Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Darun-Nədvə (ərəb. دار الندوة‎; azərb. əsilzadələr məclisi‎) — Qureyş qəbiləsinin vacib məsələləri müzakirə edib, qərar qəbul etdikləri toplantı məkanının adı.

Darunnədvə

  • Ana Səhifə
  • Vikipediya
  • Darunnədvə

Darun-Nədvə (ərəb. دار الندوة‎; azərb. əsilzadələr məclisi‎) — Qureyş qəbiləsinin vacib məsələləri müzakirə edib, qərar qəbul etdikləri toplantı məkanının adı.

Darun-Nədvə
دار الندوة
Darunnədvənin qədim təsviri
Darunnədvənin qədim təsviri
Ümumi məlumatlar
Ölkə Səudiyyə Ərəbistanı
Şəhər Məkkə
Təxmini tamamlanma 440
Bağlanılıb 630
Sahibi Qusayoğulları və Qureyş

Mündəricat

İnşası

Təqribən 440-cı ildə Qusay Kəbənin şimalında, təvafə başlanılan yerin arxa tərəfinə Darun-Nədvə adlanan toplantı yerini inşa etdirdi və qapısını da Kəbəyə doğru açdırdı.

Mərasim və toplantıların məzmunu

Darun-Nədvədə yetkinliyə giriş ayini, sünnət, müharibə etmək və sülh bağlamaq, evlilik mərasimi kimi mühüm mərasim və toplantılar keçirilirdi. Bundan əvvəl isə bütün bu mərasim və toplantılar Qusayın edində keçrilərdi. Darun-Nədvədə icra olunan ayin və mərasimlərdə yalnız 40 yaşında olan kişilər iştirak edə bilərdilər. 40 yaşından kiçiklərin isə Darun-Nədvəyə giriş qadağan idi.

Vəzifə bölgüsü

Darun-Nədvədə müxtəlif vəzifələr vardı və (VIII əsrdə) bunlar aşağıdakı kimi bölüşdürülmüşdü:

Əbu Cəhl — toplantılara başçılıq edirdi.

Əbu Süfyan — Darun-Nədvədə müdafiə işlərinə başçılıq edirdi.

Qübbə — müharibədə çadır qurulması və müharibə üçün maddi vəsaitin toplanması vəzifəsi idi.

Əinnə — müharibədə Qureyş süvarilərinə başçılıq edərdi. Bu vəzifəni sonradan müsəlman olmuş Xalid ibn Vəlid yerinə yetirirdi.

Sifarət — diplomatik vəzifə idi.

Əysar — bu vəzifəni yerinə yetirən şəxs, bir işə başlamazdan əvvəl oxlarla fala baxardı. Səfvan ibn Üneyyə bu işi yerinə yetirirdi.

Məşurə — məsləhətçi idi. Yezid ibn Zəma bu işə baxırdı.

Hukumə — bütlərə nəzir verilmiş malların saxlanması vəzifəsi. Bu vəzifəni Haris ibn Qeys yerinə yetirirdi.

Darun-Nədvədə qərarlar səsvermə yolu ilə qəbul edilirdi. Bütün bunlar Darun-Nədvənin hökümət kimi çalışdığını sübut edir.

Darun-Nədvəyə işarə edən ayələr

Bəzi təfsirçilərə görə Quranda bir neçə ayədə Darun-Nədvəyə eyham vurulur.

  • Muminun surəsi, 67-ci ayə:
" Həm də onunla (o Kəbə ilə) təkəbbürlük edir, gecələr toplanıb yaramaz sözlər danışırdınız. "
  • Ələq surəsi, 17-18 ayələr:
" Qoy öz yığnağını çağırsın. Biz də əzab mələklərini çağıracağıq. "

Məhəmməd peyğəmbər və Raşidi xilafəti dövrü

Bu dövrdə Darun-Nədvənin hansı məqsədlə istifadə olunduğu haqqında bir məlumat yoxdur.

Əməvilər və Abbasilər dövrü

I Muaviyə Darun-Nədvəni Əbdüluzzanın nəvəsi Hakimdən yaxud da İkrimədən satın alaraq, Əməvi xəlifələri üçün həcc iqamətgahı etmişdir.

Harun ər-Rəşid dövründə həcc iqamətgahını "darul-imarə" olaraq adlandırılan daha böyük bir binaya köçürülmüşdür.

897-ci ildə Mötəzid Billah Darun-Nədvəyə sütunlar əlavə edərək, buranı Məscidül-Hərama birləşdirmişdir.

Dövrümüzdə Darun-Nədvə

Bu gün isə Darun-Nədvə sökülmüş və Məscidül-Həramda təvaf olunan əraziyə əlavə edilmişdir.

Darun-Nədvədən bəhs edən avropalı şərqşünaslar

  1. Tomas Hantr Vir (1865 – 1928),
  2. Paret Rudi (1901 – 1983).

Həmçinin bax

  • Kəbə
  • Məkkə
  • Qureyş
  • Muheyyiz ayini

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Darunnədvə haqqında məlumat. Darunnədvə nədir? Darunnədvə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Salar dili

  • Fevral 27, 2026

    Bronks

  • Fevral 27, 2026

    Alternativ

  • Fevral 27, 2026

    Kollektivləşmə

  • Fevral 27, 2026

    Yanıq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst