Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəzz qalası — İranın Şərqi Azərbaycan ostanının Qaradağ vilayətindəki Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşən qala.

Bəzz qalası

  • Ana Səhifə
  • Vikipediya
  • Bəzz qalası

Bəzz qalası — İranın Şərqi Azərbaycan ostanının Qaradağ vilayətindəki Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşən qala.

Bəzz qalası
قلعه بابک
Ölkə  İran
Yerləşir Qaradağ vilayəti, Kəleybər
Aidiyyəti Xürrəmilər hərəkatı
Tikilmə tarixi VIII əsr
Vəziyyəti xarabalıqları qalıb
38°50′13″ şm. e. 46°58′50″ ş. u.HGYO
Xəritə
Bəzz qalası (İran)
Nöqtə
Bəzz qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300–2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400–600 metr dərinlikdə dərələr əhatə edir.

Bəzz qalası

Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb".

Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans İmperiyası və Azərbaycan Atabəyləri dövlətinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala ərazisindən təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılmışdır. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli qardaşlarımız qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.

Bəzz qalası haqqında elmi araşdırmalar, məqalələr və s. mövcuddur. Tahir Navahı "Bəzz qalası" adlı Azərbaycanın ilk dini-bədii romanını yazıb. Bəzz qalasına dair akademik Ziya Bünyadovun elmi araşdırmaları var. Tədqiqatçı E. Rayt (E. M. Wright) öz elmi məqaləsində (Babak of Badhdh and al-Afshin during the years A. D. 816–841.) Bəzz qala-şəhərini Xürrəmilər hərəkatının Azərbaycandakı mərkəzi hesab edir. Ət-Təbəri isə öz əsərində yazır ki, Bəzz qalası "Babəkin şəhər və vilayəti" olub. Əl-Biruni yazır ki, "Bəzz – Babək əl-Xürrəminin ölkəsidir".

Bəzz qalası xürrəmilərin rəhbərlərindən olan xırda feodal Cavidana mənsub idi. Bəzz qalası üsyançı xürrəmilərin mərkəzi idi. Cavidanın vəfatından sonra xürrəmilər hərəkatına Babək başçılıq etmişdir. Ərəblər 837-ci ildə sərkərdə Afşinin başçılığı ilə Bəzz qalasını mühasirəyə almışdılar. 837-ci il avqustun 26-da Bəzz yaxınlığında döyüş oldu və bu, orta əsrlər tarixinin ən qanlı savaşlarından birinə çevrildi. Bu savaşda ərəblər 100 min, xürrəmilər isə 80 min nəfər döyüşçü itirdilər. Çətinliklə də olsa, ərəblər qalanı tuta bildilər və 8 min nəfərə qədər mühafizəçini əsir götürdülər. Babəkin ailə üzvləri və yaxın qohumları da əsirlər arasında olmuşdur.

Həmçinin bax

  • Babək əl-Xürrəmi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bəzz qalası haqqında məlumat. Bəzz qalası nədir? Bəzz qalası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əminə Ərdoğan

  • Fevral 27, 2026

    Maqneto (komiks)

  • Fevral 27, 2026

    Adven

  • Fevral 26, 2026

    Internet Explorer

  • Fevral 27, 2026

    Xudaverdi Cəbiyev

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst