qətlə yetirmişdi.

    Döyüşün gedişi

    Məmlüklərin qurduğu döyüş strategiyasını ələ keçirilən əsirlərdən və Məmlüklərin keçmiş Hələb naibi Xeyir bəydən öyrənən Osmanlılar səhrada qumların altına basdırılan döyüş toplarından və qazılan xəndəklərdən xəbər tutdu. Buna görə də Osmanlı ordusu birbaşa irəliləməyərək çölün ətrafında fırlanaraq Məmlüklərin planını pozdular. Anadolu bəylərbəyi Mustafa Paşa sağ cinahda, Rumeli bəylərbəyi Kiçik Sinan Paşa sol cinahda, Sultan Səlim və qapıqulu əsgərləri isə mərkəzdə yer aldı. Sədrəzəm Sinan Paşa sultan qüvvələrinin sağında, yeniçəri ağası Ayaz ağa isə solunda yer aldı. 22 yanvar günü səhər saatlarında Osmanlı ordusu hücuma başladı. Məmlüklər əvvəlcə süvari birlikləri ilə hücuma keçib Osmanlıları topların basdırıldığı əraziyə çəkmək istədilər. Ancaq bu tərtibatdan xəbərdar olan Osmanlı piyada dəstələri topların ətrafından fırlanaraq qısa zamanda təsirsiz hala saldı.

    Məmlük ordusunun sol cinahı bu səbəbdən dağıdıldı. Ardından Tomanbay və yanındakı əmirlər Osmanlı ordusunun sağ cinahına hücum edərək padşahın dəstələrini hədəf aldı. Bu hücumlar əsnasında Sədrəzəm Sinan Paşa ağır yaralandı və çadırına aparılarkən vəfat etdi.

    Döyüşün nəticəsi

    Səhər saatlarında başlayıb fasilələrlə 7-8 saat davam edən döyüşün sonunda Məmlüklər tamamilə məhv edildi. Çarəsiz qalan Tomanbay yanında qalan 10 Məmlük əmiri ilə geri çəkildi. Ardından döyüş meydanından çəkilən 7 min əsgər Tomanbayın ətrafında toplaşaraq müqaviməti davam etdirdi. Döyüşün ertəsi günü Sultan Səlimin orduları Qahirəyə daxil oldu. Sultan Səlim isə şəhərə daxil olmamış, şəhər divarları yaxınlığında ordugahda qalmışdır. Ancaq 27 yanvarda şəhərə gələn Tomanbay və dəstəsi ayaqlanma başlatdı. Qahirə küçələrində 3 gün davam edən qanlı toqquşmalar nəticəsində məğlub olan Tomanbay şəhərdən qaçdı. Şəhərdə sülh təmin edildikdən sonra Sultan Səlim 15 fevralda Qahirəyə daxil oldu. Qaçan sultan Tomanbay isə ələ keçirildi və edam olunaraq cəsədi qala divarlarından asıldı. Burada Osmanlı hakimiyyətinə tabe olan Misir əyaləti quruldu və Sədrəzəm Yunus Paşa ilk Misir bəylərbəyi seçildi (10 aprel). 13 aprel 1517 tarixində burada tamamilə Osmanlı hakimiyyəti quruldu.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ridaniyə döyüşü haqqında məlumat. Ridaniyə döyüşü nədir? Ridaniyə döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      İrs

    • Fevral 27, 2026

      Dövlət Xatun

    • Fevral 23, 2026

      Xalq

    • Fevral 28, 2026

      Burlaxatun türbəsi

    • Fevral 27, 2026

      Esterqom

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst