Araz Yaquboğlu (tam adı: Araz Yaqub oğlu Hacıyev; 1 avqust 1973, Yeni Daşkənd, Azərbaycan SSR) — Azərbaycan tədqiqatçısı, yazıçısı və jurnalisti; "Qızıl qələm" media mükafatı (2011) və Həsən bəy Zərdabi mükafatı (2023) laureatı, Laçın yurdu jurnalında baş redaktorun müavini, Azərbaycan Jurnalistlər Birliyinin (2023-cü ildən) və Azərbaycan Aşıqlar Birliyinin üzvü (2023-cü ildən).
| Araz Yaquboğlu | |
|---|---|
| Araz Yaqub oğlu Hacıyev | |
![]() Yaquboğlu 2013-cü ildə | |
| Doğum adı | Araz |
| Təxəllüsü | Yaquboğlu |
| Doğum tarixi | 1 avqust 1973 (52 yaş) |
| Doğum yeri |
|
| Milliyyəti | azərbaycanlı |
| Həyat yoldaşı | Gülbəniz Hacıyeva (Kərimova) |
| Uşaqları |
|
| Atası | Yaqub Hacıyev[d] |
| Anası | Əsmətel Hacıyeva |
| Təhsili |
|
| İxtisası | Sənaye və mülki tikinti |
| Fəaliyyəti | jurnalist, mühəndis, şair, tədqiqatçı, dizayner, yazıçı, vikipediyaçı, memuarçı |
| Fəaliyyət illəri | 1992-ci ildən |
| Əsərlərinin dili | Azərbaycan dili |
| Janrlar | poeziya, publisistika, tədqiqat, memuar, esse |
| Tanınmış əsərləri |
|
| Üzvlüyü |
|
![]() | |
Həyatı
Araz Yaquboğlu 1973-cü il avqustun 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olub. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Atası Yaqub Hacıyev Bərdə rayonunda tanınmış mühəndislərdən olub.
Araz Yaquboğlu 1980-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə getmiş və 1990-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1989-cu ildə Bərdə rayonu üzrə keçirilən riyaziyyatdan fənn olimpiadasında I yeri tutmuşdur. Orta məktəbdə oxuyarkən 1989–1990-cı illərdə məktəbin komsomol təşkilat katibi olmuşdur.
2 avqust 1990-cı ildə ilk əmək fəaliyyətinə Azərbaycan SSR Sənaye Müəssisələri İstehsalat Birliyinin Bərdə Nüşabə Kooperativində fəhlə kimi başlamışdır. 1 fevral 1991-ci ildə iş yerini dəyişərək 9 №li Dəmir Beton Məmulatları Zavodunda çilingər işləmişdir.
1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir.
1994-cü ildə oxuduğu universitet üzrə "Materiallar müqaviməti" fənnindən olimpiadada I yeri tutmuş, haqqında "İnşaatçı kadrlar uğrunda" qəzetinin 26 oktyabr 1994-cü il tarixli, № 6(245) sayında Dilarə Mikayılovanın "Nümunəvi tələbə" başlıqlı məqaləsi dərc olunmuşdur.
Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30 sentyabr, 1994 – 31 dekabr, 1994).
O, 1994–1996-cı illərdə Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.
1995-ci ildə Bakı Ali Menecer Kollecinin İnşaatçı menecment ixtisasını bitirmişdir.
1992-ci ildən şeirləri və məqalələri mərkəzi qəzetlərdə, jurnallarda və almanaxlarda çap olunur. Bir çox kitabların redaktoru və tərtibçisidir.
2012-ci ilin 1 yanvarından Laçın yurdu jurnalında baş redaktorun müavinidir.
12 iyul 2023-cü ildə Azərbaycan Jurnalistlər Birliyinə, 17 iyul 2023-cü ildə isə Azərbaycan Aşıqlar Birliyinə üzv qəbul edilmişdir.
Şəxsi həyatı
Ailəlidir, bir oğlu və bir qızı var.
Vikimedia hərəkatında iştirakı

Araz Yaquboğlu 30 aprel 2010-cu ildən "Araz Yaquboglu" istifadəçi adı ilə Azərbaycanca Vikipediyanın aktiv istifadəçisi, 23 sentyabr 2013-cü ildən isə Azərbaycanca Vikipediyada inzibatçıdır. 2017-ci ildə olan məlumata görə 6000 məqalənin müəllifidir. O, Azərbaycanca Vikipediyada ən çox redaktəsi olan redaktordur.
Həmçinin Azərbaycan dilində olan Vikipediya ilə yanaşı, Vikikitabın, Vikisitatın və Vikimənbənin də inzibatçısıdır.
Filmoqrafiya
- Bitməyən ömür (film, 2013)
- Torpağımız... Tariximiz... Taleyimiz... (film, 2015)
Kitabları
- Elin yaddaşında yaşayan ömür. Bakı: "Nurlan", 2006, 160 səh.
- Bir kökün budaqları. Bakı: "Nurlan", 2006, 216 səh.
- Daşkənd aşıqları və şairləri. Bakı: "Nurlan", 2008, 416 səh.
- Tələbə dünyası. Bakı: "Elm və təhsil", 2011, 184 səh.
- Ömrün şəhidlik zirvəsi, Bakı, "Elm və təhsil", 2012. – 160 səh. + 16 səh. şəkil.
- Bitməyən ömür, Bakı, "Nurlar", 2013. – 400 səhifə. + 96 səh. şəkil.(azərb.)
- Elin Şiruyəsi, sözün sərrafı, Bakı, "SkyG", 2016, 400 səh., 300 tiraj. ISBN 978-9952-440-08-05
- Daşkənddən Yeni Daşkəndə. Bakı, "Elm və təhsil", 2023. 480 səh. (+64 səh. şəkil). ISBN 978-9952-568-22-6
- Sazın-sözün sorağında. Bakı, "Elm və təhsil", 2023. 200 səh. ISBN 978-9952-568-35-6
- Rəşadətli Rəşadət. Bakı, "Elm və təhsil", 2023. 144 səh. (+32 səh. şəkil) ISBN 978-9952-568-48-6
- Od oğlu od içində. Bakı, "Elm və təhsil", 2025. 160 səh. (+24 səh. şəkil) ISBN 978-9952-587-49-4
- Soyumuz, kökümüz, özümüz. Bakı, "Elm və təhsil", 2025. 360 səh. (+48 səh. şəkil) ISBN 978-9952-587-82-1
Mükafatları
- 2011 — "Qızıl qələm" media mükafatı.
- 2021 — "Laçın" döş nişanı (№ 073).
- 2021 — "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin Fəxri Diplomu.
- 2022 — "Aşıq Ələsgər – 200" yubiley medalı (№ 00077)
- 2023 — Həsən bəy Zərdabi mükafatı.
- 2023 — "Ziyadar" mükafatı.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Araz Yaquboğlu haqqında məlumat. Araz Yaquboğlu nədir? Araz Yaquboğlu nə deməkdir?