Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sərraf Şiruyə, Şiruyə Həsənoğlu (tam adı: Hacıyev Şiruyə Həsən oğlu; 11 sentyabr 1942, Daşkənd, Basarkeçər rayonu – 7 dekabr 2015, Yeni Daşkənd, Bərdə rayonu) —

Sərraf Şiruyə

  • Ana Səhifə
  • Vikipediya
  • Sərraf Şiruyə

Sərraf Şiruyə, Şiruyə Həsənoğlu (tam adı: Hacıyev Şiruyə Həsən oğlu; 11 sentyabr 1942, Daşkənd, Basarkeçər rayonu – 7 dekabr 2015, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin (2005), Azərbaycan Jurnalistlər Birliyinin (2005) üzvü; "Qızıl qələm", "Məmməd Araz", "H. B. Zərdabi" mükafatları laureatı.

Sərraf Şiruyə
Şiruyə Həsən oğlu Hacıyev
Doğum tarixi 11 sentyabr 1942(1942-09-11)
Doğum yeri
  • Daşkənd, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 7 dekabr 2015(2015-12-07) (73 yaşında)
Vəfat yeri
  • Yeni Daşkənd, Bərdə rayonu, Azərbaycan
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
  • Yeni Daşkənd
Vətəndaşlığı SSRİ SSRİ →
Azərbaycan Azərbaycan
Uşağı 6
Atası Həsən Xəyallı[d]
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti,
  • Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbi[d]
Fəaliyyəti jurnalist, yazıçı, şair, müəllim
Fəaliyyət illəri 1962–2015
Əsərlərinin dili Azərbaycan dili
İstiqamət şeir, dastan
Janr poeziya
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Sərraf Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində məşhur el şairi Həsən Xəyallının ailəsində anadan olub. Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeir yazmağa başlamış, poeziyaya böyük maraq göstərmişdir.

1958-ci ildə doğma Daşkənd orta məktəbini, 1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir.

1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu "Bilik" maarifçilik cəmiyyətində mühazirəçi işləmişdir.

1993–1997-ci illərdə dini mədrəsəni bitirmişdir.

Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə kimi döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir.

Sərraf Şiruyə uzun müddət böyrək çatışmazlığından və xərçəng xəstəliyindən əziyyət çəkib. 2015-ci il dekabrın 8-də gecə saatlarında Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat edib.

Təltifləri

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm", "Məmməd Araz" və "H. B. Zərdabi" mükafatları laureatıdır.

15 noyabr 2007-ci ildə "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi"nin Vətənpərvərlik mövzusunda yazılmış şeirlərinə və poemalarına görə "Fəxri Fərman"ı ilə təltif edilmişdir.

Yaradıcılığı

Erkən yaşlarından yaradıcılığa başlayan Sərraf Şiruyə 1962-ci ildən dövrü mətbuatda şeirləri ilə çıxış edir. İlk çap olunan əsəri "Qəzet nəyimə gərək" şeiridir.

Şairin ictimai-siyasi, lirik şeirləri pərəstişkarlarının dillər əzbəri olmuşdur.

Sərraf Şiruyə Qarabağ müharibəsi döyüşçülərinin qəhrəmanlığından bəhs edən və vətənpərvərlik mövzusunda 15-ə yaxın poemanın müəllifidir.

Kitabları

  • "Ağlama, bülbül, ağlama", Bakı, "Gəncə" nəşriyyatı, 1994, 372 səh., 10.000 tiraj.
  • "Ölümdən sonrakı ömür", Gəncə, "Gəncə" nəşriyyatı, 1997, 172 səh., 1000 nüs.
  • "Bu ocağın odu sönməz", Gəncə, "Gəncə" nəşriyyatı, 1998, 76 səh., 200 nüs.
  • "Cəsurlar", Bakı, "Gənclik", 2000, 100 səh., 500 nüs.
  • "İgid ölər, adı qalar", Gəncə, "Gəncə" nəşriyyatı, 2002, 304 səh., 500 nüs.
  • "Ayrılığın sonu varmış", Bakı, "Nurlan", 2006, 192 səh., 200 tiraj.
  • "Könlüm Göyçəni istər", Bakı, "Nurlan", 2006, 192 səh., 1000 nüs.
  • "Tərtərin yaralı cəngavərləri", Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2006, 288 səh., 400 tiraj.
  • "Mən haqqa sığınmışam", Bakı, "Nurlan", 2007, 200 səh., 500 tiraj.
  • "Hər görüş bir xatirədir", Bakı, "Nurlan", 2007, 248 səh., 500 tiraj.
  • "Göyçədən gələn səslər", Bakı, "Nurlan", 2008, (164+20) səh., 200 tiraj.
  • Seçilmiş əsərləri, I cild (Təcnislər), Bakı, "Nurlan", 2008, səh.180, 500 nüs.
  • Seçilmiş əsərləri, II cild (Poemalar), Bakı, "Nurlan", 2008, 384 səh., 500 tiraj.
  • Seçilmiş əsərləri, III cild (Poemalar), Bakı, "Nurlan", 2008, 320 səh., 500 tiraj.
  • Seçilmiş əsərləri, IV cild (Qoşmalar), Bakı, "Nurlan", 2009, səh.304, 500 nüs.
  • Seçilmiş əsərləri, V cild (Qoşmalar), Bakı, "Nurlan", 2010, səh.272, 500 nüs.
  • Seçilmiş əsərləri, VI cild (Gəraylılar), Bakı, "Nurlan", 2010, 200 səh., 500 tiraj.
  • "Ayrılıq belə düşdü", Bakı, "Qismət", 2014, (224+48) səh., 300 tiraj. ISBN 978-9952-8231-1-0
  • "Susma, ürək…", Bakı, "SkyG", 2015, 272 səh., 500 tiraj. ISBN 978-9952-440-08-05

Məqalələri

  • Sərraf Şiruyə. (az.). artpress.az. 18.03.2013. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.
  • Sərraf Şiruyə. "Söz tilsimi, şair nisgili, Aqil İman unudulmazlığı". 525-ci qəzet (az.). 525.az. 23.12.2014. İstifadə tarixi: 2015-11-23.

Filmoqrafiya

  1. Torpağımız... Tariximiz... Taleyimiz... (film, 2015)

Ədəbiyyat

  • Mütəllim Həsənov, "Sərraf Şiruyənin təcnis çələngi". "Ədalət" qəzeti. № 65(3141). 18 aprel 2009-cu il.
  • Həsən Hüseynov, "El şairi Sərraf Şiruyə". "Nəbz" qəzeti. № 18(757). 16 may 2009-cu il.
  • Qara Namazov, "Sözün sərrafı". "Bizim söz" qəzeti. № 2. 15 iyun 2009-cu il.
  • Ziyəddin Məhərrəmov, "Kökə bağlılığı yaşadan söz ustadı". "Ulduz" jurnalı/ № 2, 2012. səh. 56–58.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sərraf şiruyə sözünün mənası, sərraf şiruyə haqqında məlumat. sərraf şiruyə nədir? sərraf şiruyə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yuyçzülyü Anloçen

  • Fevral 27, 2026

    Orenburq

  • Fevral 27, 2026

    Kəmaləddin Behzad

  • Fevral 27, 2026

    Flaminqo

  • Mart 01, 2026

    Dandi

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst