Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Windows Internet Explorer ya da köhnə adıyla Microsoft Internet Explorer — Microsoft tərəfindən inkişaf etdirilən bir veb-brauzer. Microsoft Windows və Mac OS d

Internet Explorer

  • Ana Səhifə
  • Vikipediya
  • Internet Explorer

Windows Internet Explorer ya da köhnə adıyla Microsoft Internet Explorer — Microsoft tərəfindən inkişaf etdirilən bir veb-brauzer. Microsoft Windows və Mac OS distributivləri vardır, digər tərəfdən Mac OS versiyası artıq inkişaf etdirilməkdədir. Microsoft Windows ilə birlikdə ön qurğulu olaraq gələn İnternet Explorerin Windowsa bütün gəlməsindən dolayı skaner bazarının böyük bir hissəsini (təxminən% 60) əlində tutduğu təxmin edilməkdədir. Windows Vista ilə birlikdə adı Windows İnternet Explorer olaraq dəyişdirildi.

Internet Explorer
Loqonun şəkli
Tipi brauzer, özəl proqram təminatı
Tərtibatçı Microsoft
Proqramlaşdırma dili C++
Əməliyyat sistemi Microsoft Windows, macOS, Windows Phone, Windows Mobile, UNIX
İnterfeysin dili çoxdilli[d], ingilis dili, yunan dili, fransız dili
Yayımlanma tarixi 16 avqust 1995
Platforma x86, x86_64[d], ARM[d], PowerPC[d], Microsoft Windows
Sonuncu versiya
  • 5.2.3
  • 11.0.9600
Sayt support.microsoft.com/pr…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Problemlər

İnternet Explorerin yaşadığı ən böyük problem internet dünyası tərəfindən qoyulan standartlara uyğun gəlməməsi və öz standartlarını saxlamasıdır. Internet Explorer 7-də də bu problem davam etməkdədir. Ancaq Internet Explorer 9 üçün işlər zamanı Microsoft W3C-ə uyğun etməkdədir və standartlara uyğunlaşma probleminin böyük ölçüdə aradan qaldırılması gözlənilir.

İnternet Explorerə bu qədər çox texnologiyanın bu qədər sürətli əlavə olunması, təhlükəsizlik ilə əlaqədar problemlər yaratdı. Porno və hack saytları başda olmaqla bir çox sayt İnternet Explorerin köhnə versiyalarındakı açıqları istifadə edərək kompüterlərə öz-özünə proqramlar yükləyə bilirdi. Təhlükəsizlik problemləri hələ də tam olaraq həll edilə bilmədi.

Buna əlavə olaraq, Internet Explorer ilə Windowsu inteqrasiya etmə fikri məhkəmələr tərəfindən də qanuni tapılmadı. Microsoft, təkləndiyi ilə əlaqədar ABŞ və ardından AB tərəfindən iddia edildi. Microsoft, iki iddiadan ancaq Windowsa bir "standart proqram seç" düyməsi qoyaraq bəraət qazana bildi.

Sonluq

21 yanvar 2015-ci ildə rəsmi olaraq təqdim edilən Microsoft Edge Windows 10-da standart brauzer kimi Internet Explorer-i əvəz etdi. ActiveX və digər köhnə Microsoft veb texnologiyalarını tələb edən köhnə veb-saytlar və intranet saytları ilə uyğunluğu qorumaq üçün Internet Explorer Windows 10 və 11-də mövcudluğuna davam etdi. Internet Explorer Windows 11-də Başlat menyusundan silindi, lakin hələ də İdarəetmə Panelinin İnternet Seçimlərindəki Yardım düyməsi və PowerShell kimi digər vasitələrlə işə salına bilər.

"Microsoft" şirkətinin məlumatına görə, "Internet Explorer" üçün yeni funksiyaların hazırlanması dayandırılıb. Bununla belə, o, daxil olduğu Windows versiyaları üçün dəstək prinsipinin bir hissəsi kimi saxlanılmağa davam edəcək.

1 iyun 2020-ci ildə Internet Archive, Microsoft-un Təhlükəsizlik Müdiri Kris Ceksonun istifadəçilərin Interner Exploreri standart brauzer olaraq istifadə etməmələrini, yalnız lazım olan veb saytlar üçün istifadə etmələrini önərdikdən sonra, köhnə infrastrukturunun işləməyi çətinləşdirdiyini əsas gətirərək Internet Explorerin ən son versiyasını dəstəklənən brauzerlər siyahısından çıxardı.

Internet Explorer 11 30 noyabr 2020-ci il tarixindən etibarən Microsoft Teams-in veb versiyasında, 17 avqust 2021-ci il tarixindən etibarən isə digər Microsoft 365 proqramlarında istifadəsində əlçatan olmadı.

15 iyun 2022-ci ildə Internet Explorer 11-in masaüstü proqramı Windows 10-un istehlakçı versiyaları üçün dəstəyini bitirdi və artıq Microsoft Edge-yə yönləndirərək varlığının sonuna çatdı. Microsoft Internet Explorer istifadəçilərinin Edge-yə keçmələrini və köhnə internet tətbiqlərinə dəstək verən daxili "Internet Explorer rejimi"-ndən istifadə etmələrini tövsiyə edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Internet Explorer haqqında məlumat. Internet Explorer nədir? Internet Explorer nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Slayer

  • Fevral 27, 2026

    Həsənəli mirzə

  • Fevral 27, 2026

    Bozkurt Ergör

  • Fevral 27, 2026

    Harun Əfəndi

  • Fevral 27, 2026

    Rif

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst