Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşıq şeirinin geniş yayılmış növlərindən biridir. Hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət olan 3–5 bəndlik şeirə gəraylı deyilir. Qafiyə quru

Gəraylı

  • Ana Səhifə
  • Vikipediya
  • Gəraylı

Aşıq şeirinin geniş yayılmış növlərindən biridir. Hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət olan 3–5 bəndlik şeirə gəraylı deyilir. Qafiyə quruluşu belədir: a b c b, ç ç ç b, d d d b, e e e b, ə ə ə b. Son bəndin misralarının birində aşıq öz təxəllüsünü söyləyir. Bu bənd möhürbənd adlanır.

Gəraylı formasında yazılmış şeirlərdə gözəllik, sevgi, təbiət, dostluq kimi mövzular çoxluq təşkil edir.

Bir gözəl keçdi qarşıdan, Sallandı, yana yeridi. Kiprik çaxdı, oğrun baxdı, Od saldı cana, yeridi.

Ovçu tək bərədə durdu, Qaşlarından kaman qurdu, Müjganın sinəmə vurdu, Qəmzəsi qana yeridi.

Hanı belə huri, qılman?! Eyləmir dərdimə dərman. Çeşmim yaşı olub ümman, Yaşılbaş sona yeridi.

Camalın bənzətdim aya, Əhsən qüdrət verən paya Endirib salmadı saya Dost mehribana yeridi.

Dedim: qız, getmə, amandı, Ələsgər oduna yandı. Dedi: qocadı, pirandı, Mərdü-mərdanə yeridi.

Birinci bənddə ikinci və dördüncü misralardakı "yana" və "cana" sözləri həmqafiyə təşkil edir, birinci və üçüncü misralar isə sərbəst qalır.

İkinci bənddə "durdu", "qurdu", "vurdu" sözləri bir-birilə, "qana" sözü isə ilk bəndin son misrası ilə həmqafiyə təşkil edir. Qalan bəndlərdə də bu cür qafiyələnmə davam edir. Sonuncu bənddə aşıq "Ələsgər oduna yandı", – deməklə öz təxəllüsünü bildirir.

Həmçinin bax

  • Bayatı
  • Qoşma

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gəraylı haqqında məlumat. Gəraylı nədir? Gəraylı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Menderes (İzmir)

  • Fevral 27, 2026

    Fikir

  • Fevral 27, 2026

    Jozef Babinski

  • Fevral 27, 2026

    Gülüstan sülhü

  • Fevral 27, 2026

    Kennet Errou

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst