Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun Birinci Şıxlı kənd inzibati ərazi dairəsində kənd.

Birinci Şıxlı

  • Ana Səhifə
  • Vikipediya
  • Birinci Şıxlı

Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun Birinci Şıxlı kənd inzibati ərazi dairəsində kənd.

Kənd
Birinci Şıxlı
41°17′25″ şm. e. 45°08′57″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qazax rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 263 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 3414 nəfər
Milli tərkibi azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Birinci Şıxlı xəritədə
Birinci Şıxlı
Birinci Şıxlı

Mündəricat

Tarixi

  • Kənd Şıxlı kəndinin tarixi qədim olsa da XIX əsrin əvvəllərində Birinci Şıxlı kimi adlandırılmışdır.

Toponimikası

Birinci Şıxlı oyk, mür. Kür çayının sağ sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin adındakı birinci komponent onu ərazidəki İkinci Şıxlı kəndindən fərqləndirmək üçün artırılmışdır. İkinci komponent isə qazaxların şıxlı qolunun adını əks etdirir. Mənbələrdə 1537-ci ildə Şəmkirdən köçüb Qazax mahalına gələn Ağdolaqlı Məhəmməd ağanın oğlu şıxı və onun övladları haqqında məlumat verilir.

Əhalisi

  • 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 3414 nəfər əhali yaşayır. Əhalinin 1628 nəfəri kişilərdən, 1786 nəfəri qadınlardan ibarətdir.

Tanınmış sakinləri

  • Molla Vəli Vidadi (1707–1809) — Görkəmli Azərbaycan şairi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Birinci Şıxlı kəndindəndir, Şəmkir rayonunda anadan olub.
  • Tahir İsayev "Serafino" (1922–2001) — İtaliyanın Milli Qəhrəmanı. İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan "Qaribaldi ulduzu", "Antonio Qramşi", "Banderi Kalori" ordenləri, ümumən 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunmuşdur. Milan şəhərinin fəxri vətəndaşıdır (1945-ci ildən).
  • Yəhya bəy Qazaği (… — 1941) — Şair. Molla Vəli Vidadinin oğul, Molla Pənah Vaqifin qız nəvəsidir. Birinci Şıxlı kəndindəndir, Qazax şəhərində anadan olub.
  • Nazim Əfəndiyev (həkim) (1926–1998) — Professor, Respublikanın əməkdar həkimi, Respublikada gözün mikrocərrahiyyəsi üsullarını ilk tətbiq edən yüksəkixtisaslı oftalmocərrah. Uzun müddət akademik Zərifə Əliyeva adına göz xəstəlikləri İnstitutunun direktoru işləmişdir. Uzun illik qüsursuz əməyi bir sıra dövlət mükafatları ilə qiymətləndirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş oftalmoloqu, oftalmologiya üzrə respublika Attestasiya Komissiyasının sədri, Rusiya Federasiyasının Tibb Elmləri Akademiyasında oftalmologiya üzrə Elmi şurasının üzvü olub. Mirqasım Əfəndiyevin oğlu, Mir-Həmzə Əfəndiyevin atası, Fikrət Əmirovun qudası, Nəzrin Əfəndiyevanın babasıdır. Birinci Şıxlı kəndindəndir, Qazax şəhərində anadan olub.
  • Osman Əfəndi Vəlizadə (Müftü Osman Əfəndi) (1850) — Qafqaz müsəlmanlarının II Müftisi.
  • Vidadi Babanlı (1927) – Nasir, şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1986), Prezident təqaüdçüsü.
  • Fuad Babanlı (1945) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq. Sərbəst güləş üzrə SSRİ idman ustası. Birinci Şıxlı kəndindəndir, Qazax şəhərində anadan olub.
  • Hacı Ömər Əmir oğlu Əfəndi — Dövrünün görkəmli alimi. İlahiyyət nəzəriyyəsinə və təsəffüf fəlsəfəsinə dair əsərləri ilə şöhrət qazanmışdır. Mirqasım Əfəndiyevin atası, Nazim Əfəndiyevin babasıdır.
  • Məhəmməd Babanlı (1952) — Azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü (2014). AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi işlər üzrə direktor müavini, eyni zamanda "Qeyri-üzvi funksional materiallar" şöbəsinin müdiridir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının sabiq sədri. Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü, Lütfi Zadə adına Elmlər Akademiyasının həqiqi üzvüdür. Rusiya EA Rəyasət Heyətinin diplomuna və Nauka/İnterperiodika beynəlxalq akademik nəşriyyatının mükafatına layiq görülmüşdür. Bir neçə dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və BDU rektorunun Fəxri fərmanları və "Tərəqqi" medalı ilə təltif edilmişdir. Birinci Şıxlı kəndindəndir, Saatlı rayonunun Əliabad kəndində anadan olub.
  • Alxan Bayramoğlu (1954) — Azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor. "Şamaxı ədəbi mühiti (XİX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda yazıb, 1998-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır. Azərbaycan Demokratik Respublikası dövründə ədəbi fikrin əsas istiqamətlərinə dair yazıb çap etdirdiyi monoqrafiyalar Cümhuriyyət dövrü ədəbiyyatımıza həsr edilmiş ilk monoqrafik tədqiqat nümunələridir.
  • Osman Əfəndiyev — Fəlsəfə elmləri doktoru, professor.dekabr 1941, Birinci Şıxlı, Qazax rayonu) — Azərbaycan Dövlət İqtisad Universitetinin Fəlsəfə kafedrasının professoru. Fəlsəfi-estetik proseslərin mahiyyətindən doğan səkkiz təzahür formasını ortaya çıxarmış və ilk dəfə olaraq on üç fəlsəfi anlayışa orijinal elmi tərif vermişdir. Bir çox sahələrdə özünə geniş yer almış "duyğu" və "hiss" anlayışlarının elmi səviyyələrini və məna xüsusiyyətlərini qarışdıran elmi-nəzəri duruma fərqli yanaşaraq, ilk dəfə olaraq bu anlayışların sərhəd müəyyənliyini təyin etmişdir.
  • İsa Abdullayev (d. 1945 — ö. 2008) — Azərbaycan alimi, texniki elmlər doktoru (1992), professor (1993), ADNA İstehsalat proseslərinin avtomatlaşdırılması fakülətsinin dekanı.
  • Vüsət Əfəndiyev (1953–2019) — Coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, BDU-nun qiyabi və axşam təhsili üzrə prorektoru (1999–2004), BDU-nun tədris işləri üzrə prorektoru (2004–2011), BDU-nun Əlavə Təhsil Mərkəzinin direktoru (2015-ci ildə təyin olunub), BDU-nun Qazax filialının direktoru (2016-cı ildən). Azərbaycan Respublikası Təhsil nazirinin Fəxri fərmanı (1994 və 2000), Akad. H. Ə. Əliyev adına müsabiqənin laureatı (1998), Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil işçisi" fəxri adı (2005), Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı (2009). Birinci Şıxlı kəndindəndir, Tovuz rayonunun Keşişkənd kəndində anadan olub.
  • Mustafa Babanlı (1968) — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir. Birinci Şıxlı kəndindəndir, Saatlı şəhərində anadan olub.
  • Nizaməddin Babanlı (1964) — Kimya elmləri namizədi.
  • Sadəddin Əfəndi (1952) — Fizika-riyaziyyat elmləri namizədi.
  • Mir-Həmzə Əfəndiyev (1950) — Azərbaycan diplomatı, Bakı şəhəri Lenin (Sabunçu) rayon Sovetinin deputatı (1987-ci ildə seçilib), XII cağırış Azərbaycan SSR Ali Sovetinin deputatı (1990-cı ildə seçilib), Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri (1995–2004), Avropa Birliyi yanında Azərbaycan Respublikası Nümayəndəliyinin başçısı (1996–2000), Azərbaycan Respublikasının NATO yanında ilk Nümayəndəliyinin başçısı (1998–2004), Avropa ittifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq üzrə Dövlət Komissiyasının üzvü (1999-cu ildə təyin edilib), Azərbaycan Respublikasının Kimyavi Silahların Qadağan olunması Təşkilatında Daimi Nümayəndəsi (2000–2004), Azərbaycan Respublikasının Yunanıstan Respublikasında ilk fövqəladə və səlahiyyətli səfiri (2004–2009), Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir (2009–2012), Azərbaycan Respublikasının Kimyavi Silahların Qadağan olunması Təşkilatında Daimi Nümayəndəsi (2012–2016), Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri (2016-cı ildən). Diplomatik xidmət orqanlarının 90 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib (2009). Mirqasım Əfəndiyevin nəvəsi, Nazim Əfəndiyevin oğlu, Fikrət Əmirovun kürəkəni, Nəzrin Əfəndiyevanın atasıdır. Birinci Şıxlı kəndindəndir, Bakı şəhərində anadan olub.
  • Elmar Babanlı (1982) — "Neftçi İdman Klubu" İctimai Birliyinin idman və sağlamlıq məsələləri üzrə baş meneceri, cüdo üzrə beynəlxalq dərəcəli hakim, Azərbaycan Cüdo Federasiyasının baş katibi. Birinci Şıxlı kəndindəndir, Bakı şəhərində anadan olub.

Həmçinin bax

  • Qazax rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Birinci Şıxlı haqqında məlumat. Birinci Şıxlı nədir? Birinci Şıxlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Staniol

  • Fevral 27, 2026

    Kabarda-Balkariya bayrağı

  • Fevral 27, 2026

    Ekskursiya

  • Fevral 27, 2026

    Avar

  • Fevral 27, 2026

    İnformatik

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst