Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Üst Paleolit və ya Son Paleolit — təxminən 35 min il bundan əvvəl başlanmış, e.ə.12-ci minilliyə qədər davam etmişdir.

Üst Paleolit

  • Ana Səhifə
  • Vikipediya
  • Üst Paleolit

Üst Paleolit və ya Son Paleolit — təxminən 35 min il bundan əvvəl başlanmış, e.ə.12-ci minilliyə qədər davam etmişdir.

Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda xeyli dəyişikliklər baş vermişdir. Üst Paleolit dövründə ibtidai insanlar mağarada yaşamış və özlərini təbiətin təhlükəli hadisələrindən və vəhşi heyvanların hücumlarından qorumuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrinin Paleolit düşərgələrində daha çox rast gəlinmişdir.

Üst paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayısının nəsli kəsilmişdir. İnsanlar ən çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. ovlayırdılar. İnsanların istifadə etdikləri qaşovlar, biz, gəzli (yəni kənarı dişəkli) və üçbucaq əmək alətləri geniş yayılmışdır.

Üst paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın ("Homo Sapiens") yaranması başa çatmışdı. İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır. Təfəkkür və nitq inkişaf tapmışdır. İbtidai cəmiyyətin bu mərhələsində ilk vaxtlar insanlar bir-birini adi hərəkətlərlə (kinetik dillə — əl, dodaq ,göz hərəkətləri ilə və s. hərəkətlərlə) başa salırdılar. Lakin onlar bu üsulla uzaq məsafədə və qaranlıqda ünsiyyət yarada bilmirdilər. Əmək fəaliyyətinin artması, şüurun, düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuşdu.

Səsli nitq ilk vaxtlar ibtidai insanların yaratdığı və tələffüz etdiyi ilk sözlərdən, təsərrüfat həyatı ilə bağlı tək–tək sadə ifadələrdən ibarət olmuşdur. Tədricən belə ifadələrin birləşməsindən nisbətən mürəkkəb fikri ifadə edən səsli nitq — danışıq ünsiyyət vasitəsi yaranmışdır.

Ulu icmanı qəbilə icması əvəz etmişdir. Onun əsasını qan qohumu olan insanların birliyi təşkil edirdi. Buna nəsli qəbilə quruluşu deyilir. Nəsli qəbilə dövründə insanlar ana xətti ilə qohumluq əsasında birləşmişdirlər. Qəbilənin həyatında qadın mühüm rol oynayırdı.

Uşaqların qayğısına qalmaq, giləmeyvə və yabanı bitkilər toplamaq, odu qoruyub saxlamaq, yemək hazırlamaq və s. qadınların işi idi. Buna görə də nəsli qəbilə icması anaxaqanlığı (matriarxat) adlanır.

Dövrün əsas xüsusiyyətləri

  1. 40 min il bundan əvvəl Ağıllı insanın yaranması başa çatır. Nitq və təfəkkür formalaşır (əvvəl kinetik dil, sonra isə səsli nitq);
  2. İbtidai sürüdən qəbilə icmasına keçid başa çatır. Qəbilə icmasına qan qohumluğuna əsaslanır və qohumluq ana xətti ilə gedir. Beləliklə, anaxaqanlığı (matriarxat) meydana gəlir; Qadınlar uşaqların qayğısına qalır, yabanı bitkilər yığır, odu qoruyur və yemək hazırlayırdı;
  3. Bu dövrün maddi qalıqlarına daha çox Qarabağ və Qazax bölgələrinin paleolit düşərgələrində rast gəlinir;
  4. Bu dövrdə bir sıra heyvanların, xüsusilə nəhəng maralın və mağara ayısının nəsli kəsilir.

Qeydlər

  1. "Ağıllı insan"ın beyni "bacarıqlı insan"ın beynindən iki dəfə böyük idi.
  2. Matriarxat və ya Anaxaqanlıq — ictimai-siyasi məsələlərdə qadınların üstünlük təşkil etdiyi cəmiyyətdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Üst Paleolit haqqında məlumat. Üst Paleolit nədir? Üst Paleolit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Nax-Dağıstan dilləri

  • Fevral 26, 2026

    Yupiter (mifologiya)

  • Fevral 24, 2026

    9 dekabr

  • Fevral 27, 2026

    Rus Amerikası

  • Fevral 27, 2026

    Titan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst