Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Babanlı Vidadi Yusif oğlu (5 yanvar 1927, Birinci Şıxlı, Qazax qəzası – 16 avqust 2025, Bakı) — nasir, şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birli

Vidadi Babanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Vidadi Babanlı

Babanlı Vidadi Yusif oğlu (5 yanvar 1927, Birinci Şıxlı, Qazax qəzası – 16 avqust 2025, Bakı) — nasir, şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1986), Prezident təqaüdçüsü. "Şərəf" ordenli yazıçı (2022).

Vidadi Babanlı
Vidadi Yusif oğlu Babanlı
Doğum tarixi 5 yanvar 1927(1927-01-05)
Doğum yeri
  • Birinci Şıxlı, Qazax qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 16 avqust 2025(2025-08-16) (98 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Şıxlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Təhsili
  • BDU Filologiya fakültəsi
Fəaliyyəti yazıçı, dramaturq, şair, tərcüməçi, ssenarist, redaktor
Fəaliyyət illəri 1947-ci ildən
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları "Şərəf" ordeni
Azərbaycan SSR əməkdar incəsənət xadimi

Mündəricat

Həyatı

Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944–1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır.

Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954–1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961–1968). C. Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974–1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978–1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunmuşdur. "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlamışdır (1954-cü ildən).

1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulmuşdur (2003). Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. "Kişilik haqqında himn" şeirlər toplusu "Xəzər" nəşriyyatında kütləvi tirajla buraxılmışdır (2002). "Dərd məni dilləndirir" (2003) publisistik əsərlər toplusu, "Mənim gizlinlərim" (2002–2003) avtobioqrafik romanı, "Ana intiqamı" (1995) povesti rəğbətlə qarşılanmışdır. Yazıçılardan ibarət xüsusi dəstə ilə İspaniya, Fransa, İtaliya, Almaniya, Polşa və bir sıra xarici ölkələrdə səfərdə olmuşdur.

O, 2025-ci il avqustun 16-da vəfat edib. Doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub.

Mükafatları

  • Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 14.01.1977
  • Azərbaycanın əməkdar incəsənət xadimi — 1986
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11.06.2002
  • "Şərəf" ordeni (Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə) — 08.01.2022

Kitabları

  1. Gəlin. Bakı: Uşaqgəncnəşr, 1954, 171 səh.
  2. Tanışlarım və dostlarım. Bakı: Uşaqgəncnəşr, 1961, 120 səh.
  3. Ayazlı gecələr. Bakı: Azərnəşr, 1961, 420 səh.
  4. Həyat bizi sınayır. Bakı: Azərnəşr, 1964, 420 səh.
  5. Gəlin. Bakı: Azərnəşr, 1967, 171 səh.
  6. Vicdan susanda (I kitab). Bakı: Azərnəşr, 1970, 323 səh.
  7. Vicdan susanda (II kitab). Bakı: Azərnəşr, 1976, 231 səh.
  8. Vicdan susanda (I–II kitab). Bakı: Yazıçı, 1978, 510 səh.
  9. Həyat bizi sınayır. Bakı: Gənclik, 1979, 380 səh.
  10. Vicdan susanda (təkrar nəşr). Bakı: Yazıçı, 1982, 510 səh.
  11. Müqəddəs ocaq. Bakı: Gənclik, 1983, 329 səh.
  12. İnsaf nənə. Bakı: Yazıçı, 1985, 390 səh.
  13. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1987, 475 səh.
  14. Ömürlük cəza (I kitab). Bakı: Gənclik, 1990, 208 səh.
  15. Vicdan susanda. Bakı: Yazıçı, 1990, 528 səh.
  16. Hoydu dəlilərim, hoydu. Bakı: Gənclik, 1993, 78 səh.
  17. Ana intiqamı. Bakı: Yazıçı, 1994,
  18. Ömürlük cəza. Bakı: "Boz oğuz" nəşriyyatı, 1998, 329 səh.
  19. Kişilik haqqında himn (şeirlər). Bakı: "Xəzər Universiteti" nəşriyyatı, 2002, 218 səh.
  20. Ömürlük əzab (I–II kitab). Bakı: Pedaqogika, 2003, 318 səh.
  21. Bulanlıq dünya. Bakı: Şərq-Qərb, 2011, 348 səh.

Tərcümələri

(ruscadan)

  1. Valentin Rasputin. Mariyaya pul lazım idi. Bakı: Yazıçı, 1979, 146 səh.
  2. Valentin Rasputin. Sonuncu möhlət. Bakı: Yazıçı, 1988, 382 səh.

Haqqında olan ədəbiyyat

  1. N. Cəfərov. Vidadi Babanlı, yaxud sığmayan vicdanın səsi. (Vidadi Babanlı – 75). "Azərbaycan", 2002, N5, s.82–83.
  2. Həmid. "Kişilik haqqında himn": Vidadi Babanlı kişiliyin çağırışını qələmə alıb. "Şərq", 2002, 8 oktyabr.
  3. V. Yusifli. Ömrün zirvəsi: (Vidadi Babanlı – 75). "Azərbaycan", 2002, N5, s.83–84.

Filmoqrafiya

  • Həyat bizi sınayır (film, 1972) (ssenari müəllifi – Mixail Papava ilə birlikdə)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vidadi Babanlı haqqında məlumat. Vidadi Babanlı nədir? Vidadi Babanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lukas Podolski

  • Fevral 27, 2026

    Məngu Teymur

  • Fevral 27, 2026

    Difraksiya

  • Fevral 27, 2026

    Kosmosun tədqiqi

  • Fevral 27, 2026

    Bonus

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst