Başxanım Şəfiqızı (1880, Daşkənd, Yeni Bəyazid qəzası – 18 noyabr 1958, Daşkənd, Basarkeçər rayonu) — Göyçə mahalında yaşamış şairə.
| Başxanım Şəfiqızı | |
|---|---|
| Rəsulova Başxanım Şəfi qızı | |
![]() Şəklin rəssamı İttifaq Zeynalov | |
| Doğum tarixi | 1880 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 18 noyabr 1958 (77–78 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Uşağı | 4 (Həsən Xəyallı daxil olmaqla) |
| Fəaliyyəti | şair |
Həyatı
Rəsulova Başxanım Şəfi qızı 1880-ci ildə Göyçə mahalının Daşkənd kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Axund Şəfi, qardaşları Molla Mehdi və Hacı Rəhim dövrünün mütərəqqi ziyalısı olmuşdur.
Qardaşı Hacı Rəhim 1905-ci və 1918-ci illərdə daşnaqlara qarşı vuruşan və bu yolda şəhid olan ən cəsur igidlərdən olmuşdur. Başxanım da atası və qardaşlarından ərəb və fars dilində yazıb oxumağı öyrənmişdir.
Səxavətdə, mərhəmətdə Hatəmi-Taun qədər ad-san qazanan Başxanım hazırcavablığı ilə də Göyçə mahalında məşhur qadınlardan olmuşdur.
Böyük Vətən müharibəsindən oğlu Nəsib (1909–1941/45) və İkinci dünya müharibəsindən oğlu Zülfiqarın (1912–1939/45) qayıtmaması, həyat yoldaşı Məhərrəmin (1873–1953) gözlərinin tez tutulması və onun da vəfatı Başxanımı çox sarsıtmışdır.
Başxanım Şəfiqızı 18 noyabr 1958-ci ildə doğma vətəni Daşkənd kəndində vəfat etmiş və Daşkənd qəbiristanlığında dəfn edilmişdir.
Haqqında yazılanlar
Başxanım Şəfiqızının həyatı və yaradıcılığı haqqında bir neçə kitabda məlumat verilmişdir:
- 1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Başxanım Şəfiqızının qoşmaları və bayatıları nəşr olunmuşdur (səh 157–159).
- 1998-ci ildə Gəncə nəşriyyatında çap olunan Sərraf Şiruyənin "Bu ocağın odu sönməz" kitabında (səh. 6–10).
- 2005-ci ildə "Avrasiya press" nəşriyyatında çap olunan "Azərbaycan qadın şairləri antologiyası" kitabında (səh. 129–130)
- 2006-cı ildə "Nurlan" nəşriyyatında çap olunan Araz Yaquboğlunun "Bir kökün budaqları" kitabında Başxanım Şəfiqızının gəraylısı, qoşmaları və bayatıları nəşr olunmuşdur (səh 8–14).
- 2006-cı ildə "Nurlan" nəşriyyatında çap olunan Araz Yaquboğlunun "Elin yaddaşında yaşayan ömür" kitabında Başxanım Şəfiqızının həyatı haqqında geniş məlumat verilmişdir.
- 2010-cu ildə "MBM" mətbəəsində çap olunan "Aşıq qadınların antologiyası" kitabında Başxanım Şəfiqızının gəraylısı, qoşmaları və bayatıları nəşr olunmuşdur (səh 42–45).
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, başxanım şəfiqızı sözünün mənası, başxanım şəfiqızı haqqında məlumat. başxanım şəfiqızı nədir? başxanım şəfiqızı nə deməkdir?
